Əsas məsələ insanların imanlı olmalarını təmin etməkdir. İmanlı olduqdan sonra çox asandır; namaz da qılar, oruc da tutar, zəkat da verər, həccə də gedər. Bunun üçün iman həqiqətləri çox əhəmiyyətlidir. İmanlarının artması üçün bizim internet səhifələrimizi ziyarət etmələrini təşviq etsinlər. Mütləq peyklə bizləri hər axşam izləmələrinə təşviq etsinlər.
Sonsuz əvvəl və sonsuz axır, sonsuz qısa zamanda yaradılmışdır. Allahın zaman və məkandakı dərin elmini anlamağa çalışmaq lazımdır.
()
Adnan Oktar
-
Həqiqi izah çox əhəmiyyətlidir. İnsanlar din adı ilə ortaya çıxan müxtəlif tiplərə öyrəşiblər. Bir də baxırlar ki, son dərəcə candan, səmimi bir müsəlmanlıq anlayışı var. Son dərəcə ağıllı, Qurana söykənən, xurafatlardan uzaq, dürüstlük üzərinə qurulan sevgi üzərində qurulan, hər an səmimi olan, hər izahı elmə və həqiqətlərə söykənən bir müsəlmanlıq anlayışı, məntiqsiz, ağla uyğun olmayan heç bir izah yoxdur. Bunun qarşısında kim tab gətirə bilər? Necə tab gətirsin? Vicdanla dayana bilməz.
()
Adnan Oktar
-
Armaqeddon ilə qan istəyirlərsə, bu an şeytanın qanı axır. Üz-üzə hakim olma mübarizəsi Hz. Mehdi (ə. s.)ın tərəfdarları ilə şeytanın tərəfdarları arasında davam edir hal-hazırda.
()
Adnan Oktar
-
Yalan, insanın ruhunu qaraldar, axmaqlaşdırar. Hər insan dürüstlüyün fərahlığını və hüzurunu yaşamalıdır.
()
Adnan Oktar
-
Həqiqi dindar hər şeyə Allahın sevgisi ilə yanaşar. Sevinci və etibarı axtarar. Qorxuları dəf etmək üçün çalışar. Özü rahat olmağa çalışarkən başqalarını da rahatlaşdırdırmağa çalışar. Ətrafdakılar rahat olmasa, özü də rahatlıq tapa bilməz.
()
Adnan Oktar
-
İstanbul Mehdiyyət üçün fəth edilmişdir. İstanbul bütün İslam aləminin ürəyidir.
()
Adnan Oktar
-
Dindar masonların yaxın bir zamanda gözəl bir dünya qurmaq üçün əl-ələ verib, hərəkətə keçəcəklərinə inanıram.
()
Adnan Oktar
-
İncilin də, Tövratın da haqq olan hissələri nəfisdir, ürəklərə şəfadır. İkisinin də haqq olan qisimlərini kitab halına gətirdim. Tövrat və İncil oxunmaz deyənlər yanılarlar. Quranda var bu haqq kitablar. İncilin də, Tövratın da haqq hissələrini bilməklə mükəlləfik.
()
Adnan Oktar
-
İnsanlar Allahı tanımalıdır. Allah sonsuz şəfqət və mərhəmət sahibidir. Allah bizə şəfqəti öyrədir. Şəfqəti, mərhəməti bizə öyrədən Allahdır. Haşa bəziləri Allaha mərhəmət dərsi vermək istəyir. Halbuki onların heç biri bilmədiyi halda, onlara o şəfqət və mərhəmət duyğularını verən Allahdır.
()
Adnan Oktar
-
Gözəl qardaşlıq saytları açılsın internetdə. Yalnız qardaşlığa, birliyə yönəldən mesajlar göndərilsin xüsusilə bütün dünya səviyyəsində olan yazılar.
()
Adnan Oktar
-
Səhabələr gündə 5 vaxt Hz. Mehdi (ə. s )ı soruşurdular, onu çox sevirdilər. Mehdiyyət tarix boyun həmişə aktual idi, lakin axır zamanda unuduldu.
()
Adnan Oktar
-
Hal-hazırda dünyada təkamül yayıldığı üçün, elmi cadu ilə qarışdırırlar. İnandırmaq və təlqin qabiliyyətini artıraraq bu düşüncələri yayırlar. Bolluca izah və təlqindən istifadə edirlər. Televiziyalarda həmişə eyni şeyləri söyləyir, daimi saxta dəlilləri təqdim edirlər. Xəbərlərdə, "aralıq fosil tapdıq" "zülalın təsadüfən meydana gəldiyinə dair elmi dəlil tapıldı" deyirlər. Hamısı yalandır, amma bir sehr təsiri göstərir. Baxırıq, ən cahil adam belə darvinist olur. Konqodakı bir insana "necə yaradıldın?" deyirsən "təkamüllə" deyir. "Haradan eşitdin bu haqda?" deyirsən, " Konqo radiosunda" deyir. Ustad (Bədiüzzaman) deyir ki, bu taun, inandırma qabiliyyəti ilə əmələ gəlir. Elə buna görə də buna böyük bir cavab verilməsi lazımdır.
()
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) qaranlıqları dağıtmaq üçün gələcəkdir, anti-xurafat olacaqdır. Mehdiyyət dünyadan xurafatı yox edəcək, dünya da bayram sevinci yaşanacaq.
()
Adnan Oktar
-
Mehdiyyət, Allah tərəfindən xüsusi olaraq yaradılmışdır. İnsanlar Allahın sənətini heyrət içində izləyəcək və çox çaşacaqlar. Dünya dərin dövlətini yaradan da Allahdır. Mehdiyyətin qarşısında güclü və inadçı ünsürlərin olması vacibdir. Allah bunları xüsusi olaraq mütləq mehdiyyətin qarşısına çıxaracaq.
()
Adnan Oktar
-
Çarəsiz, qorxan, kədərlənən müsəlman olmaz. Müsəlman, Rəsulullah (s.ə.v) kimi olacaq.
()
Adnan Oktar
-
Quranı, İslamı və əsri səadət müsəlmanlığını yaşayacağımız İslam Birliyi, Türk İslam Birliyinə aid bir dünyanı, əzə - əzə reallaşdıracağıq. Biz, bizə aid olan bu dünyanı, "qloballaşma həqiqətinə" baxmayaraq, elmlə, ağılla, savadla quracağıq.
()
Adnan Oktar
-
Din sevgi ilə, şəfqətlə olan bir gözəllikdir, zorla, məcburiyyətlə olmaz.
()
Adnan Oktar
-
Əgər insan təsadüflər nəticəsində yaradıldığına inansa, qloballaşmağa da inanar, amma Allaha ürəkdən inansa qloballaşma itirər. Bizi qloballaşma deyil, Allah idarə edər. "Qloballaşma həqiqətini"ni yaradan da Allahdır və onun heç bir gücü və təsiri yoxdur.
()
Adnan Oktar
-
Türk- İslam Birliyinin də qarşısını hal-hazırda heç cür ala bilmirlər hal-hazırda. Amma səy göstərməsəniz, tamamilə passivləşmiş, durğun, varlanmaq, yan gəlib yatmaq istəyən, qorxaq, ürkək, bezgin, idealı iddiası olmayan, axirət inancından şübhəyə düşmüş, qloballaşmağa tapınan, yazıq bir insan birliyini meydana gətirməyə çalışarsınız, buna əsla icazə verə bilmərəm.
()
Adnan Oktar
-
Allah dostlarına qarşı hirs seli, dəccaliyətin təşviqi ilədir.