Ölüm, təsvirin aydınlaşmasıdır. Axirətdə mömin üçün hər şey aydındır, bulanıq heç bir mövzu yoxdur. Narahat olacağı, vahimə yaradacaq heç bir şey yoxdur.
Münafiq tək yaşayar və tək başına ölər. Münafiqin taleyi murdarlıq içində yaşamaqdır. Münafiqdən yalnız müsəlmanlar deyil, küfr də diksinər. Münafiq həmişə narahat yaşadığı üçün çox sürətli yaşlanar.
(A9 TV; 1 mart 2018)
Adnan Oktar
-
Bacı-qardaşlarımız özlərini sıxmadan dürüstcə Allaha yaxınlaşsınlar. Səmimi baxanda dərhal Allahın gücünü görərik. Bu qədər ağla sahib Gücə güvənmirsən anana atana niyə güvənirsən? Allahın yaratdığı anana atana güvənib Allaha güvənməmək şeytani xəstəlikdir. İnsan bu xəstəlikdən xilas olduğunda Allahın insanlara lütfü dərin sevgidir. İmtahan və əziyyət də sevginin bir parçasıdır. Sevdiyin üçün əziyyətə səbir etmək zövqlüdür. Allah heç bir insana qaldıra bilməyəcəyi yük və əziyyət vermir.
(A9 TV; 19 fevral 2018)
Adnan Oktar
-
Qadınların qorunması çox vacib məsələdir. Hər sahədə qadınlara prioritet verilməsi qanunla təmin edilməlidir. Hər şeydən əvvəl, qız uşaqlarını hər kəsin öz ailəsinin fərdi olaraq görməsini təmin etmək lazımdır. Qız uşağı olan yerdə o uşağa hər ailə öz uşağı kimi sahib çıxmalıdır. Qız uşağı diqqətlə qorunması lazım olan nazənin varlıqdır. Bəzən ailələr uşaqları çox sarsıdırlar, buna tamaşaçı qalmamaq lazımdır.
(A9 TV; 28 fevral 2018)
Adnan Oktar
-
Məqbul olan, insanın bütün həyatını Allah üçün yaşamasıdır. Bütün həyatını Allah üçün yaşayan cənnət həyatı yaşayar. Hədəfi dünya zənginliyi olmaz, amma baharda çiçəklərin açması kimi həyatı yamyaşıl canlı olar. Allahdan diqqəti heç vaxt ayırmamaq, Allaha həmişə güvənmək, həmişə Allahın lehinə düşünmək, Allahın sonsuz gücə sahib olduğunu beyninin imkanları qədər qavramağa çalışmaq, bütün həyatını Allaha görə tənzim etməən çox möhtəşəm yaşayar.
(A9 TV; 2 mart 2018)
Adnan Oktar
-
Fırat Çakıroğlu şanlı şəhidlərimizdən biridir. Allah şəhadətini qəbul etsin. Ailəsinə səbri-cəmil, hidayət, nur və sağlamlıq nəsib etsin.
(A9 TV; 18 fevral 2018)
Adnan Oktar
-
Qısqanclıq, qarşısındakı insanın əlindən nemətin getməsini istəməkdir. Qısqanc insan qarşısındakına yaxşılıq gələndə üzülər, pis nə isə gələndə sevinər. Bu, çox böyük əxlaqsızlıq və zülmdür. Allahın gizli elmi vardır. Qısqanılan insan daha bərəkətli, canlı və diri olur, qısqanc olan isə solğun, yorğun və çökmüş olur.
(A9 TV; 19 fevral 2018)
Adnan Oktar
-
Ən çətin vəziyyətlər, yoldaşlığın ən yaxşı vurğulandığı zamandır. Xərçəng olan insanın telefon zəngini kimsə açmır. Dünənə qədər birlikdə əyləncə məkanlarına getdiyi halda indi onu tanımamazlıq edirlər. Bu çox böyük əxlaqsızlıqdır. Yoldaşını gözdən çıxarmaq çox böyük zülmdür.
(A9 TV; 28 fevral 2018)
Adnan Oktar
-
Ələviliyi həqiqətən tanıyan hər kəs, Ələvilərə heyran olur. Ələvilik yetkinlik və sevgi deməkdir. Mövhumatçılığa qapını bağlayan, Hz. Əliyə, Əhli beytə, Peyğəmbərimizə və hamısının üstündə Allaha eşqlə bağlı insanlardır. Ələvilər sənətçi ruhlu və dəliqanlı insanlardır. Ələvilər əleyhinə danışanları heç kim ciddiyə almasın.
(A9 TV; 28 fevral 2018)
Adnan Oktar
-
Allah hər şeyi xeyirlə yaradır. Keçmişi düşünüb kədərlənmək çox böyük səhv olar. Allah keçmişi xeyirlə yaratmış, bitmiş. İnsan min dəfə dünyaya gəlsə, min dəfə eyni taleyi yaşayır. Cənnətdə insan keçmişinə dair mənfi heç bir şey xatırlamayacaq. Mömin Allahın rizasını məqsəd qoyduqdan sonra keçmişi əhəmiyyətli görməz. Mömin Allaha güvənəcək, könlünü fərah tutacaq.
(A9 TV; 1 mart 2018)
Adnan Oktar
-
Afrində şəhid olan 8 igidimizin şəhadətləri mübarək olsun. Allah ailələrinə xeyirli, uzun ömür nəsib etsin. Nə xoşbəxt onlara. Allah ən gözəl məqamı qədərlərində təqdir etmiş. Qazilərimizə tez şəfalar arzu edirik.
(A9 TV; 1 mart 2018)
Adnan Oktar
-
Allah qiyaməti Mehdi vəsiləsiylə təxirə salır. Amma 313 insandan başqa geniş kütlə Mehdiyyətə var gücü ilə qarşı çıxır. Hədislərdə, "Mehdi dünyadan bir an çəkilsə o an qiyamət qopar" deyə bildirilir.
(A9 TV; 17 fevral 2018)
Adnan Oktar
-
Hürriyyətdə sərhəd, digər insanların xoşbəxtliyinə mane olmamaq, Quranın ölçüsü daxilində, insanlara əzab vermədən azad olmaqdır.
(A9 TV; 18 fevral 2018)
Adnan Oktar
-
Allah qullarını yaradıb tərk etməz. Mütləq vəhylə nə istədiyini bildirir. Dünyanın nə olduğunu, məqsədimizin nə olduğunu tam, açıq, dəqiq anlayacağımız şəkildə Quranda izah etmişdir. Bu səbəbdən Qurana tam uyduğumuzda qurtuluşa çatmış olarıq.
(A9 TV; 18 fevral 2018)
Adnan Oktar
-
Müsəlman xeyirdə tələskəndir. Xeyir təxirə salınmaz. Şeytan gözəlliyin və yaxşılığın təxirə salınmasını istəyir. Mərhəmət göstərəcəksən, təxirə sal deyər. Bağışlayacaqsan, təxirə sal deyər. Şeytan həmişə ağırtərpənəndir. Müsəlman isə yaxşılığı dərhal həmin an edər.
(A9 TV; 19 fevral 2018)
Adnan Oktar
-
İmandan uzaq olanda Allah o insanı sistemli olaraq sıxar. Ağlında sıxılma olur. Xoşbəxtlik anlayışı boğulur, xoşbəxtliyə dair ruhunda güc qalmaz. Hüznün qapısı açılar. Xoşbəxtliyin qapısı bağlanar. Mühakimə və sağlam düşüncə pozular. Qəlbini Allaha bağlayan ağlı açılır, üfüqü geniş olur, Allahın xüsusi qorumasında olur. Allahın xüsusi qorumasında olan insana, bütün dünya bir araya gəlsə heç nə edə bilməz.
(A9 TV; 28 fevral 2018)
Adnan Oktar
-
Bir çox insan nifrətdən utanmır. Sevgisizlikdən də incimir. Bir çox internet saytının başlıqları ya öz aləmlərində lağ ya da kin doludur. Bir insanın bu qədər nifrətlə yaşaması mümkün deyil. Sevgi çox gözəl və zövqlüdür. Sevginin gözəlliyinə baxmayaraq sevgiyə müqavimət göstərmək anormallıqdır. Bunlar gözəl bir yerə getdiklərində o gözəlliyin nemətini belə başa düşmürlər, getdikləri hər yerdə çirkin dilləriylə narahatlıq verirlər. Gəmi gəzintisinə çıxır orada kapitanı danlayır, restorana gedir ofisiantı danlayır, mağazaya gedir buz kimi baxışlarla ətrafa baxır. Bunun adı yaşamaq deyil, sürünməkdir. Kin dolu insan ən yaxşı şərtlər daxilində olsa belə yaşamır, sürünür.
(A9 TV; 28 fevral 2018)
Adnan Oktar
-
Bəzi insanlar çoxbilmiş olanı gözlərində böyüdürlər. Səfehlik edənə qayğı göstərirlər. Sevgidən bəhs edənlərə isə dəyər vermirlər. Sevgisizliyi əxlaq pozuqluğu olaraq görmək və sevgidən bəhs etməyənlə ünsiyyət qurmamaq lazımdır. Nifrətin qapısının tamamilə bağlanması lazımdır. Orta şərqdə nifrət ciddi problemdir, nifrəti qızışdıran hər şeydən qaçmaq əhəmiyyətlidir.
(A9 TV; 28 fevral 2018)
Adnan Oktar
-
Hər qadın sevginin dərinliyini çox yaxşı ölçəcək və tanıyacaq sistemlə yaradılmışdır. Qadın sevgini görəndə onu millimetrə qədər ölçər, dartar və bilər. Bunu anlamayan heç bir qadın olmaz, amma özünü aldadan olar. Çox zəngin birini ya da vəzifəli birini görəndə sevgini düşünmədən "çox sevirəm" deyə üzərinə atlayan, sevgini yalnız örtük olaraq istifadə edir. Sevdiyi o adam deyil pul olur.
(A9 TV; 28 fevral 2018)
Adnan Oktar
-
Türkiyənin çox çətin dövrdən keçdiyini bilirik. Axırzamandayıq, fitnələr çox olacaq. Bu coğrafiya Yaxın Şərq, Peyğəmbərlərin çıxdığı yer. Dəccaliyyətlə Mehdiyyətin elmi mübarizəsinin yaşandığı yerdir. Təbii ki, çətinliklər, əziyyətlər, ağrılar olacaqdır. Bu çətinliklərin ardından çox böyük gözəllik meydana gələcəkdir. Peyğəmbərimiz də çətin coğrafiyada yaşadı, oradan İslam günəşi doğdu. Türkiyədən də Allahın izni ilə çox böyük gözəlliklər doğulacaq.
(A9 TV; 1 mart 2018)
Adnan Oktar
-
Tövratın Yeşaya hissəsində belə keçir: Məsih (Mehdi) ancaq uzun və çətin sınaqlar sonrasında ən yüksək mövqeyə çatacaq; və ikincisi, bu sınaqlar ona bir növ işarə olaraq göndəriləcək və beləcə bəlalarla əhatə olunmuş ikən davranışlarında saflığını qoruduğunu gördüyündə, (Mehdi) özünün gözlənilən şəxs olduğunu anlaya biləcəkdir. (Hz. Əlidən soruşdular, Mehdinin Əyyub (ə.s)-a bənzərliyi nədir? Dedi ki: Uzun çətinliklərdən və sıxıntılardan sonra Allahın onu fərahlığa qovuşdurmasıdır. (Büharül Ənvar, 51-53-cü cildlərin İngilis dilindən tərcüməsi, cild 1, səhifə: 264))