Mükəmməl əxlaq nədir? Səbir, şəfqət, fədakarlıq, dürüstlük, cəsarət, vəıqda insanda bunları etmək məsələsində qəflət yaranır. Məsələn, Allahı sevər, lakin namaz qılmaz. "Mən Allahı sevirəm, Allahın mənim namazıma ehtiyacı yoxdur" deyər. Çox pulu olar, kasıblara paylamaz. "Kasıb necə olsa tapar, lakin mən Allahı çox sevirəm, bu pulla xoşbəxt oluram, Allaha daha yaxın oluram" deyər. Cəsarət göstərməz; "mən indi belə bir şeydən ötrü həyatımı təhlükə altına atmayım, gözəl yaşayıram" deyər. Allah qorxusu olduqda cəsarət göstərilər.
Həqiqi sevgi, sonsuz güc sahibi Allahdan qaynaqlandığı üçün əsla bitməz. Ölümdə davam edər, axirətdə davam edər, əbədiyyən davam edər.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Sevsən tərslik etməzsən, xəsislik etməzsən, eqoistlik etməzsən, sevdiyinin rahat və yaxşı olmağını istəyərsən.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Kobud davransan sevgi gedər, nəzakətli davransan gələr. Əgər insan eqoistdirsə, sevgi dərhal gedər; eqoist deyilsə sevgi dərhal və artıqlamasıyla gələr.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Öyünsən, təkəbbürlənsən dəli kimi görünərsən, bu antipatiya oyadar və sevilə bilməzsən. Təkəbbürləndiyin, lovğalandığın vaxt da sevilməz olursan. Sən niyə lovğalanırsan, niyə öyünürsən ki? Sevsin deyə edirsən, elə deyilmi? Əks təsir verər, sevgi gedər.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Allahın dünyada bu qədər bəla verməsinin tək səbəbi nankorluqdur. Şükür yoxdursa, onsuz da nankorluq vardır. Çəkilən bütün bu əzablar nankorluğun qarşılığıdır. Nankorluq çox qorxunc şeydir. Böyük vicdansızlıqdır.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Bəzi insanlar Allahı sevdikləri vaxt, zövq ala bilməyəcəklərini düşünə bilərlər. Ən böyük zövq, ən böyük həzz bu vaxt alınar. Allah dərinliyi əsil bu vaxt verər.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Sənin sevdiyim dediyin kəs, beynindəki təsvirdir. Ən incə nöqtəsinə qədər kim yaradır? Kim sevdirir, kim danışdırır? Bütün bunları edən Allahdır. Yəni qarşındakı şəxsə aid heç nə yoxdur. Əgər sən Allahı deyil, əksinə xəyali bir bütü sevsən bu aldatma olar, özü də çox pis aldatma. Özünü çox pis aldatmış olarsan.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Sevgidə şirk olarsa bu olmaz. Məsələn; "mən yoldaşımı çox sevirəm, həyat yoldaşımı çox sevirəm" deyir. Bəs Allahı necə? "Onu da sevirəm" deyir. Olmaz. "Mən həyat yoldaşımı Allah rizası üçün sevirəm, yoldaşımı da Allah rizası üçün sevirəm" deməlidir. "Allahın təcəllisi olaraq sevirəm" deməlidir.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Bütün bu hadisələr hədislərdə təsvir edildiyi kimi baş verir. Hz. Mehdi (ə.s)-ı da görəcəyik, hz. İsa Məsihi də görəcəyik, İslam Birliyini də görəcəyik, hamımız vəzifəmizi bitirdikdən sonra gedəcəyik. Burada heç kəs qalmayacaq. Sonda qalanlar da arxamızca gələcək, dünya boşalacaq, sonra da qiyamət qopacaq.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Gözəl olar, eqoist olar, heç bir faydası olmaz. Gözəllik eyni zamanda fitnədir. Gəncdir, gözəldir, lakin qürurdan, təkəbbürdən ötrü dəliyə dönər. Çirkin hesab edərsən, lakin dəlicəsinə bir şövqü olar. O gözəl dediyindən min dəfə artıq gözəllik verər sənə.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Mənə imanlı olub da, çirkin olan bir insan göstərsinlər. Səmimi imanlı insan çirkin olmaz, əsla belə bir şey olmaz.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Səid Nursi həzrətlərini sevirəm və bundan şərəf duyuram. Şeyx Nazim Kıbrısiyi sevirəm deyirəm. Mənzil camaatını sevirəm deyirəm. Süleyman Hilmi Tunahanı sevirəm. Əbdülbaki Erol həzrətlərini sevirəm. Bütün möminləri sevirəm deyirəm. Demaqoq üslubuna girmirəm. Mən sevgimi hər zaman hər yerdə açıq şəkildə ifadə edirəm. Qorxaq və çəkingən, səmimiyyətsiz rəftarlar fəlakət və uğursuzluq gətirər, başqa bir şey olmaz.
(A9 TV; 26 oktyabr 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) camaatı hicri 1506-cı ilə qədər mövcud olacaq. Hicri 1506-cı ildən sonra təbliğin şəkli, sistemi tamamilə dəyişəcək. Yəni artıq müsəlmanlar sanki masonlar kimi, çox gizli xüsusi işarələrlə görüşəcək, xüsusi simvollarla tanış olacaqlar. Çünki müsəlman olan hər kəsi öldürəcəklər. Quran yandırılacaq, ibadətə aid heç nə olmayacaq. Camilər dağılacaq, məscidlər dağılacaq. Kəbəni dağıdacaqlar, Kəbənin dümdüz ərazisi qalacaq. Müqəddəsata aid heç nə saxlamayacaqlar.
(A9 TV; 25 oktyabr 2015)
Adnan Oktar
-
Münafiq son anadək öz əxlaqsızlığını qəbul etməz. Axirətdə də qəbul etmir. Boşboğazlıq edir, bu dəfə isə, Allah danışığını kəsir. Allah dil gücünü yox edir.
(A9 TV; 25 oktyabr 2015)
Adnan Oktar
-
Münafiqin faydası olduqca böyükdür. Müsəlmanın şövqünü, həyəcanı artırar. Mübarizə əzmini artırar. Dünyagörüşünü və diqqətini açar. Əgər daxilində halsızlıq, yorğunluq varsa, onu yox edər. Daha çevik, daha istəkli olar.
(A9 TV; 25 oktyabr 2015)
Adnan Oktar
-
Allah: “Siz Məni unutsanız, Mən də sizi unudaram” deyir. İnsan ruhunda da vardır bu; yönəltdiyi sevginin ən gözəl qarşılığını almaq istəmək. Allah da bunu istəyir.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
Allah neməti bol verir, lakin nemətə şükür edilməməsi çox qəzəbləndirici hərəkətdir. Tutaq ki, sən bir saraya dəvət edildin, mükəmməl yeməklər verildi, şirniyyatlar və s. yeməyini yeyib, ayaqqabınla qapıya vurub, bağırıb qışqıraraq çıxıb getdin. Nə təşəkkür etdin, nə də heyran qaldın. Bax, belə etdinsə, bəla gələr.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
Bəlanı uzaqlaşdıran Allaha olan sevgidir, Allaha olan yaxınlıqdır. Quranın bildirdiyi halal və haramlara diqqət yetirib, dəqiq olaraq İslamı yaşamaqdır. Bu, bəlanı dəf edər.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
İnsanlar: “Bəlalar niyə gəlir?” deyə soruşur. Sən şükür etsən, bəla gəlməz. Şükür etməsən bəlaya layiq olarsan. Əlbəttə ki, müsəlman imtahan olunar, lakin bəla gəlməz.
(A9 TV; 24 oktyabr 2015)
Adnan Oktar
-
Allah yalnız sevgi istəyir. Sən bunu Allaha çox görürsənsə əgər, Allah da sənə həyatın, ölümün, hamısının əzabını qat-qat daddırar.