Kürd bacı-qardaşlarımız çox təqvalı və dindar insanlardır. Səlahəddin Əyyubi, Bədiüzzaman ruhunu daşıyan çox igid və məzlum insanlardır.
(A9 TV; 26 İyul 2012)
Adnan Oktar
-
Qadınlar ən az kişilər qədər, hətta kişilərdən daha çox hüquqlara sahib olmalıdırlar. Onlar da kişilər kimi azad olmalıdırlar.
(A9 TV; 24 İyul 2012)
Adnan Oktar
-
Mehdiyyət, İsa Məsih qəbul edilməzsə dünya məhv olar. Buna görə də əleyhinə olmaq, müqavimət göstərmək mənasızdır.
(A9 TV; 24 İyul 2012)
Adnan Oktar
-
Allah ONA qarşı savaş elan edilməsini qəbul etməz. Allah dünyanı Özü ilə mübarizə aparsınlar deyə yaratmadı. Özünə qul olması üçün yaratdı. Ya Allaha dönəcəklər, ya da Allah dünyanı məhv edəcək.
(A9 TV; 24 İyul 2012)
Adnan Oktar
-
Dəccal dinsizlikdir. Ateist, Darvinist-materialist cərəyanların hamısına dəccal deyilir.
(A9 TV; 24 İyul 2012)
Adnan Oktar
-
Xərçəng xəstəliyini ailənin məsuliyyətindən çıxaraq. Xərçəng xəstəsi olan uşaqlar da bizim millətimizin bir problemidir. Bizə aiddir, ailəsinə deyil. Bir millət olaraq sahib çıxaq.
(A9 TV; 23 İyul 2012)
Adnan Oktar
-
Allah, cəhənnəm qorxusu olmasa, dünyanın bütün nizamı pozular.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
"Allah qorxusuna nə gərək var? Allahı mən uşaq qəlbimlə uşaq kimi sevmək istəyirəm "desən, uşaqcasına düşünmüş olarsan.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Sevgi, şəfqət, mərhəmət, yaxşılıq, gözəllik və ağılın təməlində Allah qorxusu vardır. Allah qorxusu olmadığı zaman, insanlar ağılasığmaz zülmlər edə bilərlər. "Mən Allahı sevirəm" deyər, amma qeyri-normal hərəkətlər edər. Allah qorxusu gözəl əxlaqın, gözəl davranışın təməlidir.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Münafiqlər çox qorxaq olurlar. Müsəlmanlardan uzaq yaşamaq istəyərlər və ona görə də qaçarlar. Müsəlmanlarla birlikdə olmağın zərərli, bəlalı olduğunu fikirləşər və uzaq yaşayarlar. Uzaq yaşadıqları üçün məhv olarlar.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v.) zamanında münafiqlər beş qəpiklərinə belə diqqət ediblər. Özlərini həmişə ağılsız göstərmişlər. "İmkanım olsaydı, pul verərdim, gücüm olsaydı, edərdim. "Amma, məsələn, uşağını evləndirməyinə çoxlu pul tapıb. Və yaxud başına bir iş gəlir, baxırsan ki, pul tapıb. Və yaxud özünü qurtarmaq üçün fidyə lazımdır, tez çoxlu pul verir. Bu əxlaqsızlar çətinliyə düşdükləri zaman pul taparlar.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Münafiqlər namaz qılmağa, infaq etməyə də nifrət edərlər. Buna görə həmişə belə işlərdə "borc ödüyürəm, gücüm çatmır, imkanım yoxdur" deyirlər.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
Allah qorxusu qüvvətli sevgidən qaynaqlanan qorxudur. Yəni bir insanın bombadan və yaxud başqa nədənsə qorxması kimi deyil. AŞİQİNİ, AŞİQ OLDUĞU ALLAHI İNCİTMƏKDƏN QAYNAQLANAN QORXUDUR.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
İslam 10 il sonra tam fərqli şəkildə insanların qəlbində yer almış olacaq, inşaAllah, amma biz ən çox savabı qazana bildiyimiz dövrdə olduğumuz üçün var gücümüzlə səy göstəririk. Həmişə cəhd edib, çalışırıq, amma savabın çox olduğu dövrlər fərqlidir.
(A9 TV; 22 İyul 2012)
Adnan Oktar
-
İsrail soyundan olmağımla iftixar edirəm, möhtəşəm bir şeydir. Hz. Davud (ə.s.), Hz. Yaqub (ə.s.), Hz. İbrahim (ə.s.), Hz. Yusif (ə.s.) soyundanam. Peyğəmbər nəslindən olmaqla da fəxr edirəm.
(A9 TV; 21 İyul 2012)
Adnan Oktar
-
Allaha tam sığınsınlar, təslim olsunlar. Bərəkət və bolluq bütün dünyanı bürüyür. Başqa yolla ağrıdan, bəladan, fəlakətlərdən xilas ola bilməzlər.
(A9 TV; 21 İyul 2012)
Adnan Oktar
-
Sən ətdən, sümükdən meydana gəlmiş zavallı bir varlıqsan. Üstəlik də onun görüntüsüsən, kölgə varlıqsan. Bütün gücün Allaha aiddir. Bizi danışdıran da Allahdır. Allah belə buyurur "Allah istəməsə, siz istəyə bilməzsiniz". Nitqi verib danışdıran Allahdır, ayə vardır. Ayədə deyir "Nitqi verən Allahdır".
(A9 TV; 21 İyul 2012)
Adnan Oktar
-
Bütün güc Allaha məxsusdur. Bircə külli iradə, hakim iradə vardır, yəni Allahın iradəsi vardır. Hər birinə hakimdir. Qədərin hamısı Allaha aiddir. Hər biri Kitabda yazılmışdır. Tək bir an vardır. Tək bir an içində Allah hər şeyi edib bitirmişdir.
(A9 TV; 21 İyul 2012)
Adnan Oktar
-
Külli iradə, cüzi iradə deyilən bir şey yoxdur. Bir iradə vardır. Onu da Allah yaradır.
(A9 TV; 21 İyul 2012)
Adnan Oktar
-
Bir insanın xurafatçısı da, dəccalı da əskik olmamalıdır. Fironu, Nəmrudu da əskik ola bilməz. Yaxşı təbliğ edilməsinə vəsilə olurlar. Allah bizi xurafatçısız, münafiqsiz, dəccalsız, fironsuz, nəmrutsuz buraxmır. Biz də bunları elmlə, biliklə əzirik.