Məqbul, məntiqli, demokratik, mehriban, bütün insanları sevən, hər bir dinə mənsub insanı sevən nəsillər yetişdirmək lazımdır. Yəhudilərə nifrət öyrədilir, xristianlara nifrət öyrədilir, şiələrə nifrət öyrədilir, sünnilərə nifrət öyrədilir; belə olmaz.
Biz Mehdi (ə.s)-ı niyə sevirik? Allah üçün sevirik. Allahın təcəllisi olaraq sevirik. İsa Məsihi niyə sevirik? Allahın təcəllisi olaraq sevirik. Əlbəttə ki, ət-sümük olaraq sevmirik.
(A9 TV; 19 noyabr 2014)
Adnan Oktar
-
Cənub-Şərq bölgəsində ən vacib, ən əhəmiyyətli şeylərdən biri mühafizəçilərə sahib çıxmaqdır. Mühafizəçilərə polis statusu verilsin. Şəhərdə də silah gəzdirmələrinə imkan verilsin. Sayları artırılsın.
(A9 TV; 19 noyabr 2014)
Adnan Oktar
-
Abdulla Öcalana hörmət göstərilməsinin səbəbi silahdır. Silah olmadıqda Abdulla Öcalanı heç kim adam yerinə qoymaz. Cənub-Şərqdə BDP-nin müvəffəqiyyət qazanmasının səbəbi də, məhz PKK-nın silahıdır.
(A9 TV; 13 noyabr 2014)
Adnan Oktar
-
PKK heç bir şəkildə silahı yerə qoymaz. Silahı yerə qoyduğu təqdirdə buxar olar, yox olar. PKK silahla yaşayan bir gücdür. Silah olmasa heç kim onları vecinə almaz, adam yerinə də qoymaz.
(A9 TV; 13 noyabr 2014)
Adnan Oktar
-
(A9 TV; 12 noyabr 2014)
Adnan Oktar
-
Allah dəhşət mühiti, qan, hadisələr meydana gətirir, mehdiyyəti qəbul etdirir. Çünki, insanlar bir şeyi könüllü surətdə qəbul etmədikdə, Allah da “Cabbar”, “Qəhhar” adıyla zorla qəbul etdirər. Zorakılıq və dəhşət mehdiyyətin zühur əlamətidir. Mehdi (ə.s) bu dəhşəti, qanı dayandıracaq şəxsdir.
(A9 TV; 12 noyabr 2014)
Adnan Oktar
-
Yəcuc və Məcuc Axırzamanda dünyanı bir-birinə qatacaq. Mehdi (ə.s) hz. Zülqərneyn kimi bir sədd çəkib, firavanlıq, əmin-amanlıq və dincliyin hakim olduğu bir mühit yaradacaq.
(A9 TV; 12 noyabr 2014)
Adnan Oktar
-
Bütün züppələr (züppə, snop-Görkəmli görünmək üçün, bəzi ətraflardakı düşüncələri mənimsəyən, heyranlıq duyan və onlar kimi davranmağa etina edən) pərişan olacaq, xəcalət çəkəcəklər. Dünyanın züppəliklə idarə ediləcəyini zənn edirlər, Allah dünyanı idarə edir. Allah təvazökar, günahsız və gözəl insanlara dünya hakimiyyətini bəxş edəcək. Züppələr rəzil, rüsvay olacaqlar. Züppələrin aqibəti iki metrlik torpaqdır.
(A9 TV; 12 noyabr 2014)
Adnan Oktar
-
Emosionallıq və romantiklik imanın polad zirehinə dəydikdə birbaşa yerə düşər. Rasionalizmin şəffaflığı, gözəlliyi, aydınlığı ortaya çıxar, eynilə kristal kimi.
(A9 TV; 11 noyabr 2014)
Adnan Oktar
-
Abdullah Öcalanın sərbəst buraxılması nə deməkdir? PKK qanuni bir təşkilatdır deməkdir. PKK-nın törətdiyi cinayətlər də qanuni deməkdir, haşa. Məntiqsizliyi bir kənara qoyun. Elə bir şey olmaz, onsuz da buna izin vermərik, bunu unutsunlar. Niyyətləri vardı, lakin izn vermirəm. Çıxa bilməyəcək və çıxmayacaqdır.
(A9 TV; 11 noyabr 2014)
Adnan Oktar
-
Müasir düşüncə müasir İslam anlayışıdır. İslam dinində sevgi, mərhəmət, sülh, əmin- amanlıq, yaxşılıq, nəzakət, tərbiyə, sayğı, hörmət, keyfiyyət, ən yaxşı texnologiya, ən mükəmməl incəsənət vardır. Bütün fikirlərə və bütün adamlara qarşı hörmət vardır. Necə də gözəldir. Kommunizmdə isə öz fikrində olmayan hər kəsi öldürmək, dəhşət yaymaq, asıb-kəsmək vardır.
(A9 TV; 11 noyabr 2014)
Adnan Oktar
-
Kürdlərin lideri hz. Məhəmməd (s.ə.v)-dir. Allahı inkar edən, özünün tanrı olduğunu söyləyən Abdullah Öcalan deyil. Abdullah Öcalan özünün büt olduğunu söyləyən bir insandır. Kürd qardaşlarımız bütə səcdə etməzlər, Allaha səcdə edərlər.
(A9 TV; 11 noyabr 2014)
Adnan Oktar
-
Əsgərimizi, polisimizi şəhid edəni bağışlamağa çalışanı Allah məhv etsin! Əsgərimizi, polisimizi şəhid edəni bağışlamağa çalışanı Allah məhv etsin! Əsgərimizi, polisimizi şəhid edəni bağışlamağa çalışanı Allah məhv etsin!
(A9 TV; 10 noyabr 2014)
Adnan Oktar
-
PKK dünyanın ən alçaq, ən şəxsiyyətsiz, ən namərd qruplaşmasıdır. Abdullah Öcalan da bu qruplaşmanın başçısıdır. Cinayətə sövq etdirmiş, on minlərlə əsgərimizin, polisimizin şəhid olmasına səbəb olmuş bir adamdır.
(A9 TV; 5 noyabr 2014)
Adnan Oktar
-
Bəs Amerika Talibanı məğlub etmişdi? "Bombayla məğlub edərik" deyirdilər. Texnologiyasına güvənir. Texnologiyana güvənmə, sevginə güvən. Şəfqətinə, ağlına, imanına, elminə güvən. O insanlar məzlum adamlardır, çox asanlıqla razı sala bilərsən.
(A9 TV; 2 noyabr 2014)
Adnan Oktar
-
Türkiyəni bölməyə çalışarlarsa, dünyanı başlarına yıxarıq, qiyamət qopar. İzin vermirik, bunu unutmalıdırlar. Kim bu layihənin içindədirsə, Allah onu məhv etsin. Kim bu planın içindədirsə, Allah onu məhv etsin. Kim buna qərar veribsə, Allah onu məhv etsin, Allah ona hər cür müsibət versin. Allah başlarına yağış kimi bəla yağdırsın. İzin verməyəcəyik.
(A9 TV; 2 noyabr 2014)
Adnan Oktar
-
Avropa və Amerikanın istədiyi yol xəritəsi; Abdullah Öcalanın istədiyi yol xəritəsi, yəni PKK-nın istədiyi yol xəritəsidir; o da Cənub-Şərq bölgəsində böyük bir ərazinin Türkiyədən ayrılaraq “PKK kommunist-Stalinist” dövlətinə verilməsi və Abdullah Öcalanın bu dövlətin prezidenti vəzifəsinə gətirilməsidir. Məsələ budur. Sülh mərhələsindəki məqsəd budur.
(A9 TV; 2 noyabr 2014)
Adnan Oktar
-
Allah diqqətimizi açsın, Özünə daha çox bağlanmağı və sevgimizi yalnız Ona yönəltməyi nəsib etsin. Ağlımızı gücləndirib, Allahın dəlillərini yaddaşımıza həkk edib; şüurlu və səmimi bir şəkildə imanımızı gücləndirib davam etdirsin. İman zəifliyi çox təhlükəlidir, Allah qorusun.