"Rəhman və Rəhim", sevgidir bu. Bütün Quran ayələrinin məqsədi sevgidir. Allah qorxusunun məqsədi sevgidir. Allahdan qorxan, sevgiyə zəmin hazırlamış olur. Allahdan qorxan asanlıqla sevə və sevilə bilir. Allahdan qorxmayan, nə asanlıqla sevə, nə də asanlıqla sevilə bilir. - Harun Yəhya
Adnan Oktar
-
"Rəhman və Rəhim", sevgidir bu. Bütün Quran ayələrinin məqsədi sevgidir. Allah qorxusunun məqsədi sevgidir. Allahdan qorxan, sevgiyə zəmin hazırlamış olur. Allahdan qorxan asanlıqla sevə və sevilə bilir. Allahdan qorxmayan, nə asanlıqla sevə, nə də asanlıqla sevilə bilir.
Təbliği çoxlu danışmaq və yazmaq olduğunu zənn edirlər. Bunların əvəzinə 15 dəqiqə sevgi göstərsə, 15 milyon dəfə çox səmərə əldə edər.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Sevgi çox mühüm məsələdir. Siyasətə baxıb, daim nifrət və qəzəbin hakim olduğunu görürük. Həyatın məqsədi sevgidir. Sevgini ön plana alın.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) bütün diqqətini sevgiyə yönəldirdi. Böyük müvəffəqiyyət qazandı, təsir oyatdı. Peyğəmbərimiz (s.ə.v)-in təsir gücü sevgisiydi, hz. Yusif (ə.s), hz. Süleyman (ə.s) və hz. İbrahim (ə.s)-ın da həmçinin.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Xurafatçılar həmişə danışırlar, dayanmadan xurafatlar söyləyirlər. Məqsədin nədir? Məqsədin sevgi deyil. Bir adam necə döyülər, necə kəsilər, bir qadın necə alçaldılar, məsələ budur. Bir-birlərindən necə nifrət edəcəkləri barədə fəlsəfə hazırlayırlar. Xurafatçılarda sevgi olmaz.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Cənnətdə hər şey gözəldir, Allah oraya aşiqləri göndərir. İnsanlar gözəl, bitkilər gözəl, çiçəklər gözəldir. Bütün məqsəd sevgidir, Allahın tək məqsədi sevgidir.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Ən qorxulu şey saxta sevgidir. Bu Allahın qətiyyən sevmədiyi şeydir. Münafiq kişilər və münafiq qadınlar, kafir kişilər və kafir qadınlar, zalım kişilər və zalım qadınlar saxta sevginin ustasıdırlar.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
Allahın tək məqsədi nədir? Sevmək və sevilməkdir. Amma necə sevilmək? Saxta deyil, səmimi şəkildə sevilmək. Bunun üçün insan daim səmimi sevgi axtarır, bütün dünya səmimi sevgi axtarır.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
İxtilaf savaşmaq deməkdir, mübahisə etmək və bölünmək. Yəni ixtilaf; ortaq qərara gələ bilməmək, ortaq dinin olmaması, səmimi, doğru həyat tərzinin yaşana bilməməsi, Allahın hökmünün qulaqardına vurulması deməkdir. İxtilafı şeytan istəyər, müsəlmanda ixtilaf olmaz.
(A9 TV; 4 iyun 2015)
Adnan Oktar
-
PKK açıq şəkildə dövlət içində dövlətdir. Əsl paralel dövlət PKK-dır. Orada yaranmış, məhkəmələrini yaratmış, dövlətə çevrilmişdirlər. Parlamentimizi yaradacağıq, ordumuz da var deyirlər. Konstitusiyaları var.
(A9 TV; 3 iyun 2015)
Adnan Oktar
-
“Emri bil maruf nehyi anil münker”, bu müsəlmanın yerinə yetirməli olduğu bir vəzifədir. Müsəlman müsəlmanı tənqid edər. Gözəl cəhətlərini təqdir edər. Çatışmayan cəhətlərini xatırladar.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
İnsan özünü müstağni görəndə yolunu azar. Müstağni görməməlidir. Həmişə özünü tənqid etməlidir. Açıq şəkildə tənqid etməlidir. Tənqid edənlərə də təşəkkür etməlidir. Onlara Allah razı olsun deməlidir.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Allah: "Allaha itaət etsəniz xoşbəxt olarsınız" deyir. Ayənin şərhi nədir? Əgər Allaha itaət etməsəniz xoşbəxt olmazsınız. Necə xoşbəxt olmazsan? Əzab çəkərsən, qorxu içində yaşayarsan, narahat olarsan, vəsvəsəyə qapılarsan. Əzablar içində qıvrılarsan. Həyat sənin üçün cəhənnəmə çevrilər.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
İnsan çoxalmaq üçün evlənirsə heyvan kimi olar. Məktəbə mənfəəti üçün gedirsə eqoist, adi bir insan olar. Amma hər yerdə Allah üçün yaşasa çox ülvi, çox böyük bir məqsədi olar. Onda Allah zehin açıqlığı verər, bərəkət verər, asanlıq verər, gözəllik verər.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Bir dərman fabrikində dərmanın üstünə istifadə qaydaları yazılır. Yoxsa insan o dərmanı düzgün istifadə etməyərək xəstələnər. Bizi dünyayla birlikdə yaradan Allah dünyadan necə istifadə edəcəyimizi bizə hazır məlumat halında göndərir. Məhz bu müqəddəs kitablar; Zəbur, Tövrat, İncil, Quran və daha əvvəlki səhifələrdir.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Allah dünyanı nuruyla əhatə etsin. Rəbbimiz "Hadi" ismiylə təcəlli etsin inşaAllah. Dəccalı məhv etsin. Dəccalı pərişan etsin. Dəccaliyyəti yox etsin.
(A9 TV; 1 iyun 2015)
Adnan Oktar
-
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin.
(A9 TV; 1 iyun 2015)
Adnan Oktar
-
Allah sevilmək istəyir. Biz Allahı çox sevirik. O da bizi sevsin inşaAllah. İnşaAllah Allahın sevdiyi bəndələr olarıq.
(A9 TV; 1 iyun 2015)
Adnan Oktar
-
Xurafatçılar çox diktatordurlar. İnandırmağı yaxşı bacarırlar. Demaqoqluğu yaxşı bacarırlar. Saxtakarlıq, hiyləgərlik, aktyorluq etməyi yaxşı bacarırlar. Üzə gülərlər; lakin çox xaindirlər. Sistemli şəkildə plan hazırlayarlar. Lakin nəticədə Allah bəlalarını verər. Öz tələlərinə düşərlər.