Hz. Əyyub Allahın verdiyi çətinliklərə və yoxsulluqla imtahan etməsinə qarşı çox gözəl səbir göstərir. İmtahanı çox dəyərlidir. Həmişə aslan kimi ayaqdadır. Hz. Əyyub qarşılaşdığı ağır imtahanlarda; “dünyaya çılpaq gəldim çılpaq gedəcəyəm. Rəbb verdi, Rəbb aldı” deyir. Mükəmməl əxlaq göstərir. - Harun Yəhya