Tayyib hocamdan xahiş edirik, İrana çox səmimi yaxınlaşsın. Şiə qardaşlarımıza şəfqətimizi çox səmimi ifadə etsin. Məzhəb fərqlərimiz əhəmiyyətli deyil. Biz şiələr ilə Quranda ittifaq edirik. İran, Rusiya və Pakistan ilə güclü ittifaq yaradaq.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
Suriyada hökumətin qurulmasında Türkiyə qabaqcıl rol alsın, Suriyanın ərazi bütövlüyü mütləq qorunsun.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
Türkiyə, Rusiyadan üzr istəsin dediyimiz zaman, çoxlu qarşı çıxan oldu. Halbuki üzr istəmək İslam əxlaqının tələbidir. Sonra çox gözəl nəticə alındı.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti bəzi tiplərdən istifadə edərək Türkiyəyə dostuq imici verməyə çalışırlar. Osmanlıda da bu üsulu işlətmişdilər. Türkiyə əleyhinə plan qurarkən Anadolu insanının dəliqanlı ruhunu heç nəzərə almırlar. Millətimiz hər dəfə planlarını puç edir.
(A9 TV; 19 avqust 2016)
Adnan Oktar
-
Darvinizm də bir dindir. Kainatın yaradılışını öz aləmində təsadüflə izah edən inanc sistemidir, dəlili olmadığı halda buna iman gətirənlər var.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
Dəccal dindarlıq iddiası, şirk dini və xurafatlarla ortaya çıxar. Dəccalın təqdim etdiyi xurafat dini marksizm kimi, darvinizm kimi tiryək təsiri göstərər.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
Bir insan sevgi insanı olmağı deyil, dəhşət və zorakılıq insanı olmağı seçirsə bu dəccaliyyətdir.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
"Dövlət çevrilişlərinə qarşı xalq necə mübarizə aparmalıdır? Çevriliş necə dayandırılar?" Dünyada bununla əlaqədar indiyədək görülmüş elmi iş yoxdur. Orduda dövlət çevrilişinin qarşısını alacaq bir mexanizm olmalıdır. Dövlət çevrilişinə qarşı orduya təhsil verilməlidir. Dünyanın heç bir yerində belə təhsil sistemi yoxdur. Necə ki, işğala qarşı təhsil verilirsə, dövlət çevrilişinin qarşısını alacaq şəkildə əsgərin və polisin məlumatlandırılması və öyrədilməsi lazımdır. Dövlət çevrilişinə qarşı nə edilər, necə tədbir alınar, bunlar ümumiyyətlə bilinmir, xalq tamamilə bədahətən dövlət çevrilişinə qarşı dayanır.
(A9 TV; 17 avqust 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti millətimizin darvinizmə qarşı müqavimətini və imanını nəzərə ala bilmədi. Darvinizmin fikrən çökməsi oyunlarını puç etdi. Əllərindəki digər bir üsul da daxili döyüşlər, bölünmə meydana gətirmək idi. Ələvi-sünni qarşıdurması yaratmaq istədilər, bu oyunları da əllərində qaldı. PKK-dan istifadə edərək bölünməni sürətləndirmək istədilər. Xalqa Öcalanı sevimli göstərməyə çalışdılar, bunun yalan olduğunu izah etdik. PKK-nın əsil üzünü göstərdik, beləliklə İngiltərə dərin dövlətinin əlindəki bütün oyunları puç etmiş olduq.
(A9 TV; 16 avqust 2016)
Adnan Oktar
-
İnsanlara filmlər və seriallarla da böyüklük və haşa ilah olmaq təlqini verilir. Şüur altı manipulyasiya edilir, buna qarşı diqqətli olmaq lazımdır.
(A9 TV; 16 avqust 2016)
Adnan Oktar
-
İslam aləmi təxminən 300 ildir ki, yuxudadır, indi bu mənəvi yuxudan oyanma dövründəyik.
(A9 TV; 16 avqust 2016)
Adnan Oktar
-
Münafiq qaranlıq dəhlizlərində pisliyini davam etdirəcəyini zənn edər. Mömin isə ağılla, elmlə ifşa edərək o gizli dünyanı məhv edər.
(A9 TV; 15 avqust 2016)
Adnan Oktar
-
Mən həmişə məzlumu müdafiə edərəm, Tayyib hocam da məzlum olduğu üçün müdafiə edirəm. Quran əxlaqı məzlumu müdafiə etməyi tələb edir.
(A9 TV; 15 avqust 2016)
Adnan Oktar
-
Mehdi siyasətə qarışmaz. Sevgini müdafiə edən, qadınların üzərindəki təzyiqi aradan qaldıran, dünyanın abadlaşması üçün səy göstərən sevgi insanıdır.
(A9 TV; 15 avqust 2016)
Adnan Oktar
-
Qadınlar gözəl, baxımlı və azad olacaq. Hər kəs də qadınlara qarşı hörmətcil, nəzakətli və qoruyucu olmağı öyrənəcək.
(A9 TV; 15 avqust 2016)
Adnan Oktar
-
Lovğa üslub işlətmək nifrət yaranmasına səbəb olar. Bütün insanlara dindar və ya dinsiz hansı inanca sahib olsa da, bir atanın övladına duyduğu şəfqət kimi bir şəfqətlə yanaşmaq lazımdır. Qurana uyğun olan şəfqət, sevgi və ağıllı davranmaqdır.
(A9 TV; 15 avqust 2016)
Adnan Oktar
-
İngilis və Amerikan xalqını sevirik, şəfqət duyuruq. Lakin İngiltərə dərin dövləti Amerikanın da üzərində ağır təzyiq yaradır.
(A9 TV; 15 avqust 2016)
Adnan Oktar
-
Hər zaman ağıllı üslub əsas olmalıdır. Lovğa üslub yalnız qəzəbləndirər, nəticə verməz.
(A9 TV; 15 avqust 2016)
Adnan Oktar
-
Mömini tənqid edərkən bu tənqid Qurana uyğun olmalıdır. Tənqid edənlər də hansı ayəyə uyğun deyil deyə dəlil göstərməlidir.