Mənim üslubum hər zaman Qurana uyğun olandır. Pisliyə yaxşılıqla cavab vermək Allahın əmridir.
(A9 TV; 7 sentyabr 2016)
Adnan Oktar
-
Mən səhv yolda olan insanların daha pis yola getmələrini deyil, qazanılıb doğru yola gəlmələrini istəyirəm. Bunun üçün üslubum hər zaman şəfqətlidir, pisliyə belə yaxşılıqla cavab verməkdir. Tənqid etdiyim insanları alçaltmaq deyil, qazanmaq istəyirəm.
(A9 TV; 7 sentyabr 2016)
Adnan Oktar
-
Pis söz söyləyən müsəlmana savab qazandırar. Biz dünyaya savab qazanmaq üçün gəlirik inşaAllah. Pis söz sahibinə əzab və sıxıntı gətirər.
(A9 TV; 7 sentyabr 2016)
Adnan Oktar
-
İllərdir ki, terrorun bitirilə bilməmiş olması, terrorun fikrinə qarşı təhsil verilməməsindən irəli gəlir. PKK kommunist təhsillə ortaya çıxan bir fitnədir. Fəlsəfi yolla qalib gələ bilmədiyin bir təşkilata qarşı silahla qalib gələ bilməzsən. Qalib gəlməyin yeganə şərti fikri, elmi mübarizədir.
(A9 TV; 6 sentyabr 2016)
Adnan Oktar
-
Sevgisizlik hər cür xəstəliyə zəmin hazırlayar. Bədən sevgisizlikdən çökər. Sevgisizlik istəyərək bəlanın içinə girməkdir. İmanla, sevinclə hüzur içində yaşamaq varkən sevgisizlik bəlasını seçirlər.
(A9 TV; 6 sentyabr 2016)
Adnan Oktar
-
Allah ayədə qiyamətin əlamətləri gəlmişdir deyə bildirir. İnsanlara çox mövzuda əlamətlər gələr, lakin əksəriyyəti bu əlamətlərin hikmətini anlamaz.
(A9 TV; 6 sentyabr 2016)
Adnan Oktar
-
Allah hiylə qurmağa cəhd edənlərin tələlərini başlarına keçirdər və tələyə salar.
(A9 TV; 5 sentyabr 2016)
Adnan Oktar
-
Allah müsəlmanları bolluq, bərəkət, sevinc içində yaşadar.
(A9 TV; 5 sentyabr 2016)
Adnan Oktar
-
Axırzaman əlamətləri, Mehdi, İsa Məsih, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz Mehdi və İsa Məsih, Dabbədən, yəni televiziya və internetdən istifadə edərək təbliğ edəcəklər.
(A9 TV; 5 sentyabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti şiə qardaşlarımıza də əl atmış vəziyyətdədir. İngilis şiəliyi deyə ortaya atdıqları cərəyanla sünni-şiə çaxnaşmasını qızışdırırlar.
(A9 TV; 5 sentyabr 2016)
Adnan Oktar
-
Rusiyada çoxlu müsəlman yaşayır. Rusiya da bir İslam ölkəsidir. Türkiyənin dostluğu ilə İslam Birliyinin parçası olacaq.
(A9 TV; 4 sentyabr 2016)
Adnan Oktar
-
Axırzamanda insanların mənəvi cəhətdən xəstə olması heyrət ediləcək şey deyil. Mömin onları müalicə etməklə məsuldur, bu da sevgi və səbirlə olar.
(A9 TV; 4 sentyabr 2016)
Adnan Oktar
-
2017-də daha da böyük hadisələr yaşanacaq. Hədislərə görə 2017 və 2018-ci illər ağır keçəcək. 2019-cu illərdən sonra yaxşılaşma başlayacaq.
(A9 TV; 4 sentyabr 2016)
Adnan Oktar
-
Münafiq sözü ərəbcədə iki tərəfi açıq tunel mənasını verən en-nefeku və ya köstəbək dəliyi mənasındakı "ən-nafikatu" sözündən gəlir. Münafiq də eynilə köstəbəklər kimi qaranlıq bir dəhliz içində yaşayar və mənəvi gözü kordur.
(A9 TV; 4 sentyabr 2016)
Adnan Oktar
-
Türkiyədə hər gün şəhidlər olur, bəziləri yalnız futbol komandasının edəcəyi transferlə, işi, toyu və yeməyi ilə maraqlanır.
(A9 TV; 4 sentyabr 2016)
Adnan Oktar
-
Mir Qasım Əlinin edamının qarşısının alınması üçün ABŞ, Rusiya, Avropa İttiqaqı ölkələrindəki bütün rəhbərlərə və QHT-lərə məktub göndərdik. Mir Qasım Əlinin edam edilməməsi üçün əlimizdən gələn hər cəhdi göstərdik. İnşaAllah özü cənnətə qovuşmuşdur.
(A9 TV; 4 sentyabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti Banqladeşi sanki nəzarəti altına almışdır. Banqladeşdə edamların dayanmamasının əsil səbəbi budur.
(A9 TV; 4 sentyabr 2016)
Adnan Oktar
-
Banqladeş edam cəzasından tamamilə imtina etməlidir, zəruri hallarda ömürlük həbs cəzası verilər, lakin öldürmək olmaz.
(A9 TV; 3 sentyabr 2016)
Adnan Oktar
-
Müsəlman həmişə iman sevinc içində olmalıdır. Rəsulullah (s.ə.v) dövründə də həmişə şəhid verilirdi, lakin müsəlmanlar həmişə sevinc içində idi.
(A9 TV; 3 sentyabr 2016)
Adnan Oktar
-
Allah çox sevilmək istəyər. Allah bizi çox sevməyi, bizim də Özünü çox sevməyimizi istəyir.