Mehdi (ə.s)-ın dini asanlaşdırması demək; Quranda olmayan haramları aradan qaldırması deməkdir. Məsələn, musiqi haramdırmı? Deyil. Quranda belə bir ayə yoxdur. Musiqinin haram olduğunu iddia edənlərə musiqinin halal olduğunu söyləyəcək.
İfaçıların qiyməti bilinməsə, incəsənət zamanla yox olar. O zaman dünya qaralar. Dünyanın gözəlliyi yox edilər. İfaçı demək, dünyanı gözəlləşdirən insan deməkdir.
(A9 TV; 5 may 2015)
Adnan Oktar
-
Gələcək olan Mehdi (ə.s), İslamı yenidən dirçəldərkən asanlaşdırmaqla dirçəldəcəkdir. Dini asanlaşdıracaq, xurafatçıların vurduğu zəncirləri insanların üzərindən açacaqdır.
(A9 TV; 5 may 2015)
Adnan Oktar
-
Xurafatçılıqla İslamı bütün dünyada dəyərdən saldılar. İslam günəşini söndürmək istəyirlər. Asma, kəsmə, döymə, qadınları alçaltma, qadınlara "yarım varlıq" demə vardır, musiqi yoxdur, şəkil yoxdur, incəsənət yoxdur, xeyirxahlıq yoxdur, gözəllik yoxdur, məhəbbət yoxdur, o yoxdur, bu yoxdur. Siz dəlisiniz? Sanki cəhənnəm həsrətindədirlər. İslamda belə bir şey yoxdur.
(A9 TV; 5 may 2015)
Adnan Oktar
-
Allah İslam barəsində nə deyir? "Hz. İbrahimin dini kimi asandır". "Allah sizin üçün çətinlik diləməz, asanlıq diləyər" deyir. Mehdi (ə.s) asanlaşdıracaqdır. Necə asanlaşdıracaq? Görünməmiş şəkildə asanlaşdıracaq. Din asanlaşacaq, zəncirlər açılacaq. Çox asan bir din meydana çıxacaq. Bu din hansı dindir? Qurandakı din.
(A9 TV; 5 may 2015)
Adnan Oktar
-
Mömin Allaha ölümünə bağlanmalıdır. Şəhid olmağı da qəbul etməlidir, qazi olmağı da qəbul etməlidir, həbsxananı da qəbul etməlidir, dəlixananı da qəbul etməlidir. Başına gəldikdə həmd etməli, şükür etməlidir. O zaman Allah onun yolunu tamamilə açar.
(A9 TV; 2 may 2015)
Adnan Oktar
-
Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə, əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi haramdır, şəkil haramdır, heykəl haramdır.
(A9 TV; 2 may 2015)
Adnan Oktar
-
Səmimiyyət insana baha başa gələr. Əzab çəkər, yorular, hətta bəzi hallarda başı bəlaya da girər. Sən çox yaxşı yaşayırsan. Lazım gələndə mənfəətini güdürsən. Mənfəətini bir körpəni qoruyan kimi qoruyursan. Burada səmimiyyət vardırmı?
(A9 TV; 24 aprel 2015)
Adnan Oktar
-
Dərin imana sahib olmaq üçün elə də fövqəladə bir səy göstərməyə ehtiyac yoxdur. İnsan çox səmimi olsa, dərin iman dərhal meydana gələr. Dini ona görə çox çətin olduğunu düşünürlər. "Çox təfəkkür etməli, çox dərin düşünməliyəm" deyir, sən istəməklə dərin düşünə bilməzsən, Allah səni dərin düşündürər. Müstəqil bir gücün yoxdur. Sənin edəcəyin şey, səmimi olmaqdır. Səmimi olub Allahdan tələb etməkdir.
(A9 TV; 24 aprel 2015)
Adnan Oktar
-
Mehdi (ə.s)-a tabe olacaqlar, İsa Məsihə tabe olacaqlar. Dünya başsız olduqda divanə olar. Başa düşülməyəcək bir tərəfi yoxdur.
(A9 TV; 24 aprel 2015)
Adnan Oktar
-
Mehdiyyət dövründə həddindən artıq saxta mehdilər və saxta İsalar ortaya çıxacaq. Saxta mehdilərin ən əhəmiyyətli əlaməti, açıq-aydın şəkildə mehdi olduqlarını müdafiə etmələridir.
(A9 TV; 23 aprel 2015)
Adnan Oktar
-
Çox az sayda insanın həqiqi mənada iman etməsi bütün dünyanın imanını güclü edir.
(A9 TV; 23 aprel 2015)
Adnan Oktar
-
Bütün dünya ölkələri darvinizm əsasında; "Allah yoxdur, peyğəmbər də yoxdur" deyir. "Bütün haqq kitablar da yalandır" deyir. Mərakeş, Tunis, Əlcəzair, Misir, hamısı. Qiyamətin qopmaması möcüzədir. Allah dünyanı hal-hazırda Mehdi (ə.s) vəsiləsiylə ayaqda saxlayır.
(A9 TV; 23 aprel 2015)
Adnan Oktar
-
Sən darvinist olanda Allaha; "sevmirəm səni" deyirsən (haşa), "varlığına belə inanmıram" deyirsən. Allaha meydan oxumuş olursan. Allahı tənzih edirəm.
(A9 TV; 23 aprel 2015)
Adnan Oktar
-
Allah sevgidir. Allah Təala qullarını sevər, qullarının da Özünü sevməsini istəyər.
(A9 TV; 23 aprel 2015)
Adnan Oktar
-
İçimiz, çölümüz və qəlbimiz sevgiylə doludur. Dünyanı xilas edəcək şey də sevgidir. Allah sevgini istəyir. Quran əvvəldən axıracan sevgini izah edir. Quran sevginin kitabıdır.
(A9 TV; 23 aprel 2015)
Adnan Oktar
-
İnsanlar qəlbdə, ruhda dindar olacaqlarını gördülər. Musiqi dinləyə biləcəklərini, qadınlar başı açıq gəzə biləcəklərini, eyni zamanda dindar olub namazlarını da qıla biləcəklərini gördülər. Onun üçün din, Türkiyədə gizli şəkildə mükəmməl yayıldı. Özünə hər yerdə fövqəladə bir zəmin tapdı.
(A9 TV; 21 aprel 2015)
Adnan Oktar
-
Mehdi (ə.s) çox açıqdır, çox bəllidir. Açıq şəkildə haqsızlığa uğrayacaq, açıq şəkildə əziyyət çəkəcək. Amma insanların qəlb gözü kor olacaq, görə bilməyəcəklər. Bu çox təəccüblüdür. Görünməmiş zülm həyata keçiriləcəkdir, insanlar isə sonradan; "bu zülm gözümüzün qarşısında həyata keçirildi, biz bunu necə görə bilmədik, qəlb gözümüz necə kor oldu" deyəcək.
(A9 TV; 21 aprel 2015)
Adnan Oktar
-
Hz. İsa (ə.s) çox yaraşıqlı, avropalılara bənzər bir dəliqanlı kimi ortaya çıxacaq. Gözəl, düzgün, ağıllı, keçmişini xatırlamayan bir dəliqanlı olaraq. Təxmin edildiyi kimi, çox təəccüb yaradan təsiri olmaz. Çünki şübhə yaradan vəziyyətdə olacaq, qəti qənaət gətirə bilməzlər. Özü də; "Mən mütləq İsayam" deyil, "bənzəyirəm" deyəcək, "ola bilərəm" deyəcək.
(A9 TV; 21 aprel 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) haramları Qurandan öyrənirdi. Quranda bildirilənlərdən başqa haram, halal olmaz. Hz. Aişə anamızdan belə bir şey soruşurlar; "Rəsulullah (s.ə.v)-in sünnəti nədir?", O da; “Qurandır” deyir. İş çıxarmayın. Quranda bildirilənlərdən başqa haram, halal olmaz.
(A9 TV; 19 aprel 2015)
Adnan Oktar
-
Əgər sən buranı vətən kimi qəbul edirsənsə, dövləti də dövlət kimi qəbul edirsənsə, bu dövlət bir qanun qoymuşdur, bir konstitusiyası var; "bu sərhədlər daxilində yaşayan hər kəs türkdür". Yəni bu nə deməkdir?. Qardaşıq deməkdir. Nə olursa olsun, kürd, laz, türk, kim olursan ol, buna türk adını verək, birlikdə yaşayaq deyir. Bu çox gözəldir.