Federasiyaya səbəb olacaq heç bir sistemi millət olaraq qəbul etmərik. Federasiya gətirəcək bir prezident idarəetmə sistemi İngiltərə dərin dövlətinin planıdır.
(A9 TV; 2 yanvar 2017)
Adnan Oktar
-
Dəccal insanların xoşbəxt olmasını istəməz, insanları özünə haşa qul olmağa məcbur etmək üçün onların həyat sevincini əllərindən alar. Dəccal sevincə, xoşbəxtliyə, gözəlliyə, birlik və həmrəyliyə, ən çox da imana və Qurana hücum edər. Bu hədəfləri yaxşı bilmək lazımdır.
(A9 TV; 2 yanvar 2017)
Adnan Oktar
-
Məqbul və normal yaşamaq olduğu halda, münafiqin həmişə pislik və əxlaqsızlıq içində yaşamaqda israr etməsi bir növ möcüzədir.
(A9 TV; 2 yanvar 2017)
Adnan Oktar
-
Şiə və sünni qarşıdurması yaratmağa çalışan, nifrət ifadələri işlədənlər bilərəkdən və ya bilməyərəkdən dəccala tabe olmuş olurlar.
(A9 TV; 2 yanvar 2017)
Adnan Oktar
-
Hədisdə dəccalın fil orduları vardır deyilir. İngiltərə I Dünya müharibəsi vaxtı ordusunda fillərdən istifadə etmişdi.
(A9 TV; 2 yanvar 2017)
Adnan Oktar
-
İslam aləmi birləşmədən, İslam Birliyi olmadan, Mehdi və İsa Məsih zahir olmadan dəccaliyyətin fikri olaraq ölməsi deyə bir şey olmaz. Heç bir ölkə təkbaşına dəccaliyyətə müqavimət göstərə bilməz. Mütləq ittifaq etmək, birlik olmaq lazımdır.
(A9 TV; 2 yanvar 2017)
Adnan Oktar
-
Dəccaliyyət haşa ilahlıq iddiası ilə ortaya çıxdığı üçün ruhdan düşməz. Can almaqdan, terrordan, anarxiyadan imtina etməz. Dəccal terror törədib insan öldürərkən haşa özünün ilah olduğunu sübut etməyə çalışar, "can alaram, can verərəm" deyə mesaj verər. Tarixdəki dəccallar da can alıb, can verdiklərini iddia ediblər. Firon da, Nəmrud da insan öldürüb diriltdiyini söyləyib ilahlıq iddia ediblər.
(A9 TV; 2 yanvar 2017)
Adnan Oktar
-
İŞİD, PKK, Əl-Qaidə, bəzi şiə milislər, Boko Haram, hamısı İngiltərə dərin dövləti tərəfindən yönləndirilən terror təşkilatlarıdır.
(A9 TV; 2 yanvar 2017)
Adnan Oktar
-
Kimin kimisə öz aləmində tərbiyə etmə haqqı yoxdur. Hər kəs öz mövqeyinə baxmalıdır. Müsəlman təkcə doğrunu və yanlışı söyləyər.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Münafiq asi, lovğa və çox hiyləgərdir. Hz. Adəm dövründən bəri hiyləgərlik bütün münafiqlərin xüsusiyyətidir.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Milad gününü qeyd edənə kafir deyilməz. Allah xristianlara kafir demir, Kitab əhli deyir, Kitab əhlindən olan qadınlarla evlənə bilərsiniz deyir.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Münafiq yaltaqdır. Öz kefinin, mənfəətinin arxasındadır. Müsəlmanların çəkdiyi çətinlik onu heç maraqlandırmaz.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
İslam aləmindəki qarışıqlığın tək həlli mehdiyyətdir. Seyyidina İsa Məsih və mehdiyyətdən başqa heç bir həll yolu yoxdur.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Türkiyə müasir ölkədir. Hər düşüncəyə sahib insanın istədiyi kimi yaşaya bildiyi ölkədir. Bu mövzuda geriləmə olmasını qəbul etmərik.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Müsəlman haram olan mövzuları gündəmə gətirər, lakin kimin necə yaşadığına qarışa bilməz. İnsanların nə zaman əylənəcəyinə, hinduşkanı nə zaman yeyəcəyinə heç kim qarışa bilməz. Qurana görə heç kimin belə haqqı yoxdur.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
Müsəlmanlar hər hansı şəkildə yeni ilin və ya hz. İsanın doğumunun qeyd edilməsinin əleyhinə çıxa bilməz. Hz. İsanın doğumu müsəlmanlar üçün də sevinc vəsiləsidir.
(A9 TV; 1 yanvar 2017)
Adnan Oktar
-
2017-ci il kilid illərdən biridir. 2023-cü il İslamın qələbəsi ilə nəticələnəcək inşaAllah. Bu qələbə mövhumatçılığın deyil, Quranın qələbəsi olacaq. Dünya ilk dəfə şeytanın təsirindən xilas olacaq və dünyaya yaxşılıq, gözəllik, sülh, keyfiyyət, sevgi, mərhəmət, nəzakət hakim olacaq. Bunu görəcəyik.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
Allah yeni ili bütün İslam aləmi, bütün dünya üçün xeyirli etsin. Allah İslam aləminin üzərindəki bəlaları, uğursuzluqları, döyüşləri aradan qaldırsın. Bizi İsa Məsih və Mehdiyə tələbə etsin.
(A9 TV; 31 dekabr 2016)
Adnan Oktar
-
Münafiq hər şeyi yaradanın Allah olduğunu anlaya bilməyəcək qədər axmaqdır. Özünü gizlətdiyini zənn edər, gizli hesab etdiyi hər şeyi yaradan Allahdır.