Dünyanın sülhə, dostluq və qardaşlığa ən çox ehtiyac duyduğu dövrdə yaşayırıq. XX əsrə möhürünü vuran qarşıdurma və gərginliklər yeni əsrdə də sürətlə davam edir. Dünyanın hər yerində məsum insanlar bu qarşıdurma və gərginlikdən əzab çəkirlər. Həmrəyliyin və yardımlaşmanın güclənməsinə duyulan təcili ehtiyaca baxmayaraq, bəzi insanların hələ də qarşıdurmanı (xüsusilə də dünyanın iki böyük və köklü sivilizasiyası arasındakı qarşıdurmanı) qızışdırmaları qarşımızda duran böyük problemdir. Bu insanların tələb etdiyi iki sivilizasiya qarşıdurmasının bütün dünyada böyük fəlakətə səbəb olacağı aydındır. Bu cür fəlakətin qarşısının alınmasının əhəmiyyətli yollarından biri sivilizasiyalar arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi məsələsidir.
Üstəlik, bu, heç də çətin deyil. Çünki İslam sivilizasiyası və Qərb dünyası arasında kəskin fərq yoxdur. Əksinə, (bu kitabda dəlillərlə sübut edəcəyimiz kimi) İslam sivilizasiyası və Qərb sivilizasiyasını meydana gətirən yəhudi-xristian mədəniyyəti arasında bir çox ortaq xüsusiyyət var. Bu ortaq xüsusiyyətləri əsas götürərək dünyadakı problemlərə əməkdaşlıqla çıxış yolu tapmaq heç də çətin olmaz. Xüsusilə yaşadığımız dövrün şəraiti nəzərə alınarsa... Bu gün dünyada böyük fikri mübarizə hələ də davam edir və dünya iki qütbə bölünmüş vəziyyətdədir. Ancaq bu iki qütbün tərəfləri müsəlmanlar və yəhudi-xristianlar deyil. Bu iki qütbün bir tərəfində Allahın varlığına və birliyinə iman gətirənlər, digər tərəfində isə inkarçılar, yəni bir tərəfdə İlahi dinlərə inananlar, digər tərəfində də bu dinlərə qarşı olan ideologiyaları müdafiə edənlər durur.
Dini və əxlaqi dəyərləri hədəf alan güc mərkəzləri əllərindəki geniş imkanları birləşdirərək dindarlara qarşı ittifaq halında hərəkət edirlər. Bu ittifaqı fikri mənada zərərsizləşdirmək, darvinist, ateist, dinsiz materialist təlqinlərin mənfi, dağıdıcı nəticələrini aradan qaldırmaq, gözəl əxlaqın, xoşbəxtliyin, rahatlığın, təhlükəsizliyin və rifahın hakim olduğu cəmiyyətləri meydana gətirmək üçün yeganə yol vardır: yer üzündəki vicdanlı insanlar, səmimi iman gətirən xristianlar, dindar yəhudilər və müsəlmanlar bu ortaq məqsəd uğrunda birləşməlidirlər. Keçmişdə üç İlahi dinin mənsubları arasında müxtəlif bəhanələrlə bəzi qarşıdurma və anlaşılmazlıqların yaranması tarixi həqiqətdir.
Ancaq bunlar yəhudilik, xristianlıq və İslamın özündən deyil, dövlətlərin, cəmiyyətlərin və fərdlərin yanlış qərar və düşüncələrindən, çox vaxt da iqtisadi və ya siyasi mənfəətlərindən qaynaqlanır. Çünki hər üç İlahi dinin ortaq məqsədlərindən biri bütün insanların sülh şəraitində, rahat, təhlükəsiz və xoşbəxt yaşamalarıdır. Bu məqsədə zidd olan və qarşıdurma yaradan hər cür düşüncə hər üç dinə görə də yanlışdır. Bu səbəbdən, dinlər arasında qurulan əməkdaşlıq və ittifaq xristianların, müsəlmanların və yəhudilərin ədalət və sülh axtarışlarının, bəşəriyyətə fayda vermək istəklərinin təbii nəticəsi olar.
Üç dinin mənsublarının arasındakı ittifaq yalnız yığıncaq və konfranslarla məhdudlaşan bir əlaqə deyil, ortaq dəyərləri müdafiə edən, eyni məqsəd uğrunda fikri mübarizə aparan, ortaq problemlərə birdəfəlik çıxış yolu tapmağı hədəf alan inanclı insanların birliyidir. Bu birlik hz. İsanın (əs) yer üzünə ikinci dəfə gəlişini gözlədiyimiz dövrdə və hz. Mehdinin (əs) yer üzündə olduğu dövrdə dünyanı nura və rahatlığa qovuşduracaq