Qurana əsaslanan həqiqi İslam yaşanmış olsa İslam əxlaqı dünyaya sürətlə yayılar və hakim olar. Mövhumatçı İslam anlayışına qarşı, həqiqi İslamı izah etsək islamofobiya aradan qalxar və dünya zövqlə İslama yönələr.
(A9 TV; 15 may 2017)
Adnan Oktar
-
Qadının ruhuna ən çox təsir edən ehtiras, dərinlik, ağıl və sevgidir. Qarşısındakında ağıl və dərinlik görməyən qadın mənəvi cəhətdən ölmüş deməkdir.
(A9 TV; 15 may 2017)
Adnan Oktar
-
Bir insanın dürüstlüyü həmən anlaşılar. Səmimiyyətsiz insanın üslubu necə dərhal görünürsə, dürüst insanın keyfiyyəti də dərhal görünər.
(A9 TV; 15 may 2017)
Adnan Oktar
-
Qəlb oxşayan, kabil-i xitab (təmas qurula bilən) olduğunu göstərən olmaq əhəmiyyətlidir. İnsanlara yuxarıdan-aşağı baxan, əsəbi insanların təbliğ etməsi təsiredici olmaz.
(A9 TV; 15 may 2017)
Adnan Oktar
-
Hədisdə, hz. Mehdi vəsiləsi ilə sevgisizlik və səmimiyyətsizlik fitnəsinin bitəcəyi bildirilib. Mehdi sevgi və səmimiyyət müəllimidir.
(A9 TV; 15 may 2017)
Adnan Oktar
-
İnsanları qazanmağa çalışmaq əhəmiyyətlidir. Hər insan səhv edə bilər, insanlara səhvini düzəltmə imkanı vermək lazımdır.
(A9 TV; 15 may 2017)
Adnan Oktar
-
CHP xalqı sevgi ilə qucaqlasa, solun ən sağına gəlsə, radikal solun jarqonunu tamamilə tərk etsə, çox müvəffəqiyyətli partiya olar.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
İmam Rəbbani, hz. Mehdi zühur etdiyi zaman fiqh alimlərinin ona düşmən olacağını söyləmişdir. “Bu şəxs dinimizi dəyişdirir” deyəcəklər.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Allah heyvanları şəfqətimizi çox təhrik edəcək şəkildə yaradır. Hamısı çox gözəl, hamısı çox sevimlidir. Bu, Allahın çox gözəl nemətidir.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Qurana möhkəm sarılmaq, Allahın hökmlərinə Allah sevgisi ilə güclü bağla sarılmaq insanın ruhən və bədən cəhətdən güclü olmasını təmin edər.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Mömin israrla özünü səthi olmaqdan, alçaqlıqdan qoruyar. Səthi insanların güldükləri şeylər çox keyfiyyətsizdir. Nəcib insan səthilikdən uzaq dayanar. Səthiliyə səthi olaraq qarşılıq vermək müsəlmana yaraşmaz. Müsəlmanın hər rəftarının nəcib olması lazımdır.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
İnsanın həmişə özünü inkişaf etdirməsi əhəmiyyətlidir. Mömin Quranla, İslamla özünü təmizləməli, səthi olmaqdan, adilikdən xilas olmalıdır.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Dostlarım Allahı çox sevən, Allahdan qorxan, sevgini, mərhəməti bilən, nəzakətli, keyfiyyətli insanlardır. Bir çox insan dostluğumuzu qısqanır. Bizim dostluğumuzu qısqananlar öz cəhənnəm kimi dünyalarından qəzəblə bizi izləyirlər, biz öz cənnət kimi dünyamızda yaşayırıq.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Kainatın mövcud olma məqsədi sevgidir. Sevgi olmadıqda həyatın məqsədi aradan qalxar, sevgi olmadıqda fəlakət gələr.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
İnsan nəzarətsiz buraxılmayıb. Allah hər an hər insanın qəlbinə, vicdanına doğrunu vəhy edər. Bu, insanlar üçün çox böyük nemətdir. Səmimiyyət insanın Allahın vicdanına vəhy etdiyinə tabe olması, bu ilhamı eşitməməzlikdən gəlməməsidir.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
İnsanın özünü dərmanın xilas edəcəyini zənn etməsi yanlışdır. Sağaldan Allahdır, dərman vəsilədir.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Qəlbim təmizdir deyən, lakin Allahın mövcudluğunu gördüyü halda, Allaha şükür edib sevgi göstərməyən insan səmimi davranmış sayılmır.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Səmimi olan bütün qullar xilas olar. Səmimi olan Allahın mövcudluğunu bütün ehtişamı ilə görər və Allahın yaratma məqsədinə görə yaşayar.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Qurana tam tabe olmaq Quranın ifadəsi ilə şəfadır. Quranı tam yaşayan ruhən də çox sağlam olar.
(A9 TV; 14 may 2017)
Adnan Oktar
-
Darvinizmi, materializmi fikri olaraq yox etmək demək, dünyadakı ən böyük zəfəri qazanmaqdır. Bu zaman Türkiyə əleyhinə olan bütün qüvvələr zərərsizləşər.