Peyğəmbərlər ağılsız hərəkətlər etməzlər. İsa Məsih (ə.s) zarafatcıldır, şəndir, mehribandır, lakin zadəgan, alicənab olar. Bütün peyğəmbərlər çox zadəgan olarlar. Nəcib olarlar. Hərəkətlərində qeyri-adilik olduğu məlum olar.
İsa Məsih (ə.s) Quranı, İncili, Tövratı su kimi bilir. Gözlərindən, baxışından anlamaq olar.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
İsa Məsih (ə.s) ingiliscə, fransızca, almanca, türkcə, bir çox dili ana dili kimi biləcək. Yəni ən azı 14 dil bilər. Buna görə də xarici dil problemi olmaz. Ərəbcəni nəfis, gözəl bilər.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
İsa Məsih (ə.s) da (bütün peyğəmbərlərdə olar) böyük bir zəkaya malikdir. Yəni mükəmməl əzbərləmə qabiliyyəti vardır. Səhifəyə baxdıqda fotoşəkil kimi, oranı bir dəfə oxuduqda su kimi əzbərləyər.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
Xristian qardaşlarımız elə bir hala düşəcəklər ki, İsa Məsihə artıq susamış olacaqlar, necə səhrada qalmış bir insan necə su axtararsa, eləcə də İsa Məsihi istəyəcəklər. İsa Məsihin enişi üçün danışıqlar çoxalacaq.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
Şagirdlərimiz məktəblərini, özlərini Allah üçün fəda etsinlər. "Ya Rəbbim, mən təhsil alıb özümü dünyaya həsr etməyəcəyəm. Mənim məqsədim Sənin razılığındır" desinlər. "Mən məktəbimi, peşəmi Sənə həsr etdim, ya Rəbbim, Sənin üçün yaşayacağam, Sənin üçün öləcəyəm" ― deyə dua etsinlər.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
Osmanlı dövrünə bir daha dönməyəcəyik. Osmanlı, Səlcuq dövrünə də bir daha dönməyəcəyik. Amma onların gözəl xatirələrindən istifadə etmək olar. O dövrlərin hadisələrinin hikmətindən istifadə etmək olar.
(A9 TV; 20 may 2013)
Adnan Oktar
-
Dünyanın hər yerində insanlar qorxu içindədir. Danışmaqdan belə qorxurlar. Çünki, insanların hər sözündən pis niyyətli məna çıxara bilirlər. Məşhur insanların heç biri rahat gəzə bilmir, hamısının yanında cangüdənləri var. Gözəlim İstanbul hündür divarlar, tikanlı məftillər və təhlükəsizlik kameraları ilə doludur. Mütləq mehdiyyət lazımdır.
(A9 TV; 23 May 2013)
Adnan Oktar
-
Hal-hazırda dünya rahat deyil, Yaxın Şərq qan gölünə çevrilmiş vəziyyətdədir. Hal-hazırda Suriyada qorxu deyil, dəhşət yaşanır. Hz. Mehdi (ə.s) zühur etmədikcə belə olacaq.
(A9 TV; 23 may 2013)
Adnan Oktar
-
2014-cü ildə çox qəribə hadisələr olacaq. 2014-cü il Türkiyədə dönüş nöqtəsidir. Yəni, çox əhəmiyyətlidir. Bir çox referendumlar, seçkilər keçiriləcək. 2014-cü il çox vacibdir.
(A9 TV; 19 may 2013)
Adnan Oktar
-
Elə bir zaman gələcək ki, Kitab əhlinin hamısı toplu şəkildə İsa Məsihə inanacaqlar, inşaAllah.
(A9 TV; 19 may 2013)
Adnan Oktar
-
Allahın bu əsrdə möminlərə Şafi ismi ilə təcəlli edəcəyi hədisi-şəriflərdə bildirilmişdir. Hz. İsa Məsihin dövrü olduğu üçün şəfa yayılacaq. Allahın “Şafi” adı çox təcəlli edəcək, inşaAllah. Tezliklə bunu, inşaAllah, insanlar görəcək. Xərçəngin müalicəsi tapılacaq, inşaAllah. Bir çox xəstəliyə həll tapılacaq. Ömürlər uzanacaq, inşaAllah.
(A9 TV; 19 may 2013)
Adnan Oktar
-
Xristian qardaşlarımıza coşğu ilə, sevgi ilə sahib çıxaq. Qardaşlarımız hər yerdə qorusunlar. Bazarda, ictimai yerlərdə, hər yerdə hörmət göstərsinlər. Qonşuluq bağlarını möhkəmlətsinlər. Allah xristianlarla, yəhudilərə şəfqətlə davranmağımızı istəyir. Əhli-Kitaba şəfqətlə davranmağımızı istəyir.
(A9 TV; 19 may 2013)
Adnan Oktar
-
PKK respublika tarixinin ən böyük kommunist cəhdidir. Kommunist bir hərəkat heç vaxt fəaliyyətini dayandırmaz. Sadəcə bir addım irəli atdıqdan sonra, iki addım geri atar. Bu Leninin taktikasıdır. Ancaq təhsillə: anti-darvinist, anti-materialist, anti-marksist təhsillə PKK-ya qarşı mübarizə aparmaq olar.
(A9 TV; 18 may 2013)
Adnan Oktar
-
Hər bir tələ, oyun pozulmuş olaraq yaradılar. Tələni sən yox, Allah hazırlayar. Eləcə də Allah oyunu pozar. Allah ikisini birlikdə hazırlayar.
(A9 TV; 18 may 2013)
Adnan Oktar
-
İslam Birliyi, Mehdi (ə.s) olmasa uğursuzluq hər tərəfi bürüyər. Heç kim İslam Birliyinə, mehdiyyətə, İsa Məsihə qarşı müqavimət göstərməsin. Allahın dediyini edək, məsələ həll olsun. Başqa cür bu mövzu dalğa-dalğa belə ilanbaşı kimi bütün İslam aləmini bürüyər, çox iztirab verər, çox böyük uğursuzluq sarar ətrafı.
(A9 TV; 18 may 2013)
Adnan Oktar
-
Haqq, mərhəmət, şəfqət, ağıl, düzgünlük qalib gəlir. Allah tərəfindən zülm, qəddarlıq, mərhəmətsizlik, eqoizm, qürur həmişə məğlub olacaq şəkildə yaradılar. Məsələn, biri çox tərs, qəddar adamdır, əksinə həmişə məğlub olaraq yaradılır. Mərhəmətli, şəfqətli və ədalətli isə həmişə qalib olur. Allah "Allah Hizbi qalib olandır" deyir.
(A9 TV; 18 may 2013)
Adnan Oktar
-
Mehdiyyətin kiməsə ehtiyacı yoxdur. Seyidina İsa Məsih İbni Məryəm, İsa Məsih də elədir. Onun da kiməsə ehtiyacı yoxdur. Sevgi istəyər, başqa heçnə.
(A9 TV; 17 may 2013)
Adnan Oktar
-
Mehdiyyət başıboş idarəsiz bir hərəkət deyil, Allahın idarəsindədir.
(A9 TV; 17 may 2013)
Adnan Oktar
-
Sosialistlər, marksistlər ictimai ədalət inancını Tövratdan, məsihiyyətdən, Məsih inancından, Məsih dövründəki ictimai ədalətin ehtişamlı şərhlərindən, Mehdi dövründə meydana gələcək iqtisadi ədalətin gözəlliyindən təsirlənərək oradan götürmüşlər.
(A9 TV; 16 may 2013)
Adnan Oktar
-
Körpələr niyə ölür? Körpələr onsuz da mələk olaraq gəlir və mələk olaraq da gedir. Onlar xüsusi olaraq yaradılır. Dünyaya vildan kimi gəlir, dünyadan cənnətə də yenə vildan kimi gedirlər. Allah deyir ki, Mən vildanımı siz görün deyə göndərdim, axirətdə də sizi qarşılayacaq, səbir etsəniz, cənnətdə o sizin vildanınız olacaq. Məsələ budur.