Təsadüflərin xaos və nizamsızlıqdan başqa bir şey meydana gətirə bilmədiyini gözləriylə gördükləri halda, kainatdakı və canlılıqdakı nizamın təsadüfən ortaya çıxdığını müdafiə edən elm adamları vardır. Bu həqiqətən də çox maraqlı və bir o qədər də ziddiyyətli davranışdır.
Məsələn bir bioloq, zülal molekulunun quruluşunun çox kompleks olduğunu gözləriylə görər. Bu kompleksliyin içində inanılmaz nizam olduğunu və bu nizamın təsadüflərlə öz-özünə meydana gəlmə ehtimalının olmadığını çox yaxşı bilər. Amma buna baxmayaraq, canlılığın elementi olan zülalın, milyardlarla il əvvəl ibtidai dünya şərtlərində təsadüflər nəticəsində meydana gəldiyini iddia edər. Bu ağıla sığmaz bir iddiadır. Bununla da kifayətlənməz, bir deyil, milyonlarla zülalın təsadüflərlə meydana gəlib, sonra inanılmaz plan və nizam daxilində bir yerə gələrək ilk canlı hüceyrəni meydana gətirdiklərini də çəkinmədən bu iddiasına əlavə edərlər. Hətta bu iddiasını gözü bağlı inadla da müdafiə edərlər. Bəhs etdiyimiz “təkamülçü” bir elm adamıdır.
Halbuki eyni elm adamı, boş bir ərazidə gedərkən üst-üstə düzülmüş üç kərpic görsə, bunların təsadüfən meydana gəlib, sonra yenə təsadüfən üst üstə düzüldüklərinə heç bir ehtimal verməz. Hətta belə bir inanca sahib bir kimsənin ağlından şübhə edər. Yaxşı, adi hadisələri normal qiymətləndirə bilən bu insanlar, necə olur ki, mövzu özlərinin və ətrafındakıların varlığını araşdırmağa gəlincə bu dərəcə ağılsız bir şəkildə, hətta dəlicə rəftar sərgiləyirlər?
Bu davranışın “elm” adına olduğunu söyləmək mümkün deyil! Çünki elm, ehtimalları bərabər olan bir hadisədə belə hər iki ehtimal üzərində düşünməyi, hər ikisindən də şübhə etməyi tələb edir. Halbuki nə canlı hüceyrənin, nə də onun milyonlarla zülalından tək birinin belə təbii şərtlərdə təsadüflərlə meydana gəlməsinə imkan və ehtimal yoxdur. İrəliləyən hissələrdə də nümunələrini verəcəyimiz kimi, ehtimal hesabları bu həqiqəti dəfələrlə ortaya qoymuşdur.