Allahı sevən, Allahın sahibi olduğu həyatı da sevər. Allaha sevgi ilə yanaşan, həyatla da barışıqdır. Allah ilə barışıq olmayan özü ilə də, həyatla da barışıq olmaz. Allahı sevməyəni həyat da sevməz, həyat onu süründürər.
Səhv etmək dəhşət verici deyil. Hər səhv taledə yaradılmışdır və insan bu səhvləri edərək doğrunu tapar.
(A9 TV; 16 sentyabr 2017)
Adnan Oktar
-
Dünyanın imtahan yeri olduğunu bilib buna görə davransaq, səmimi olub Allahı çox sevsək xoşbəxtliyi ən yüksək dərəcədə yaşayarıq.
(A9 TV; 12 sentyabr 2017)
Adnan Oktar
-
Nəfsdə kin və nifrət var. Kin və nifrəti məğlub etmək üçün insanın göstərdiyi iradə onun əxlaqını gözəlləşdirər və cənnətə layiq edir.
(A9 TV; 16 sentyabr 2017)
Adnan Oktar
-
Dünyadakı ən gözəl insan Allahı ən çox sevən insandır.
(A9 TV; 20 avqust 2017)
Adnan Oktar
-
İslam Birliyi olsa dünyanın heç bir yerində ehtiyac içində olan tək bir insan belə qalmaz. Bir problemin həll edilməsi ancaq bir-iki saat çəkər.
(A9 TV; 12 sentyabr 2017)
Adnan Oktar
-
Uzunmüddətli dostluğun sirri səmimiyyət və imandır. Küfr əhlinin dostluqları isə maddiyyata əsaslanır, qarşısındakı zəngin olduğu müddətcə əlaqələri davam edər.
(A9 TV; 12 sentyabr 2017)
Adnan Oktar
-
Allah sonlu sevgi istəməz. Sevgi sonsuzluğa açılan qapıdır, ucu-bucağı yoxdur. Böyük gözəllikdir.
(A9 TV; 20 avqust 2017)
Adnan Oktar
-
Allah insanların dünyanı sevməməsi üçün çoxlu tədbirlər alıb. Buna baxmayaraq, insanların dünyanı dəlicəsinə sevmə hərislikləri çox ibrətamizdir.
(A9 TV; 12 sentyabr 2017)
Adnan Oktar
-
Mehdi sevgi müəllimidir. Mehdinin ən mühüm xüsusiyyətlərindən biri axan qanı dayandırmasıdır, yəni müharibələri tamamilə bitirməsidir.
(A9 TV; 20 avqust 2017)
Adnan Oktar
-
Türkiyənin də, bölgənin də nicat yolu İslam Birliyinin yaradılmasıyla reallaşar. Bütün müsəlmanlar bir olaq, birlik olaq.
(A9 TV; 12 sentyabr 2017)
Adnan Oktar
-
Ənənəçi ortodoks İslam anlayışında keyfiyyətli həyat cəhənnəm xüsusiyyəti kimi görünər. Bu zehniyyətlə elm, incəsənət, texnologiya inkişaf edə bilməz. Sevinc, gözəllik, yaxşılıq, səadət, dostluq, keyfiyyət, incəsənət, həqiqi İslamın yaşanması ilə hakim olacaq. Bu gözəl günlərə az qaldı inşaAllah.
(A9 TV; 3 sentyabr 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin ən çox istifadə etdiyi maşalardan biri qadın casuslardır. Qadınları istifadə edərək bir çox insanı yönləndirirlər.
(A9 TV; 3 sentyabr 2017)
Adnan Oktar
-
Dünya ömrünü başa vurdu. Dünyanın gənclik dövrünün bitdiyi qasırğalar, zəlzələlər kimi bir çox hadisələrlə çox aydın görünür.
(A9 TV; 12 sentyabr 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövləti üstünə çökmək istədiyi bir ölkə olanda, ona ən çox yardım edən kimi ortaya çıxar və yardım adı altında o ölkəni dağıdar.
(A9 TV; 11 sentyabr 2017)
Adnan Oktar
-
Sevgi insana gənclik, gümrahlıq, fərəh və sevinc verər. Münafiq sevgisiz olduğu üçün çox iyrənc və xoşagəlməz şəkildə çökər. Mömin isə həmişə gümrahdır.
(A9 TV; 20 avqust 2017)
Adnan Oktar
-
İran, Azərbaycan və Türkiyənin birləşməsi üçün heç bir maneə yoxdur. Rusiyanı da yanımıza alıb tezliklə birləşək.
(A9 TV; 12 sentyabr 2017)
Adnan Oktar
-
İnsanın hər gün xərçəng olma riski var. Hüceyrələr bütün bədəni dolanıb pozulan hissələri aşkarlayıb təmir edir. Bu sistemin mövcudluğu vəsiləsi ilə insan hər gün xərçəng olmaqdan qorunmuş olur. Hüceyrələrin göstərdiyi bu ağıl və diqqət Allahın insanlara çox böyük rəhmətidir.
(A9 TV; 12 sentyabr 2017)
Adnan Oktar
-
Bir qadını gözəl edən, insancıl, nəzakətli, sevgi dolu, imanlı, Allahdan qorxan, Allahı sevən olması və üzündə iffət işığının görünməsidir.
(A9 TV; 11 sentyabr 2017)
Adnan Oktar
-
Qısqanc insanlar başqalarının xoşbəxtliyindən narahat olar. Buna görə də, xoşbəxt insanları mütləq qəzəbləndirməyə, kədərləndirməyə çalışarlar.
(A9 TV; 11 sentyabr 2017)
Adnan Oktar
-
Təsiri, müvəffəqiyyəti yaradan Allahdır. Mənə edilən müxalifət dünyada az insana edilmişdir, bütün böhtanlara baxmayaraq, tərtəmiz sularda irəliləyirik.