Adnan Oktar A9 TV; 24 avqust 2013

avatar

Adnan Oktar

Öz içlərindəki məzhəb qatı dinçiliyi müsəlmanları məhv edir. Baxıb şahidi oluruq ki, qırğınlara qatı dinçi olan alimlər fətva verir. Hətta Əl-Əzhər şeyxi belə dəstək verir. Hər daşın altında İsraili axtarmaq məntiqli hərəkət deyil.
A9 TV; 24 avqust 2013
1669
avatar

Adnan Oktar

Misirdəki qırğını İsrailin üstünə yıxmağa ehtiyac yoxdur. Misiri, İsrailli ravvinlər idarə etmədiyinə görə İsraili günahlandırmaq məntiqli deyil. Müsəlmanlar bir-birini qətlə yetirir.
A9 TV; 24 avqust 2013
avatar

Adnan Oktar

Müsəlmanların birləşməsini istəməmək nə deməkdir? Şeytandan Allaha sığının.
A9 TV; 23 avqust 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) Axırzamanla əlaqədar hədislərində Suriya Gutada döyüşün sıxlaşacağına diqqət çəkmiş, Gutanın, şəhidlərin ən sıx olacağı yer olduğunu bildirmişdir. Bu böyük bir möcüzədir.
A9 TV; 23 avqust 2013
avatar

Adnan Oktar

Dünya imtahan məqsədi üçün yarandığına görə, dünyada həm mələk kimi, həm də şeytan kimi insanlar var.
A9 TV; 23 avqust 2013
avatar

Adnan Oktar

Müsəlman olan kəs kilsə yandırmaz, kilsəni qoruyar.
A9 TV; 23 avqust 2013
avatar

Adnan Oktar

Allah zülmə, zalımlığa izn verməz. Allah sevgini, şəfqətli olmağı dəstəkləyir.
A9 TV; 23 avqust 2013
avatar

Adnan Oktar

Dünyada baş verən bəlaların, qarşıdurmaların, zülmün bitməsinin tək bir həll yolu İslam aləminin birləşməsidir.
A9 TV; 23 avqust 2013
avatar

Adnan Oktar

"Xristian aləmi birləşin, müsəlmanları xilas edin" deyirlər. Amma diqqət yetirin: "İslam aləmi birləşsin" demirlər. İslam Birliyi deyildikdə, "belə şey olmaz, birləşə bilməzlər" deyirlər. Xristian aləmi birləşsin, bəs müsəlmanlar niyə birləşməsin?
A9 TV; 23 avqust 2013
avatar

Adnan Oktar

Allahı sevən insanların yaşadıqları məkan çox rahat olur.
A9 TV; 23 avqust 2013
avatar

Adnan Oktar

Ağrılar, iztirablar daha da artacaq. Müsəlmanlar "yetər!" deyib və Mehdi (ə.s)-ı tapacaqlar. Mehdi (ə.s)-dan ümmətin başçısı, lideri olmağını istəyəcəklər. Mehdi (ə.s) əvvəlcə qəbul etməyəcək. "Ümmət qan dənizində üzür, qəbul et. Qəbul etməzsənsə axan qanların günahı sənin boynuna olsun" deyəcəklər. Beləcə Mehdi (ə.s) özü istəmədiyi halda ona beyət edəcəklər.
A9 TV; 22 avqust 2013
avatar

Adnan Oktar

Təkcə "Misir xilas olsun! Fələstin xilas olsun!" demək doğru deyil. "Müsəlmanlar birləşsin" demək lazımdır. Bütün İslam aləminin qurtuluşunu, bütün insanlığın qurtuluşunu, müsəlmanların liderliyi ilə bütün insanların qurtuluşunu istəmək lazımdır. Rusiya, Çin, hamısı xilas olsun. Biz eqoist dünyagörüşünü inkişaf etdirə bilmərik.
A9 TV; 20 avqust 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ı Allah seçər. Xalqın seçkisi ilə müsəlmanlara bir lider seçmək mümkün deyil. Allahın seçdiyi Mehdi (ə.s)-ı tapmaq yolları vardır. Bunun üçün də dəlillər ortadadır.
A9 TV; 20 avqust 2013
avatar

Adnan Oktar

Türkiyə Atatürkün vəsiləsi ilə Misir, İran, Pakistan kimi deyil.
A9 TV; 20 avqust 2013
avatar

Adnan Oktar

Müsəlmanların birləşməsini istəməyənlər, şəhid edilən uşaqların qanı onların boynuna günah olaraq yazılır. Allah qatında, İslam Birliyindən bəhs etməyənlərin hökmü çox ağır olacaq. Allahdan qorxsunlar. İslam Birliyi olsa bu bəlalar olmayacaq.
A9 TV; 21 avqust 2013
avatar

Adnan Oktar

Ruhu, düşüncəsi olmayan birlik ola bilməz, bu birlik möhkəm olmaz. Mehdisiz İslam Birliyi ilə heç bir ölkə münasibət qurmaz.
A9 TV; 18 avqust 2013
avatar

Adnan Oktar

Mehdi (ə.s) ayrı-ayrı otaqlara bağlanmış kimi olan müsəlmanların aralarındakı divarları söküb hamısını birləşdirəcək.
A9 TV; 18 avqust 2013
avatar

Adnan Oktar

İslam aləminin bu an başına gələn bəlanın ən fundamental səbəbi nədir? Qurandan çıxmaları, uydurma hədislərə görə hərəkət etmələridir.
A9 TV; 19 avqust 2013
avatar

Adnan Oktar

Peyğəmbərlərə nə deyirdilər? "Dəli" deyirdilər, "Yalançı" deyirdilər. Hücum edirdilər, söyürdülər. Biz də onların yolundayıq, onların ümmətiyik, Peyğəmbərimiz (s.ə.v)-in ümmətiyik. Hz. İbrahim (ə.s)-ın övladlarıyıq. Hz. İsa Məsihin övladlarıyıq. Bu səbəbdən bizlər də əziyyət çəkəcəyik, ağrılar çəkəcəyik.
A9 TV; 19 avqust 2013
avatar

Adnan Oktar

İslam aləmində demokratiya Mehdi dövründə olacaq. Çünki Ortodoks İslam inancı demokratiyaya icazə vermir.
A9 TV; 17 avqust 2013
avatar

Adnan Oktar

İmansızlıq dünyanı cənginə almışkən İslama ən gözəl xidmətlərdən biri, iman həqiqətlərinin izah edilməsidir.
A9 TV; 16 avqust 2013
PAYLAŞIN
logo
logo
logo
logo
logo