Şeytanın Təkəbbürü
Eqoizm termini Ərəbcədə "mən" mənasını verən "enə" sözündən törəmişdir. İnsanın özünə müstəqil bir mənlik verməsi, həm öz varlığını həm də ətrafındakıların varlığını Allahdan müstəqil görməsi, həyatını bu səhv dünyagörüşünə görə tənzimləməsi mənasını verir. Eqoizm şeytanın xarakterinin ən fundamental xüsusiyyətidir. Bu səbəbdən "eqoizm" və ondan qaynaqlanan təkəbbür, bütün azğınlıqların qaynağıdır. təkəbbür, eqoizmin kənara yansımalarından biridir.
Təkəbbürlü insanların təməl xüsusiyyəti, yaradıldıqlarını və ölümlü olduqlarını unutmaları, Allaha qarşı içində olduqları acizliyi heç düşünməmələridir. Bu insanlar, olduqları mühit və şərtlər hər nə olursa olsun boş bir təkəbbürə qapılacaq səbəblər tapa bilərlər. Eqoizmdən ötəri Allaha qarşı böyüklənən və Quran ayələrindən üz çevirən bu kəslər, rəftarlarının qarşılığını həm dünyada həm də axirətdə alacaqlar.
Bu kitabın məqsədi, eqoizmi Quranda bildirildiyi kimi gizli və açıq bütün istiqamətləriylə gözlər önünə sərərək, təsiri altına almağa çalışdığı hər kəsi bu pislikdən təmizlənməyə və çəkinməyə dəvət etməkdir.