HARUN YƏHYA
logo
HARUN YAHYA

  • Bütün Əsərlər
  • Kitablar
  • Məqalələr
  • Videolar
  • Audiolar
  • Rəsimlər
  • Sitatlar
  • Digər

ADNAN OKTAR KİMDİR?
Harun YahyaADNAN OKTAR KİMDİR?
ƏSƏRLƏR
KitablarMəqalələrVideolarAudiolarRəsimlərSitatlarDigər
MÖVZULAR
CavourVatikanSosializmİşıqlanma çağıFransız inqilabıDönməSabetayistJakobenizmMasonik mediaSiyasi sionizmJön Türkİttihat və tərəqqiAbdulhəmidAnti-NaziDünya sionist təşkilatıNuremberg qanunlarıMussolini1-cü Dünya müharibəsiAdolf EichmannGoyimRothschild xanədanıThink-TankCFRRockefellerSoyuq müharibəStalinOktyabr inqilabıSovet ittifaqıBilderbergVyetnamAIPACLobbiSərgiCənub-şərqYunanıstanYeni Dünya NizamıQırmızı dənizJeopolitikQaziVergiGömrük2023AntilopÖküzAvrasiya İslam ŞurasıNobel Şülh mükafatıXəstəxanaİctimai Təhlükəsizlik TəşkilatıƏli BabacanTurqut ÖzalSui-qəsdQaffar OkkanMuhsin YazıcıoğluRosette NebulaAstronomiya
  1. Kitablar
  2. Qulaqardına Vurulan Quran Hökmləri

Qulaqardına Vurulan Quran Hökmləri

Harun Yəhya42 səhifə.

Bəzi insanlar dinə inandıqları və Quranı demək olar ki, hər gün oxuduqları halda Quranın bəzi ayələrini qulaqardına vurur, onlara etinasız münasibət göstərirlər. Bəziləri bu səhvə məlumatsızlıq və ya şüursuzluq ucbatından yol verdiyi halda, digərləri həmin hökmlərə qurduqları Qurandan kənar məntiqlərinin təsiri altında bilərəkdən əhəmiyyət vermirlər. Bu zaman onlar Quran hökmlərinə bilərəkdən etinasızlıqla yanaşmağın Allah dərgahında onlara nə qədər böyük məsuliyyət yüklənəcəyini və onları Allah rizasından necə uzaqlaşdıracağını isə əsla fikirləşmirlər.


Halbuki Allahın hökmlərinə diqqətlə yanaşmayan insanların axirətdə əzabla qarşılaşacağı Quran ayələrində xüsusi şəkildə vurğulanır. Bu düşüncəyə malik olan insanlar özlərinin Qurandan kənar məntiqlərinə əsaslanaraq, Allahın hökmləri arasında bir növ əhəmiyyətlilik və birincilik sıralaması qurur, hətta bəzi hökmləri öz həyatlarından tamamilə çıxararaq onları bir kənara atırlar. Belə bir yanlış din anlayışı yüz illər ərzində üst-üstə yığılmış adətlər şəklində nəsildən-nəslə ötürülərək dövrümüzə qədər gəlib çatmışdır. Din haqqında geniş yayılmış yanlış təsəvvürlərə görə, birinci yerə layiq görülüb, xüsusi əhəmiyyət verilən hökmlər aradan qaldırıldığı zaman insan daxilən vicdan əzabı keçirə bilər.


Buna baxmayaraq, Quranda yer alıb, eyni dərəcədə əhəmiyyət verilməyən əmr və qadağalar aradan qaldırıldığı zaman insan heç bir narahatlıq hissi keçirməz. Quranda fərz (vacib) olduğu açıq şəkildə bildirilən bir çox mövzu “yerinə yetirsən savabdır, yetirməsən də heç bir şey olmaz” məntiqi ilə qiymətləndirilir. İnsanların qorxub çəkinməli olduğu qadağalar isə “Allah bağışlayar” məntiqi ilə asanlıqla pozulur. Halbuki Quranın heç bir ayəsində belə bir meyardan bəhs edilmir. Namaz və oruc ibadətləri Allahın qəti əmri olduğu kimi, Quranda göstərilən başqa əmr və qadağalar da eynilə bütün möminlərin tabe olmaları vacib olan qəti hökmlərdir.

pdf
logo
logo
logo
logo
logo
Qulaqardına Vurulan Quran HökmləriQulaqardına Vurulan Quran Hökmləri

Kitabın məzmunu

Kitabdan Başlıqlar və Fəsillər