Dünyada imtahan üçün verilən müddət də tam idealdır. İslam asanlıq dinidir. Allah insanlardan çətinlik istəmir, "Məni sevin sizi Sevim" deyə buyurur.
(A9 TV; 27 oktyabr 2016)
Adnan Oktar
-
Allahı həmişə zikr etmək və düşünmək üçün çox təfsilatlı məlumatlar şərt deyil. İşığın hər an yaradılması təkcə çox mühüm nemətdir.
(A9 TV; 27 oktyabr 2016)
Adnan Oktar
-
Allah insanların çətinliyə düşmələrini istəmir. Sadəcə vicdanlı və dürüst olmalarını istəyir. "Məni unutmayın, Mən də sizi unutmayım" deyir. Allahı unutmaq çox böyük zülmdür. Allah sevilmək və zikr edilmək istəyir.
(A9 TV; 27 oktyabr 2016)
Adnan Oktar
-
Allaha həmd etmək, təşəkkür etmək çox əhəmiyyətlidir. Hər an hər şeyi yaradan Allahdır. Sevgini də nemət olaraq yaradan Allahdır.
(A9 TV; 27 oktyabr 2016)
Adnan Oktar
-
Allahın nemətləri saysız-hesabsızdır, lakin diqqətlə baxan insanlar nemətlərdəki möhtəşəmliyi görürlər.
(A9 TV; 27 oktyabr 2016)
Adnan Oktar
-
Bakteriyalarda, viruslarda da möhtəşəm ağıl var, əksər insanın mübarizə apara bilməyəcəyi heyrətamiz ağıl var.
(A9 TV; 27 oktyabr 2016)
Adnan Oktar
-
Atomlar demək olar ki, 15 milyard ildir fırlanırlar, özünəməxsus hərəkətləri var. Heç dayanmırlar. Nə mazutu, nə də başqa qaynaqları var. Lakin heyrətamiz dərəcədə sürətlidirlər.
(A9 TV; 27 oktyabr 2016)
Adnan Oktar
-
İmam Şafi, İmam Hənbəl, İmam Hənəfi, İmam Maliki və bütün böyük alimlər Mehdinin gəlişinin haqq olduğunu söyləmişdir.
(A9 TV; 27 oktyabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti öz fəlsəfəsində insanlar yetişdirmək və cinayəti təşviq etmək üçün bəzi roman, film və portretlərdən istifadə edir. Biz elmi yolla üstünə gedənə qədər İngiltərə dərin dövləti diqqətlə özünü gizlədir və müsəlmanları öz aləmində alçaldıb yönəldilirdi. İngiltərə dərin dövlətinin təbliğatı hələ də davam edir, lakin biz elmi yolla üstünə getməyə həmişə davam edəcəyik.
(A9 TV; 25 oktyabr 2016)
Adnan Oktar
-
Dəccaliyyət böyük təşvişlə mehdiyyətə mane olmağa çalışır. Boşuna səy göstərirlər. Mehdini də, İsa Məsihi də görəcəyik inşaAllah.
(A9 TV; 25 oktyabr 2016)
Adnan Oktar
-
Əbdülhəmid dövründə Bədiüzzaman ruhi xəstə olmaqla ittiham edilmiş və haqsız yerə ruhi xəstəxanaya həbs edilmişdir.
(A9 TV; 25 oktyabr 2016)
Adnan Oktar
-
Bədiüzzaman mehdiyyətdən bütün təfərrüatlarıyla bəhs edib. Hz. Mehdinin hicri 1400-cü ildə gələcəyini müjdələyib və özünün Mehdiyə zəmin hazırladığını deyib.
(A9 TV; 25 oktyabr 2016)
Adnan Oktar
-
Əyalət sisteminə, federasiyaya keçid olmadıqdan sonra, yerli rəhbərliklər gücləndirilərək muxtariyyət yaradılmadıqca prezident idarəetmə sistemi narahat etməz. Türkiyənin bölünməsinə azacıq da olsa ehtimal yaradacaq bir sistemi millət olaraq istəmirik. Bələdiyyələrin gücləndirilməsi müəyyən şəkildə muxtariyyət və bölünməyə çevrilə bilər, buna qarşı bütün hüquqi tədbirlər alındığından əmin olunmalı. Konstitusiya federasiya və muxtariyyət üçün referenduma qətiyyən imkan verməməlidir, hər təfərrüat düşünülüb tədbir alınmalıdır.
(A9 TV; 25 oktyabr 2016)
Adnan Oktar
-
Hormon sistemi ayrılıqda möcüzədir. Sümük, əzələ, orqan, hər şey hormonun nə demək istədiyini anlayır və tam tətbiq edir. Məsələn, adrenalin hormonunu bütün orqanlar tanıyır, adrenalinin əmrini hamısı tam tətbiq edir. Gecikmə, xəta, nə edəcəyini bilməmək halları olmur.
(A9 TV; 24 oktyabr 2016)
Adnan Oktar
-
Türkiyə nə Mosul, nə Kərkük, nə də Suriyada hər hansı yeri ilhaq etməyi düşünmür. Biz sadəcə hər kəslə qardaş və dost olmaq istəyirik.
(A9 TV; 24 oktyabr 2016)
Adnan Oktar
-
Bir məsələdə tənqid etdiyimizdə, qarşımıza o insanın düzəlməsini məqsəd qoyarıq, yox olub əzilməsini istəmərik.
(A9 TV; 24 oktyabr 2016)
Adnan Oktar
-
Münafiqlər Quran ayəsi ilə Qurana qarşı mübarizə apararlar. Həmişə böyüklük arzusundadırlar. Hətta haşa Allah olmaq istəyərlər.
(A9 TV; 24 oktyabr 2016)
Adnan Oktar
-
Qadını kişiləşdirmək, kişiləri də qadınlaşdırmaq şeytanın əxlaqıdır və İngiltərə dərin dövlətinin də fəlsəfəsidir.
(A9 TV; 24 oktyabr 2016)
Adnan Oktar
-
Münafiqin ən həssas nöqtəsi özünün zəkalı, gözəl, böyük olduğu istiqamətində təriflənməsidir. İngiltərə dərin dövləti bunları tərifləyərək asanlıqla yararlanıb istifadə edər.
(A9 TV; 24 oktyabr 2016)
Adnan Oktar
-
Münafiqlər uşaqlar üçün də böyük fəlakətə çevrilir. Yetimlərə bəla olurlar və bu uşaqlara çox böyük zülm edirlər. Münafiq hücumunda uşaqların qorunması çox mühüm məsələdir, çox diqqətli olmaq lazımdır. Çünki münafiqlərin uşaqlara zülmü böyük olar.