Adnan Oktar A9 TV; 28 sentyabr 2013
Adnan Oktar
-Zəlzələlər mehdiyyətin möhürüdür. Allah: "Ya Allaha dönərsiniz, ya da dünyanı həmişə beşik kimi yelləyərəm. Mənə dönəcəksiniz, Məni sevəcəksiniz, sizdən istədiyim budur. Yoxsa dünyanı sizə dar edərəm" deyir. İzahı lazım olan budur.(A9 TV; 28 sentyabr 2013)
851
Adnan Oktar
-Radikalla danışa bilmək üçün, müzakirə edə bilmək üçün, radikalın bütün izahlarına Quran ilə cavab verməyi, Quranı müdafiə etməyi bacarmaq lazımdır.(A9 TV; 28 sentyabr 2013)
Adnan Oktar
-Dünyada ən təsirli, müasir, dəqiq İslam anlayışı, bizim tərəfimizdən izah edilir. Mövzunu uzatmadan birbaşa açıqlayırıq.(A9 TV; 26 sentyabr 2013)
Adnan Oktar
-İncildən, Tövratdan qorxmaq anormal hərəkətdir. Kommunist kitabları paylayırlar, onda bəzilərinin heç səsi-səmiri də çıxmır.(A9 TV; 26 sentyabr 2013)
Adnan Oktar
-Öcalanın kommunizmin bitdiyini ifadə etməsi gözəl bir çıxışdır.(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-Hörmətli Tayyib Ərdoğan məzlum və xoş niyyətli bir insandır. Əlindən gələnin ən yaxşısını etməyə çalışır. Ona qarşı çıxmaq vicdana uyğun hərəkət deyil.(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-Halal olsun Tayyibə, “dərin dövlət” təşkilatını qanunla, hüquqla darmadağın etdi.(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-Xurafatçılar yüzlərlə uydurma hədisi Qurandan üstün tuturlar.(A9 TV; 25 sentyabr 2013)
Adnan Oktar
-Bərabərlik tətbiq etdiklərində həqiqətən dinsizlik kimi tətbiq edirlər. Dindarlar təzyiq görür. Bərabərlik aradan qaldırdığında ağlasığmaz rüsvayçılıq, iztirab, təzyiq özünü göstərməyə başlayar. Bu tarazlığı hz. Mehdi (ə.s) quracaq.(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-Bütün silahları, savaşları, müharibələri aradan qaldıraq. Döyüş böyük bir cinayət hesab olunsun. Döyüşün qeyri-qanuni və ya qanuni olanı yoxdur. Ümumiyyətlə, heç bir döyüş, qan tökmə heç olmasın. Hər kəs rahat gəzsin. Uşaqlar küçələrdə gülüşsünlər.(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-Amerika da, Türkiyə də, yalnız həm xristianların, həm yəhudilərin, həm də müsəlmanların birləşərək İslam Birliyinin qurulması ilə xilas olar.(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-Demək olar ki, hər ölkənin atom bombası var. Əsas olan şey sevginin yayılmasıdır. Atom bombasından qorxmağa ehtiyac yoxdur. Sevgisizlikdən, mərhəmətsizlikdən çəkinsinlər.(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-Papa ilk öncə Vatikanda qurulmuş darvinist təbliğatın qarşısını almalıdır.(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-Bərabərliyi hz. Mehdi (ə.s) tətbiq edəcək. Hər dinə, hər kəsə qarşı şəfqət, sevgi göstərəcək.(A9 TV; 24 sentyabr 2013)
Adnan Oktar
-Yaxşılıq, mərhəmət etmək, şəfqət, sevgi göstərmək çətindir. Qırıb-tökmək çox asandır. Bəziləri əlinə tüfəngi alıb ətrafdakıları biçib qırır. Amma sevgi göstərmək əmək, iradə, mərdlik istəyir. Səbrin, əzmin ən son mərhələsini istəyir.(A9 TV; 23 sentyabr 2013)
Adnan Oktar
-Ələvilər çox dəyərli insandırlar. Onların söhbəti, sözü ürəyə rahatlıq gətirir. On dəqiqə söhbətlərinə qatılanlar mənəvi cəhətdən rahatlayır. Sevginin, mərhəmətin, sülhün, qardaşlığın mürşidləridir, döyüşə şiddətlə qarşıdırlar.(A9 TV; 23 sentyabr 2013)
Adnan Oktar
-Ələviliyin ən gözəl istiqamətlərindən biri də, xurafata qarşı çıxmalarıdır.(A9 TV; 23 sentyabr 2013)
Adnan Oktar
-Ələvilər hz. Əli (r.ə)-i coşğu ilə sevərlər. Babalarının böyük hissəsi də seyiddir. Peyğəmbərimiz (s.ə.v)-in nəslindəndir. Dəyərlərini bilmək lazımdır.(A9 TV; 23 sentyabr 2013)
Adnan Oktar
-Allah uşağı da tərbiyə edər. Quranda hz. İsmayıl (ə.s)-ın, hz. Yusuf (ə.s)-ın başına gələn hadisələrdə olduğu kimi, uşaqlar da imtahan olunar. Allah uşaqları da çətinliklərlə, asanlıqlarla sınayar ki, böyüyəndə onu xatırlasın. Böyüdüyündə onu xatırlaması imtahanın bir şərtidir.(A9 TV; 23 sentyabr 2013)
Adnan Oktar
-Allah: "Yüngül zəlzələ yaradıram, istəsəm sizi yerlə-yeksan edərəm. Sizə olan şəfqətimə görə bunu edirəm, diqqətinizi Mənə verin, sevginizi Mənə verin, dünyaya bağlanmayın" deyir. Allah zəlzələlərlə bu mesajı verir.(A9 TV; 21 sentyabr 2013)
Adnan Oktar
-Müsəlman göz görə-görə şərabı necə içsin? Boğazına tıxanar, istəsə də içə bilməz. Mömin zina ilə iflic olar. Əli qolu bağlanar, qüdrəti çatmaz. Günaha girmə gücü olmaz, bəsirəti bağlanar, edə bilməz, inşaAllah.(A9 TV; 21 sentyabr 2013)






_05.jpg)
_04.jpg)





_09.jpg)



