Mehdiyyət iddia deyil, isbatdır. İslam dünyaya hakim olar. Bir şəxs İslam aləminin başına keçər, biz o zaman onun “Allahualəm Mehdi (ə.s)” olduğunu düşünərik, bu qədər. Qəti şəkildə iddia da etmərik. "Allahualəm, yəqin ki, elədir" deyəcəyik.
Din dedikdə, ayələri əzbərləmək, Quranı su kimi əzbər bilmək, onu təcvidlə oxumağı başa düşürlər. Halbuki, Quranın hikməti və mahiyyəti əhəmiyyətlidir. Yəni oradakı mənanı həyata keçirmək vacibdir. Yoxsa onu təcvidlə oxumaq deyil. Bunu ərəblər çox yaxşı şəkildə edirlər. Lakin Quranı tətbiq etməyənlərin bir hissəsi də, yenə ərəblərin arasından çıxır.
(A9 TV; 20 dekabr 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) insanları özünə dəvət etmədi. Qurana dəvət etdi. Heç bir peyğəmbər özünə dəvət etmədi. Həmişə Allahın Kitabına dəvət etdilər. Məsələn, hz. Musa (ə.s) Tövrata dəvət etdi. Hz. İsa (ə.s) İncilə dəvət etdi. Mehdi (ə.s) da insanları Qurana dəvət edəcək.
(A9 TV; 20 dekabr 2015)
Adnan Oktar
-
Hikmət Allahın bəyəndiyi gözəllikdir. İnsanların bir hissəsi çox, lakin hikmətsiz danışar. Hikmətin çox biliklə, boşboğazlıqla əlaqəsi yoxdur. İnsan yeriyən kitabxana kimidir, lakin o dərinliyi, o hikməti görə bilmir. Məlumatın yalnız çoxbilmişlik, modabazlıq tərəfini qəbul edir. Halbuki informasiyadan hikmət üçün işlətmək lazımdır.
(A9 TV; 20 dekabr 2015)
Adnan Oktar
-
Qiyamətin və ölümün müsəlmanları narahat edəcək heç bir tərəfi yoxdur. Əgər müsəlman özünə zülm ediləcəyinə, yaxud əzab çəkəcəyinə inanırsa, bu Allahın xoşuna gəlməz. Çünki Allah: "Mənə güvən. Sən yaxşı əməl sahibisənsə, sənə zərər gəlməz" deyir. Mömin həmişə Allaha hüsnü-zənn etməlidir.
(A9 TV; 20 dekabr 2015)
Adnan Oktar
-
Bütün məsələ Allaha səmimi-qəlbdən təslim olmaqdır, Allahı sevməkdir. Bu cür olsan, yavaş-yavaş yoluna doğru irəliləyərsən. Sürətli getməyə çalışarsan, lakin Allah sənin sürətlənmənə icazə verməz. Mehdiyyət yavaş irəliləyən sistemdir. Mehdi tələbələri də yavaş təkmilləşərlər. İstədikləri qədər can atsınlar, nə edirlərsə etsinlər, Allah o müddəti tamamlayar.
(A9 TV; 19 dekabr 2015)
Adnan Oktar
-
Mehdiyyətin əsası hikmət və səmimiyyətdir. Ədəbi, həyəcanlı danışıqlar insanlara mahnı və türkü kimi gələr, heç bir təsiri olmaz.
(A9 TV; 19 dekabr 2015)
Adnan Oktar
-
İslamın bu cür böyük xərclər, böyük fəaliyyətlər, mütəşəkkil hərəkatlar, gizlicə nələrsə etmək kimi şeylərlə hakim olacağını zənn edirlər. Qurana baxın, İslamın hakimiyyəti həmişə metafizikdir. Bütün məsələ səmimi olmaqdır.
(A9 TV; 19 dekabr 2015)
Adnan Oktar
-
Mehdiyyətə kömək göstərilər. Mehdiyyət iddiasıyla ortaya çıxılmaz. Tarixə diqqətlə baxın, hamısı məğlubiyyətlə nəticələnmişdir. Lakin mehdiyyətə kömək iddiasıyla ortaya çıxan hər kəsin, Allah yollarını açmış və hamısı bəxtiyar olmuşdur.
(A9 TV; 19 dekabr 2015)
Adnan Oktar
-
Bütün süni mehdilik hərəkatları yox olar. Çünki bu, mehdiyyətlə lağ etmək deməkdir. Allah başına keçirər. Hər süni Mehdi namizədi məğlubiyyətlə nəticə qazanar.
(A9 TV; 19 dekabr 2015)
Adnan Oktar
-
Əyləncə, İslam, Quran, yemək-içmək, hər şey; həyat tək halda bütövdür. İslamdan ayrı həyat yoxdur. Yəni; "bir hissəsi İslami, bir hissəsi də qeyri-islami" olmaz. Hər nəfəsində İslam var; əylənərkən, gülərkən, yatarkən, uzanarkən, qalxarkən; ağlına gələn hər yerdə İslam var. İslamın olmadığı bir yer qəflət deməkdir, pərişanlıq deməkdir.
(A9 TV; 19 dekabr 2015)
Adnan Oktar
-
Biz olduqca müasir ölkə olsaq, çox ziyalı ölkə olsaq, qadın haqlarında ən qabaqcıl səviyyəyə gəlsək, elmdə, incəsənətdə, estetikada, keyfiyyətdə önə çıxanlardan biri olsaq dünyanın ən güclü ölkəsi olarıq. Lakin başqa cür olsa; Yaxın Şərq səviyyəsində qalan bir ölkə olacağıq, gələn vurar, gedən vurar, məhv olarıq Allah qorusun.
(A9 TV; 18 dekabr 2015)
Adnan Oktar
-
İman zəifliyi olduqda insan duyğusuz olar. İslamı yaymaq həyəcanı olmaz. Allahdan qorxma gücü olmaz. Öz mənfəətinin, öz problemlərinin ardınca qaçar. Bu böyük fəlakətdir.
(A9 TV; 18 dekabr 2015)
Adnan Oktar
-
İnsanların imanı zəif olduqda, onları, Mərakeşdə, Tunisdə, Əlcəzairdə, Liviyada müsəlmanların öldürülməsi, əzilməsi, darvinist təhsil verilməsi maraqlandırmır. Təkcə instinktlərlə hərəkət edirlər. Harada toy var, ona baxırlar. Harada əyləncə var, harada kef çəkə bilərlər, yəni macəra ardınca qaçırlar. İman zəifliyinin ən böyük fəlakəti bu laqeydlikdir.
(A9 TV; 18 dekabr 2015)
Adnan Oktar
-
İngilislər Osmanlı imperiyasını dağıtmaq üçün, darvinizmi ortaya çıxardılar və ağlasığmaz zərbə vurdular. Bütün dünyanı fəlakətə sürüklədilər, parça-parça etdilər, məhv oldu dünya. Həm I, həm də II Dünya müharibəsi baş verdi. İki müharibənin də təməlində darvinizm var. Çünki həm marksist, həm də faşist düşüncələr darvinizm mənşəli fəlsəfələrdir.
(A9 TV; 18 dekabr 2015)
Adnan Oktar
-
PKK-nın inkişaf etmə səbəbi darvinizmdir, türk əsgərinin və türk polisinin şəhid edilməsinin ən təməlində yenə darvinizm var. Bütün xəstəliyin kökü budur.
(A9 TV; 18 dekabr 2015)
Adnan Oktar
-
Qəbir əzabı deyilən nəsə yoxdur. Öldükdə başqa bir aləmə daxil olarsan. Öldüyün anda, sənə mömin olduğun dərhal hiss etdirilər, dərhal anlayarsan. Yaşayacağın o hüzurdan, rahatlıqdan dərhal anlayarsan. Bir də Allah Öz bəndəsinə zülm etməz, belə şey yoxdur. Haşa, Allah belə ədalətsiz zülm anlayışına sahib deyil. Sonsuz ağıl və sonsuz mərhəmət sahibidir.
(A9 TV; 17 dekabr 2015)
Adnan Oktar
-
Türkiyəyə, türklərə qurulan tələ, Türkiyənin çox müasir, çox keyfiyyətli, qadın hüquqlarına əhəmiyyət verən, incəsənətə, elmə dəyər verən quruluşu ilə pozula bilər. Bunun xaricində, bu tələ mükəmməl işləyir kimi görünür; Türkiyə mövhumatçılığın qaranlığına doğru çəkilir.
(A9 TV; 15 dekabr 2015)
Adnan Oktar
-
Mövhumatçılıqda evlər keyfiyyətsiz olar, avtomobillər keyfiyyətsiz olar, küçələr keyfiyyətsiz olar. Hər yerdə ağlasığmaz geriləmə olar. Geyimin keyfiyyəti azalar, rəsm əsərlərinin keyfiyyəti azalar, yeməklərin keyfiyyəti azalar, hər şey korlanar. Mövhumatçılıq korlanmanı, keyfiyyətsizliyi müdafiə edir. Bu böyük təhlükədir. Buna qarşı çox diqqətli olmaq lazımdır.
(A9 TV; 14 dekabr 2015)
Adnan Oktar
-
Biz səmimi davranmaqla mükəlləfik. Allah səmimi olanlara cəhənnəm içində cənnət yaradar. Müsəlmanlara heç gözləmədikləri yerdən ruzi bəxş edər. Bunların hamısı gizli bir Quran möcüzəsidir. İman əhli bunu anlayar, Allahın gizli işarələrini görər, lakin qəflət əhli bunları görməz.