Səlahəddin Dəmirdaşın müsəlman olduğu məlumdur. Daim Allahdan, dindən bəhs edir. Heç kim ona dinsiz deyə bilməz. Bir dəfə belə “Allah” deyən insanın, müsəlman olduğu barədə hökm verilər.
İran darvinist ölkədir. Darvinist ölkə olduğundan ötrü Allaha, dinə inanmır. Mollaların söylədikləri xurafatlar onsuz da dəhşət vericidir. Buna görə də, dinsizlik çox geniş yayılmışdır; gənclər arasında ateizm çox geniş yayılmışdır.
(A9 TV; 19 may 2015)
Adnan Oktar
-
"Mən çox zənginəm" deyir. Sən necə zəngin ola bilərsən? "Yaxtam var" deyir. Yaxta haradadır? Beyninin içindədir. Yaxta haradadır? Mənim beynimin içindədir. Sən necə zəngin ola bilərsən? Bütün mal, mülk Allaha aiddir. Allah kölgə varlıq olaraq yaradır.
(A9 TV; 19 may 2015)
Adnan Oktar
-
Ənənəvi Ortodoks müsəlmanlar sevgidən bəhs etməzlər. Bu bir möcüzədir. Qətiyyən bəhs etmirlər. Kainatın yaradılma məqsədi olan bir gözəlliyi ağızlarına belə almırlar.
(A9 TV; 16 may 2015)
Adnan Oktar
-
Qadın üstün varlıqdır, gözəl varlıqdır. Allah qadın və kişini bərabər yaratmışdır, amma qadın mötəbər varlıqdır.
(A9 TV; 16 may 2015)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) olduğu dünyada qiyamət qopmur. Amma insanların xəbəri yoxdur. Dünyadakı bütün xurafatçılar ona düşməndir. Onun sayəsində hələdə yaşadıqlarından xəbərləri yoxdur. Onun sayəsində qiyamətin qopmadığından xəbərləri yoxdur. Küfr əhli, azğınlar, dəlalət əhli, hamısı, onun sayəsində yeyib içdiklərindən xəbərləri yoxdur.
(A9 TV; 16 may 2015)
Adnan Oktar
-
Ənənəvi ortodoks İslam, qadını yarım insan hesab edir. Halbuki qadın və kişi bərabərdir. Allah bu həqiqəti bir çox ayədə bildirir.
(A9 TV; 16 may 2015)
Adnan Oktar
-
İslam, Peyğəmbərimiz (s.ə.v)-in dövründə hakim olmadı, onun övladının, onun sərkərdəsinin vəsiləsiylə hakim olacaq. Mehdi (ə.s) vəsiləsiylə hakim olacaq. Qələbə kimindir? Allahındır. Kimi vəsilə edir? Peyğəmbərinin övladını. Peyğəmbərin nəvəsinin qazanacağı qələbə, Peyğəmbər (s.ə.v) üçün şərəf olar.
(A9 TV; 15 may 2015)
Adnan Oktar
-
Müşriklərin Mehdidən xoşu gəlməz, İsa Məsihin enişindən xoşu gəlməz, İslam Birliyindən xoşu gəlməz. Bir şəkildə sözü əyər-bükər bunu ifadə edər. Allah ayədə: “Belə ki, müşriklərin xoşuna gəlməsə də, Onu (haqq din olan İslamı) bütün dinlərdən üstün edəcəkdir” deyir. Çünki müşriklər qəti şəkildə İslam Birliyinə, Mehdiyə, İsa Məsihin enişinə qarşı çıxırlar.
(A9 TV; 15 may 2015)
Adnan Oktar
-
Müşriklər Allahın hökmünü, Quranı qeyri-kafi görərlər. Öz aləmlərində Allaha əxlaq öyrədir, Allaha din öyrədirlər, haşa. Buna görə də, İslam dininə ya əlavələr, ya da çıxarışlar edirlər.
(A9 TV; 15 may 2015)
Adnan Oktar
-
Müşrik nə deməkdir? Müşrik; Quranı qeyri-kafi görən, Allahın hökmünü qeyri-kafi görən və haşa Allaha din öyrətməyə çalışan kimsə deməkdir. Allahın dininə Onun adından istifadə edərək əlavələr edən kimsədir.
(A9 TV; 15 may 2015)
Adnan Oktar
-
Qatı dinçilər, həyatı cəhənnəmə çevirən, İslamı cəhənnəm kimi göstərən hərəkətin, ən təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, namazı qıla bilməyəcək hala gətirərsə, onun təqvalı bir hərəkət olduğuna inanırlar. Dəstəmazı alına bilməyəcək hala gətirərsə, bunun da təqvalı bir hərəkət olduğunu düşünürlər. Halbuki, Allah Quranda dəstəmazın tərifini bir sətirlə vermişdir.
(A9 TV; 14 may 2015)
Adnan Oktar
-
Quranda şiəlik vardır? Quranda sünnilik vardır? Haradan çıxarırsınız? Quranda Vəhhabilik vardır? Bir Quran, bir İslam dini var. Hamımızın adı da müsəlmandır.
(A9 TV; 14 may 2015)
Adnan Oktar
-
Qatı dinçilər müsəlmanları bir-birinə də qırdırırlar. O bunu öldürür, bu onu öldürür. Fəxr edir sonrada. “Allaha çox şükür, bu gün iki yüz şiəni öldürdük” deyir. Digərləri də; “Allaha çox şükür biz bu gün üç yüz sünnini öldürdük. Havadan bombaladıq” deyir. Qatı dinçi İslam anlayışı özü ilə məhz bu fəlakəti gətirdi.
(A9 TV; 14 may 2015)
Adnan Oktar
-
İslam dinini bütün dünyada, haşa, bəla kimi göstərən, cəhənnəm həyatı kimi göstərən qatı dinçilər ortaya çıxdı və müsəlmanları məhv etdilər. Əfqanistanda müsəlmanları boğdurdular, İraqda, Suriyada, Liviyada boğdurdular. Dünyanın hər yerində əzdirdilər.
(A9 TV; 14 may 2015)
Adnan Oktar
-
Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz, həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə xanımlar olduğunu da söyləmək istəmirlər.
(A9 TV; 14 may 2015)
Adnan Oktar
-
Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun, şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır.
(A9 TV; 14 may 2015)
Adnan Oktar
-
Allah böyüklüyünün dilə gətirilməsindən məmnun olur. Allahın ona ehtiyacı yoxdur, amma Allah sevilməsini istəyər.
(A9 TV; 14 may 2015)
Adnan Oktar
-
İnsan: “Mənim malımdır, mənim mülkümdür” deyir. Sənin malın, mülkün yoxdur, hamısı Allahındır. Sən Allahın mülkünü qorumağa gəlmisən.
(A9 TV; 14 may 2015)
Adnan Oktar
-
Diqqətsizlik qəribə şəkildə geniş yayılmış bir bəladır. Buna görə də, Allah diqqətli olmağı fərz buyurmuşdur. Allah: “Diqqətli olun” deyir, diqqətli olmağı əmr edir.
(A9 TV; 14 may 2015)
Adnan Oktar
-
İnsan Peyğəmbər (s.ə.v)-ə qarşı ədəbsizlik edir, Allah bəlasını verir. Dinlə mübarizə aparır, Allah bəlasını verir. İslamla mübarizə aparır, Allah bəlasını verir. Mücahid, Allaha xidmət edən bir insanla mübarizə aparmağa çalışır, Allah bəlasını verir. Baxsanız, araşdırsanız görərsiniz. Gördüyünüz kimi, hansı övliya, hansı Allah yolunda mübarizə aparan biriylə mübarizə edən biri olmuşdusa, Allah onun bəlasını vermişdir.