2001-ci ilin sentyabr ayında Amerika Birləşmiş Dövlətlərinin iki böyük şəhərinə təşkil edilən və minlərlə insanın ölümünə və yaralanmasına səbəb olan hücumların ardından bütün dünya “terrorizm” anlayışını yenidən müzakirəyə başladı. Bu hücum, gözlənilməz bir zamanda, dünyanın yeganə güclü qüvvəsi hesab edilən çox güclü bir ölkəyə qarşı, heç təxmin edilməyən bir şəkildə reallaşdı. Hücumdan sonrakı günlərdə, xüsusilə Amerikada böyük bir qorxu və çaxnaşma yaşandı.
Ancaq bu şok qısa müddətdə ortadan qalxdı və hər kəs “Terrorizmlə necə mübarizə aparmalıyıq?” sualının cavabını axtarırdı. Anladılar ki, bu, yalnız Amerika üçün təhlükə deyil və hər bir ölkə eyni vəziyyətlə üzləşə bilər. Artıq heç bir ölkə “necə olsa bu hücum mənə qarşı deyildi!” deyə düşünüb, terrorizmlə edilən mübarizədən uzaq durmaya bilər. İnsanlar gecə yataqlarında yatarkən, evlərində televizor izləyərkən, küçədə yeriyərkən, parkda uşaqlarıyla istirahət edərkən, ya da iş yerlərində çalışarkən terrorizmin qaranlıq üzü ilə qarşılaşa biləcəklərinin fərqinə vardılar.
Anladılar ki, terrorçuların məqsədi, cəmiyyət həyatını iflic etmək, insanları küçəyə çıxa bilməyəcək, kütləvi nəqliyyata vasitələrinə minə bilməyəcək, ticarət edə bilməyəcək hala gətirmək, qısaca qorxu cəmiyyəti yaratmaqdır. Amerika hücumun şokunu sovuşduran kimi, bir çox ölkənin dəstəyi ilə güclü koalisiya meydana gətirdi və terrorizmə qarşı dünya səviyyəsində mübarizə başlatdı.
Ancaq aparılan mübarizənin hərbi sahədə məhdud qalmasının kafi olmayacağı hələ ən başından bilinir və bir çox səlahiyyətli tərəfindən dilə gətirilirdi. Yaxşı terrorizmlə necə mübarizə aparmaq lazım idi? Bu problemin cavabını tapmaq üçün, terrorun qaynaqlarını analiz etmək lazımdır. Bunun üçün isə, terrorizmin tarixində ilk dəfə böyük bir güc halına gəldiyi 20-ci əsrə nəzər salaq.