Bəzi insanların şüursuz olmalarının səbəbi iman, Allah sevgisi və Allah qorxusunun çatışmazlığıdır. Allahın və ruhunun mövcudluğunu görən insan şüurlu insan olmuş olar.
(A9 TV; 7 iyul 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövləti təkcə Qətəri deyil, Səudiyyə Ərəbistanı, İranı və bütün bölgəni bir-birinə salıb qırdırmaq istəyir. Diqqətli olmaq lazımdır.
(A9 TV; 7 iyul 2017)
Adnan Oktar
-
Yaxın Şərqi parça-parça edən və müsəlmanları mərhəmətsizcə əzən İngiltərə dərin dövlətidir. Bu struktur bölgədən təmizlənmədikcə əzablar bitməz.
(A9 TV; 7 iyul 2017)
Adnan Oktar
-
Müxalifətin olması Türkiyə üçün zənginlik, gözəllikdir. Demokratiyanın sağlam işlədiyini göstərməsi baxımından müxalifətin mövcudluğu əhəmiyyətlidir.
(A9 TV; 7 iyul 2017)
Adnan Oktar
-
Uşaqlara şəfqət, mərhəmət göstərmək səhabə əxlaqıdır, mehdiyyət ruhudur. Mehdiyyətdə eqoistlik yoxdur, bütün insanların yaxşılığı düşünülər.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Bəziləri kişilərə hər şeyi layiq gördükləri halda, qadınların zərrə qədər azadlıq yaşamasını istəmirlər. Bu, həm ikiüzlülük, həm də əxlaqsızlıqdır.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Türkiyə Avropadan daha qabaqcıl, daha ziyalı olacaq inşaAllah. Hər kəs Avropaya getmək üçün deyil, Türkiyəyə gəlmək, qoşulmaq üçün can atacaq.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Türkiyənin müasir və azadlıq tərəfdarı olduğunun daha yaxşı vurğulanması lazımdır. O zaman Türkiyənin Avropa İttifaqı və Avropa ilə heç bir anlaşmazlığı olmaz.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Gənclər heç vaxt ümidsizliyə düşməsinlər. Bir az səbirli olsunlar, 2020-ci illər fərəhlik illəri olacaq Allahın icazəsi ilə.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Mehdiyyətin qardaşlıq duyğularının coşğusunu ən gözəl şəkildə bütün dünya yaşayacaq. Qısamüddətli çətinlik dövrünün ardınca dünya çox gözəl olacaq.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Azan dünyanın bərəkətidir, çox gözəl nemətdir.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Öldüyümüz vaxt bu həyatımızın təsviri bizə çox bulanıq gələcək və insan çox aydın təsvirə qovuşacaq.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Lağlağılıq çox geniş yayıldığı və insanların bir hissəsinin bir-birlərinə sevgi, şəfqət gözü ilə baxmadıqları üçün özünəinam çatışmazlığı da geniş yayılmış olur. Lağlağı, qarşısındakı insanı alçaltmağa çalışan insan hər dəfə özünü alçaldar.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Quranın azadlıq sahəsi çox genişdir. Qurandakı azadlıq yaşandığı zaman kimsə sabahı düşünməz, insanlar heyrətamiz sevinc və coşğu ilə yaşayarlar.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Əkinçilik və heyvandarlıq çox zövqlü və gözəl məşğuliyyətdirlər. Türkiyənin ərazisi və təbii şəraiti də çox əlverişlidir. Əkinçilik və heyvandarlığın mütləq təşviq edilməsi lazımdır.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Bədiüzzaman həzrətləri hz. Mehdinin İstanbuldan çıxacağını, hicri 1400-cü illərdə vəzifə başında olacağını və dəccaliyyəti tam susduracağını bildirmişdir.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Qadınların dekoltesinə, makiyajına, sevincinə öz aləmlərində ölçü qoyub qarışan bəzi insanlar, homoseksualların ən iyrənc makiyajlarını normal qarşılayırlar.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Maddənin əslinin necə olduğunu heç bir insan bilə bilməz. Xarici aləmdə olduğu düşünülən maddə ilə heç bir insan bilavasitə təmasda olmadı. İnsanın maddəyə dair bütün biliyi 5 duyğusundan gələn topludan ibarətdir. İnsan xarici aləmdə nə olduğunu bilmir, təkcə beyninin içindəki duyğunu bilir.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
Allah qorxusu və Allah sevgisi hakim olduğu zaman bütün insanların küçədə etimad və hüzur içində yaşadığı bir dünya olacaq.
(A9 TV; 6 iyul 2017)
Adnan Oktar
-
İncəsənətin olmadığı mühitdə elm olmaz, elm yoxdursa inkişaf olmaz və arxasınca çöküş gələr. İncəsənəti, elmi dəstəkləyən Quran əxlaqıdır.