HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Audiolar
  • Rəsimlər
  • Sitatlar
  • Digər

ADNAN OKTAR KİMDİR?
Harun YahyaADNAN OKTAR KİMDİR?
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarAudiolarRəsimlərSitatlarDigər
MÖVZULAR
CavourVatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiyaGülXütbəyi ŞamiyəNüvə Silahıİyad AllaviNautilusDənizaltıDalış hüceyrəsiƏli BardakoğluTeleviziyaTelevoleÇanaqqala
  1. Sitatlar
  2. PKK-nın başa düşəcəyi dil həmişə alçaltmadır. Əxlaqsız hərəkətlərini v...
avatar

Adnan Oktar

-
PKK-nın başa düşəcəyi dil həmişə alçaltmadır. Əxlaqsız hərəkətlərini vurğulamaq, pis əməllərini dünyaya çatdırmaqdır. Bu ABŞ-ın bütün planlarını alt-üst edən bir sistemdir.
(A9 TV; 7 iyul 2015)
Tarix, siyasət və strategiya
Adnan Oktar deyir ki...
PKK
avatar

Adnan Oktar

-
Şirk ruhu özü ilə qorxaqlıq gətirər. Bunu anlamırlar. Allah; “qəlblərinə qorxu salacağam” deyir. Həqiqətən də qəlblərinə qorxu salır; qorxurlar, güzəştə gedirlər bu dəfə.
(A9 TV; 7 iyul 2015)
avatar

Adnan Oktar

-
İslam aləmi hal-hazırda xurafatlardan ötrü sürünür, məhv olmuş vəziyyətdədir. Qatı dinçilik özü ilə qorxaqlıq da gətirir. Bu zaman insanlar səhabələr kimi cəsur və igid olmurlar.
(A9 TV; 7 iyul 2015)
avatar

Adnan Oktar

-
Allah nə deyirsə, Peyğəmbərimiz (s.ə.v) nə deyirsə, səhabələr nə deyirsə o edilsin. Peyğəmbərimiz (s.ə.v)-in dövründə məzhəblər vardı? Hənəfi, Hənbəli, Maliki, Şafi, Şiəlik, Vəhhabilik vardı? Yox idi. Allahın bəla verməməyi üçün, Allahın xalis və həqiqi dininə, Qurana dönülməlidir.
(A9 TV; 7 iyul 2015)
avatar

Adnan Oktar

-
Anadolu insanının tərtəmiz şəxsiyyətinin qorunub saxlanılması mühüm məsələdir. Bunu yazıçılar, jurnalistlər də dilə gətirməlidir. Hətta lazım olsa, hökumət qoruyucu tədbirlər görməlidir.
(A9 TV; 7 iyul 2015)
avatar

Adnan Oktar

-
Anadolu xalqı çox təmiz xalqdır, çox sadə xalqdır. Sən onlara hörmətlə, ədəblə davranmalı, onların adət-ənənələrinə hörmətlə yanaşmalısan. Anadolu xalqının özünəməxsus əxlaqı var, bu gözəl əxlaqa əl vurma, qoy tərtəmiz qalsın.
(A9 TV; 7 iyul 2015)
avatar

Adnan Oktar

-
Dəccalın təkcə bir xüsusiyyəti var, insanlara Allahın varlığını inkar etdirməsidir. Mehdiyyət də dəccalın təxribatını ortadan qaldıran gücə deyilir.
(A9 TV; 6 iyul 2015)
avatar

Adnan Oktar

-
Peyğəmbərimiz (s.ə.v) Dəccalı təsvir edərkən; "bütün dünyaya Allahın varlığını inkar etdirəcək" deyir. Hal-hazırda inkar etdirdi, insanlar darvinizmdən ötrü Allahı inkar edir. Deməli, dəccal gəlmişdir. O zaman mehdiyyətin buna qarşı öz kəskin mövqeyini göstərdiyini də görməlisən. Dəccal varsa Mehdi susmaz. Onun başını elmlə, irfanla əzər.
(A9 TV; 6 iyul 2015)
avatar

Adnan Oktar

-
Darvinizm sayəsində tarixdə ilk dəfə, dünya əhalisinin 99%-nə Allahın varlığı inkar etdirən bir sistem hakim oldu. Bu sistemə dəccaliyyət deyilir.
(A9 TV; 6 iyul 2015)
avatar

Adnan Oktar

-
Sevgi dünyadakı ən zövq verən şeydir. Axirətdə də ən zövq alınan şeydir. Həyatın rəngidir, işığıdır. İnsanın ruhu sevgiylə rahatlıq tapar. Sevgi olmasa, insan ölər, qovrular, məhv olar. Sevgisiz həyat zəhərdir.
(A9 TV; 6 iyul 2015)
avatar

Adnan Oktar

-
Sevgisizlik insanı qaraldar. Şeytan qadınlar və şeytan kişilərdə sevgisizlik çox güclü yaşanır. Ağızlarından nifrətdən başqa bir şey çıxmır. Bunun üçün Allah bunların üzlərini qapqara qaraldır.
(A9 TV; 6 iyul 2015)
avatar

Adnan Oktar

-
Sevgi dünyadakı ən böyük nemətdir. Allah dünyanı sevgi üçün yaradır. Qulları sevgi üçün yaradır. Cənnəti sevgi üçün yaradır. Tək məqsəd sevgidir. İnsanların, bitkilərin, heyvanların, bütün məxluqatın, atomun bu qədər nizamlı və gözəl olmasının məqsədi yenə sevgidir.
(A9 TV; 6 iyul 2015)
avatar

Adnan Oktar

-
PKK-nın Türkiyənin ətrafını hər tərəfdən əhatə etməsini qəbul etmərik. Ən az üç tərəfdən PKK-nın yolları, əlaqələri, damarları tamamilə kəsilməlidir. PKK ilə mübarizə üçün bu vacibdir.
(A9 TV; 5 iyul 2015)
avatar

Adnan Oktar

-
İmam Mehdinin zühuru olmasaydı, qiyamət çoxdan qopardı, dünya məhv olardı. Qiyamət çox yaxınlaşdı, Allah hz. Mehdi (ə.s) hörmətinə gözlədir.
(A9 TV; 5 iyul 2015)
avatar

Adnan Oktar

-
Yeni yetişən gənclər arasında eqoist, darvinist, materialist quruluşlar meydana gəldi. Türkiyənin bölünməsi bunları maraqlandırmır. Buna qarşı tədbir alınmalıdır. Məktəblərdə; "Milli dəyərlər dərsi" keçirilməlidir. Bu dərsdə türk millətinin birliyi, bütövlüyü, PKK təhlükəsi, orduya sevgi, darvinizm-materializmin etibarsızlığı, bütün bunlar izah edilə bilər.
(A9 TV; 4 iyul 2015)
avatar

Adnan Oktar

-
Müsəlmana güllə atmaq olmaz. Bunu edən qatildir, alçaqdır və qarşılığı əbədi olaraq cəhənnəmdir.
(A9 TV; 4 iyul 2015)
avatar

Adnan Oktar

-
Mehdi (ə.s)-ın saraylarda qalacağını zənn edirlər. Mehdi (ə.s) evində qalacaq. Bu 4000 illik Tövratda keçir; Moşiyah Mehdi barədə; "Divanda oturaraq idarə edər" deyir. Mehdi (ə.s) dünyanı fikirləriylə, düşüncələriylə, sevgisiylə idarə edəcək. Bütün liderlər ondan təsirlənəcək və ona görə dünyanı idarə edəcəklər.
(A9 TV; 3 iyul 2015)
avatar

Adnan Oktar

-
Türkiyəni İslam Birliyinin, Türk-İslam Birliyinin başçısı edəcəyik. Bölünmə deyil bütövləşmə, parçalanma deyil, birləşmə yaradacağıq.
(A9 TV; 3 iyul 2015)
avatar

Adnan Oktar

-
HDP virtual partiyadır. PKK-nın yaratdığı dəhşət və vəhşət mühitində, qorxudulan insanların verdiyi səslərlə yaradılan virtual bir təşkilatlanmadır.
(A9 TV; 3 iyul 2015)
avatar

Adnan Oktar

-
Biz Rəsulullah (s.ə.v)-i görmədik, lakin canımızdan daha çox sevirik. Keyfiyyətli sevgi əhəmiyyətlidir. Bağlılıq əhəmiyyətlidir. Məsələn, on dəqiqə görərsən, amma dəli kimi sevərsən. On saat görərsən bir sıxıntı olar, başqa bir şey olmaz.
(A9 TV; 1 iyul 2015)
avatar

Adnan Oktar

-
Allah hz. Musa (ə.s)-a nə deyir? “Öz tərəfimdən ona qarşı qullarımız arasında məhəbbət oyatdıq” deyir. O öz-özünə sevimli oldu demir. Yaxud özünü sevdirdi demir. Allah; “Mən sevdirdim” deyir, Mən.
(A9 TV; 1 iyul 2015)
PAYLAŞIN
logo
logo
logo
logo
logo