Keşikçi qardaşlarımız qətiyyən dövlətdən küsməsinlər, buna çox diqqət yetirsinlər. Bəzən bir problem yarandıqda dövlətə küsməyə meyl edirlər. Belə şey olmaz. Çünki öz mindiyin budağı kəsirsən. Öz sistemini yox etmiş olarsan. Dövlət küsülməli orqan deyil. Dövlət bərpa edilər.
Hər süni mehdi hərəkəti, istəsə də, istəməsə də mehdiyyətə xidmət edər.
(A9 TV; 23 sentyabr 2015)
Adnan Oktar
-
İgidlik üstün xüsusiyyətdir və sırf insana məxsusdur. Bunun nəticəsində ya şəhid olunar, ya da qazi. Amma mələklərdə belə şey yoxdur. Döyüş olur, heç nə olmur mələyə. Səbir deyilən şey də yoxdur. Bunun üçün Allah, əgər təqvalıdırsa, gözəl əxlaqlıdırsa, insanı mələkdən üstün yaratmışdır. İnsan, mələkləri qat-qat ötüb keçə bilər.
(A9 TV; 21 sentyabr 2015)
Adnan Oktar
-
Taledə Türkiyənin bölünməsi yoxdur. Bunu deyim ki, əgər pərgar Türkiyənin üstündə fırlanmış olsaydı Türkiyə parçalanardı, heç kim də bunun qarşısını ala bilməzdi, Allahın icazəsi ilə. Amma belə şey yoxdur. Buna görə, PKK boşuna tərs-düz salto edir, havalarda uçur. Onsuzda taledə onların həlak olacağı yazılmışdır. Həlak olacaqlar, PKK həlak olacaq.
(A9 TV; 20 sentyabr 2015)
Adnan Oktar
-
"Dünyada əziyyətlər var, əzablar var" deyir. Sən Allaha tam təvəkkül et və baxaq görək əzab çəkəcəksənmi? Allah əzab çəkməyin nə olduğunu bilər, lakin əzab çəkməz. İnsan da əzabın nə olduğunu bilər, lakin tam təvəkkül etsə, əzab çəkməz. Bu sirr, tam təvəkkülün sirri tapılmalıdır.
(A9 TV; 20 sentyabr 2015)
Adnan Oktar
-
Azadlıq olsun, demokratiya olsun. Bunun üçün hər kəs mümkün qədər mübarizə aparsın. Çünki azad mühitdə ağıl, incəsənət və elm inkişaf edər. Dövlət təzyiqi olduqda ağıl kütləşər. İnsanın müəllif gücü olmaz. İncəsənət xadimi çıxmaz, elm adamı çıxmaz. Sənaye də kütləşər, insanlar işləmək şövqlərini itirərlər.
(A9 TV; 20 sentyabr 2015)
Adnan Oktar
-
PKK bir anda yox olacaq bir şey deyil, çünki ideologiyasının təməli dövlətin çap etdirdiyi dərsliklərdə elmi həqiqətmiş kimi izah edilir. Onsuz da dövlət darvinist-materialist sistemi müdafiə edir. Buna görə, darvinist-materialist təhsil verilməyə davam etdikcə bu vəba xəstəliyi də davam edəcək.
(A9 TV; 19 sentyabr 2015)
Adnan Oktar
-
Əvvəlcə PKK deyilən bir xəstəlik olmalıdır ki, milli oyanış olsun, bu olmasa tam olmaz. Yəni firon olmasa Musa olmur. Nəmrud olmasa İbrahim olmur. Dəccal olmasa da Mehdi olmur.
(A9 TV; 19 sentyabr 2015)
Adnan Oktar
-
İslam dərin imandır, Allahı çox sevməkdir. Allahı sevdirə bilirsənmi? Yox. Bəs özün sevirsənmi? Heç sevənə bənzəmirsən. Allahdan qorxmaq və Allahı çox sevmək, bu təmin edilməlidir. Bunu təmin etdikdən sonra dinin aydın olmayacaq bir tərəfi yoxdur. Çox bilmiş kimi, böyük-böyük danışmağa ehtiyac yoxdur.
(A9 TV; 18 sentyabr 2015)
Adnan Oktar
-
Bu axan görünüşdə, bu filmdə mehdiyyət hakim olur. Filmin sonu belədir. İsa Məsih (ə.s) zühur edir, hz. Mehdi (ə.s) zühur edir, PKK yox olur, kommunizm yox olur, darvinizm yox olur. İnsanlar hazırda yerlərində dura bilmirlər, belə olmalıdır. Amma mehdiyyətin heyrətamiz yollardan müvəffəqiyyət qazandığını görəcəklər.
(A9 TV; 18 sentyabr 2015)
Adnan Oktar
-
Çox mürəkkəb kimi görünür, lakin gizlicə həm mehdiyyət, həm də məsihiyyət inkişaf edir. Nə İsa Məsih (ə.s)-ın mənəvi övladlarıyla, tələbələriylə mübarizə apara bilərlər, nə də hz. Mehdi (ə.s) ilə. Tale bu cürdür. Bu görünüşü dəyişdirə bilməzlər.
(A9 TV; 18 sentyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) bir anlıq dünyadan çəkilsə qiyamət qopar. On dəqiqə çəkilmiş olsa qiyamət qopar. Bunun üçün də, mələklər hz. Mehdi (ə.s)-ın ətrafında ağlasığmaz dəqiqliklə fövqəladə blokada meydana gətirirlər. Bunu hədislərdən görürük. Cəbrayıl (ə.s), Mikayıl (ə.s) heç yanından ayrılmırlar.
(A9 TV; 17 sentyabr 2015)
Adnan Oktar
-
Yas saxlamaq müşriklərin adətidir. Qədim Şumerlərdə, Mesopotamiyada, Xetlərdə, Qədim Yunanıstanda, Qədim Misirdə tətbiq olunmuş bir adətdir. Peyğəmbərimiz (s.ə.v) bir çox hədislə yas saxlamağı qadağan etmişdir. Bu Qurana ziddir. Allahın lütfünə üsyan etməkdir. Bu müsəlmana yaraşan bir rəftar deyil, verdiyi məna çox pisdir. İslamda yas saxlamaq yoxdur.
(A9 TV; 16 sentyabr 2015)
Adnan Oktar
-
Amerika dərin dövlətinin bizim millətimizə baxış prizması xeyli pisdir, çox yanlışdır. İraqa baxış prizmaları tamamilə doğru çıxdı. Suriyaya da həmçinin. Amma Türkiyəyə baxış prizmalarının doğru olmadığını onlara göstərəcəyik. Bir də etdiklərinin qarşılığını almayacaqlarını, Türkiyədən necə gəldi istifadə edəcəklərini zənn edirlər. Belə bir şey olmaz.
(A9 TV; 16 sentyabr 2015)
Adnan Oktar
-
Mason lojalarının heç birində Quran yox idi. Mən bu lojaların hamısına Qurani-Kərim qoyulmasını təmin etdim, Allah məni vəsilə etdi.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
Ayrılığın səbəbi iman zəifliyidir. Allah üçün sevsən niyə ayrılasan ki? Amma mənfəət üçün sevsən; mənfəət üçün gələn, mənfəət üçün gedər.
(A9 TV; 15 sentyabr 2015)
Adnan Oktar
-
“Terrorla mübarizə” haqqında qanuna dəyişikliklər edilməlidir. Məsələn, PKK-lılara kömək edənə ən azı 10 il həbs cəzası verilsin. Eləcə də, PKK-nı tərifləyən, Abdullah Öcalanın lehinə şüarlarla çıxış edən, təşkilatla əlaqəsi olduğu açıq şəkildə bilinən hər kəsə bu cəza tətbiq edilsin. Bunu uzatmağa ehtiyac yoxdur. Başqa cür dayanmaz. Həbs etmək, ortalığı sakitləşdirər. PKK-nın bütün fəaliyyətlərini dayandırmış, qolunu-qanadını qırmış olarsan. Lazım gəlsə 10 min, 20 min, 30 min, 40 min, 50 min, 100 min insanı həbs edərsən. Doldur həbsxanaya, bitdi. Xüsusilə də, dəstə başçıları həbs olunsa məsələ bitər.
(A9 TV; 14 sentyabr 2015)
Adnan Oktar
-
PKK-lılar həbs olunmalıdır. PKK, Türkiyəni tamamilə yox etməyi qarşısına məqsəd qoyan bir sistemdir. İlk mərhələdə deyil, bir neçə mərhələdə yox etməyi qarşısına məqsəd qoyan bir sistemdir. Siyasətlə qaynayıb qarışmış bir dəstədir. Həm silahlı, həm də silahsız PKK-lılar həbs olunmalıdır. Geniş miqyaslı həbs etmə əməliyyatı aparılsın, 30 min, 40 min, 50 min insan da həbs oluna bilər. Yetər ki, həbs olunsunlar, ortalıq sakitləşər.
(A9 TV; 14 sentyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) insanların üstündəki zəncirləri açacaq. Aydın, ağıllı, canlı, sevgi dolu bir İslam anlayışı hakim olacaq.
(A9 TV; 13 sentyabr 2015)
Adnan Oktar
-
Ənənəvi ortodoks qardaşlarımız bir Mehdi gələcəyini, mövcud olan qatı dinçiliyi çox zəif görəcəyini zənn edirlər. "Belə də qatı dinçilik olar? Bunun yüz mislini edəcəyəm" deyəcəyini və dünyanın zülmət qaranlığa qərq ediləcəyini zənn edirlər. Hz. Mehdi (ə.s) yüz misli qatı dinçiliyi həll edəcək.
(A9 TV; 13 sentyabr 2015)
Adnan Oktar
-
Bəziləri ehtiyac sahibi qardaşlarımıza kömək etmək məsələsində “pulu haradan tapacağıq?” məntiqiylə danışırlar. Allah qat-qat bərəkətini gətirər. Savabı əhəmiyyətlidir, Allahın rizasını qazanmaq əhəmiyyətlidir. Rizasını qazansan Allah da bərəkətini gətirər. Rizasını qazanmaq əvəzinə xəsislik etsən, Allah əlindəkini də alar, malın-mülkün hamısı əlindən gedər.