1- ci
USTADIN BU İFADƏSİ "SÖZLƏR" RİSALƏSİNDƏ KEÇİR. SÖZLƏR RİSALƏSİ 1926 –CI (HİCRİ 1345-Cİ) İLDƏ TAMAMLANMIŞDIR. YƏNİ HİCRİ 1300-CÜ İL ƏRZİNDƏ USTADIN BÜTÜN ƏSƏRLƏRİ TAMAMLANMIŞDIR VƏ HİCRİ 1300-CÜ İLDƏ VƏFAT ETMİŞDİR. HALBUKİ USTAD BU SÖZÜNDƏ HZ. MEHDİ (Ə.S.)-IN HİCRİ 1400 –CÜ İLDƏ ZÜHUR EDƏCƏYİNİ İFADƏ EDİR.
Allah Quranda : "Qiyamət yaxınlaşdı, ay yarıldı. (Qəmər surəsi, 1)" - deyir. "Qiyamət yaxındır" xəbərdar edir. Min bu qədər il keçdikdən sonra qiyamətin qopmaması o demək deyil ki, qiyamət qopmayacaq. Qiyamət dünyanın əcəlidir. Dünyanın ömürünə nisbətən min və ya iki min il, bir ilə nisbətlə bir-iki gün və ya bir- iki dəqiqə kimidir. Qiyamət saatı tək insanlığın əcəli deyil ki, onun ömürünə müqayisə edilib uzaq görülsün. Elə bunun üçündür ki, Mütləq Hakim, beş bilinməyən şey ( qiyamətin nə vaxt qopacağı, yağışın nə vaxt yağacağı, rəhmlərdə olanı, adamın sabah nə qazanacağı və adamın harada, nə vaxt öləcəyi.) olaraq elmində saxlayır. Elə bu gizli sirrindəndir ki, hər əsr, hətta həqiqətə görə əsr olan Əsri səadət də daxil olmaqla daim qiyamətdən qorxmuşlar. Hətta bəziləri, " əlamətləri artıq çıxmış" demişlər.
Bu həqiqəti bilməyən insafsız insanlar deyərlər ki: "Axirətin şərhini (açıqlamasını) dərs alan bəsirətli, ürəkli, iti nəzərli olan səhabələr, nə üçün 1000 il həqiqətdən uzaq olaraq, İSTİQBALİ DÜNYƏVİYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ YAXIN ZƏNN ETMİŞLƏR.
Cavab: Çünki, səhabələr, Peyğəmbərimizin söhbətinin bərəkəti ilə hər kəsdən çox axirət yurdunu düşünərək, dünyanın keçiciliyini bilərək, qiyamətin naməlum vaxtda ilahi hikməti anlayaraq əcəli şəxsi kimi dünyanın əcəlinə qarşı da daim gözləyən bir vəziyyət götürərək, axirətlərinə ciddi işlər görmüşlər. Rəsulu Əkrəm Əleyhissalatu Vəssalamın "Qiyaməti gözləyin, intizar edin" ifadəsini təkrar etməsi, bu hikmətdən irəli gəlmiş bir xəbərdarlıq olmuşdur. Yoxsa müəyyən bir hadisəyə dair bir vəhyin hökmüylə deyil ki, həqiqətdən uzaq olsun. Xəstəlik ayrıdır, hikmət ayrıdır. Elə Peyğəmbər Əleyhissalatu Vəssalamın bu cür sözləri aydın olmayacaq şəkildə olması gizli danışma hikmətindən irəli gəlir. Həm bu sirdəndir ki, Mehdi, Süfyan kimi axırzamanda gələcək şəxsləri çox zaman əvvəl hətta hz.Məhəmməd (s.ə.v)-in səhabələriylə görüşmüş, onlardan hədis dinləmiş və dərs almış olan müsəlmanların zamanında belə Mehdini gözləmişlər, yetişmək əməlində olmuşlar. Hətta, bəzi əhli vəlayət "Onlar keçmiş" demişlər. Elə bu da, qiyamət kimi, hikməti İlahiyyəyə möhtacdır ki, vaxtları müəyyən olmasın. Çünki hər vaxt, hər əsr, mənəvi qüvvətin möhkəmlətməsinə vəsilə olacaq və ümidsizlikdən qurtaracaq "Mehdi" mənasına möhtacdır. Bu mənada, hər əsrin bir hissəsi olmaq lazımdır. Həm qəflət içində pislərə uymamaq və nəfsin düzümünü buraxmamaq üçün, nifaqın başına keçəcək müdhiş şəxslərdən hər əsr çəkinmək və qorxmaq lazımdır.
İndi Mehdi kimi şəxslərin haqqındakı rəvayətlərin ixtilafatı və sirri budur ki: hədisi təfsir edənlər, hədisin tam mətnini təfsirlərinə və istinbatlarına (Müctəhid və ya böyük bir alimin gizli bir mənanı ictihad ilə meydana çıxarması) tətbiq etmişlər. MƏSƏLƏN: SƏLTƏNƏT MƏRKƏZİ O VAXT ŞAMDA VƏ YAXUD MƏDİNƏDƏ OLDUĞUNDAN, HZ. MEHDİ (Ə.S) VƏ SÜFYANIN HADİSƏLƏRİNİ SƏLTƏNƏT MƏRKƏZİ ƏTRAFINDA OLAN BASRA, KÜFƏ, ŞAM KİMİ YERLƏRDƏ TƏSƏVVÜR EDƏRƏK ELƏ TƏFSİR ETMİŞLƏR. HƏM DƏ O ŞƏXSLƏRİN ŞƏXSİ MƏNƏVİSİNƏ VƏ YA TƏMSİL ETDİKLƏRİ CAMAATA AİD BÖYÜK ƏSƏRLƏRİ O ŞƏXSLƏRİN ÖZLƏRİNDƏ TƏSƏVVÜR EDƏRƏK ELƏ TƏFSİR ETMİŞLƏR Kİ, O ŞƏXSLƏR ÇIXDIQLARI VAXT BÜTÜN XALQ ONLARI TANIYACAQ KİMİ BİR ŞƏKİL VERMİŞLƏR. HALBUKİ BU DÜNYANIN TƏCRÜBƏ MEYDANI OLDUĞUNU DEMİŞDİK. AĞILA QAPI AÇILAR, LAKİN İXTİYARİ ƏLİNDƏN ALINMAZ. ELƏ İSƏ O ŞƏXSLƏR, HƏTTA, O BÖYÜK DƏCCAL DA ÇIXDIĞI ZAMAN ÇOXLARI, HƏTTA ÖZÜ DƏ BAŞLANĞICDA DƏCCAL OLDUĞUNU BİLMƏZ. BƏLKƏ İMANIN NURUYLA, O AXIR ZAMAN ŞƏXSLƏRİ TANINA BİLƏR. (Sözlər, səh. 318)
2- ci
USTAD BU SÖZÜ " MİLADİ 1936-CI İLDƏ, YƏNİ HİCRİ 1355-Cİ İLDƏ İFADƏ ETMİŞDİR. BU TARİXƏ GÖRƏ BİR ƏSR SONRASI HİCRİ 1400- Cü İLƏ UYĞUN GƏLİR.
Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil etmişik. (İbrahim surəsi, 1).
"Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlayar.(Tövbə surəsi, 32) ayəsindəki, "...Allah, Öz nurunu tamamlayar " cümləsinin əbcəd dəyəri: hicri 1424-cü il, yəni miladi 2004 –cü ildir.
3-cü
USTAD BƏDİÜZZAMAN HƏZRƏTLƏRİ BU İFADƏSİNİ, 1936-CI (HİCRİ 1354-CÜ) İLDƏ YAZDIĞI KASTAMONU LAHİKASINDA İFADƏ EDİR. BU TARİXLƏR HİCRİ 1300-Cü İLLƏRƏ UYĞUN GƏLİR. USTADIN "BİR ƏSR SONRA..." ŞƏKLİNDƏ İFADƏ ETDİYİ 100 İL SONRASI İSƏ, HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ETDİYİ HİCRİ 1400-CÜ İLLƏRƏ UYĞUN GƏLİR.
ÜÇ MƏSƏLƏ VARDIR Kİ: BİRİ HƏYAT, BİRİ ŞƏRİƏT, BİRİ İMANDIR. HƏQİQƏT NÖQTƏSİNDƏ ƏN MÜHÜMÜ İMAN MƏSƏLƏSİDİR. Lakin, indiki cəmiyyətin gözündə və dünya şərtlərinin çətinliklərində ən mühüm məsələ, həyat və şəriət göründüyündən o şəxs indi olsa da, üç məsələnin birdən dünyada vəziyyətlərini dəyişdirmək insanlar üçün etibarlı olan ədalətə uyğun gəlmədiyindən, hər halda ən böyük məsələni əsas edib, o biri məsələləri əsas etməyəcək. BELƏ Kİ, İMAN XİDMƏTİ ƏSİLLİYİNİ XALQIN GÖZÜNDƏ SİLMƏSİN VƏ O XİDMƏTİN BAŞQA MƏQSƏDLƏRƏ VASİTƏ OLMADIĞI TƏSDİQLƏNSİN." (Kastamonu Lahikası, səh. 61-62)
4-cü.
"...Bəli indi olmasa da 30-40 il sonra fənn və həqiqi bacarıq və mədəniyyətin o üç qüvvəti tam təchiz edib, cihazatını verib o doqquz maneəni məğlub edib dağıtmaq üçün həqiqət meyarını və insaf və söhbəti insaniyəyi o doqquz düşmən taifəsinin cəbhəsinə göndərmiş, inşaAllah yarım əsr sonra onları darmadağın edəcək." (Xütbəsni Şamıya, səh. 25)
USTAD BU SÖZÜNÜ HİCRİ 1327 (MİLADİ 1911-Cİ) İLDƏ ŞAMDA ƏMƏVİ MƏSCİDİNDƏ VERDİYİ XÜTBƏSİNDƏ SÖYLƏMİŞDİR. BURADA USTAD, İSLAM ALƏMİNİN, HİCRİ 1371-Cİ İLƏ YƏNİ, MİLADİ 1951-Cİ İLİN ƏN SONRAKI GƏLƏCƏYİNƏ İSTİQAMƏTLİ İZAHLAR ETMİŞDİR. USTADIN XÜTBƏSNİ ŞAMİYADA VERDİYİ TARİXLƏRİN HAMISI HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ZAMANI OLAN HİCRİ 1400-CÜ İL İÇİNDƏDİR.
"...Bəli İNDİ OLMASA DA 30-40 İL SONRA fənn və həqiqi bacarıq və mədəniyyətin gözəlliklərini, o üç qüvvəti tam təchiz edib, maddi mənəvi alətlərini verib o doqquz maneələri məğlub edib dağıtmaq üçün doğrunu axtarma meylini və insaf və insan sevgisini o doqquz düşmən tayfasının cəbhəsinə göndərmiş, inşaAllah YARIM ƏSR SONRA ONLARI DARMADAĞIN EDƏCƏK." (Xütbəsi Şamiyə, səh. 25)
Ustad burada, hicri 1371-dən, yəni miladi 1951-ci ildən sonrakı islam aləminin gələcəyinə istiqamətli izahlar edir,
hicri 1371 + 30 = 1401 (miladi 1981-ci il) (30 il sonrası)
hicri 1371 + 40 = 1411 (miladi 1991-ci il) (40 il sonrası)
hicri 1371 + 50 = 1421 (miladi 2001-ci il) (yarım əsr sonrası)
5- ci
USTAD, KASTAMONU LAHİKASINI 1936-CI İLDƏ HAZIRLAMIŞDIR. BU ƏSƏRİNDƏ " AXIR ZAMANDA...." İFADƏSİYLƏ RİSALƏİ NURUN ƏSL SAHİBLƏRİ OLARAQ XARAKTERİZƏ ETDİYİ HZ. MEHDİ (Ə.S) VƏ TƏLƏBƏLƏRİNİN ÖZÜNDƏN DAHA ÇOX SONRAKI BİR VAXTDA GƏLƏCƏKLƏRİNİ İFADƏ ETMİŞDİR.
6-cı.
SƏİD NURSİ HƏZRƏTLƏRİ "BARLA LAHİKASI" ƏSƏRİNİ 1926-CI İLDƏ QƏLƏMƏ ALMIŞDIR. BU ƏSƏRİNDƏ USTAD, HZ. MEHDİ (Ə.S)-IN İRƏLİDƏ GƏLƏCƏYİNİ AÇIQ BİR ŞƏKİLDƏ İFADƏ ETMİŞDİR. ÖZÜNÜN HZ. MEHDİ (Ə.S)-IN QABAQCILI VƏ ONA ZƏMİN HAZIRLAYAN BİR XİDMƏTÇİSİ OLDUĞUNU İFADƏ ETMİŞDİR.
7- ci.
TİLSİMLƏR MƏCMUƏSİ, RİSALƏİ NURUN MÜXTƏLİF QİSİMLƏRİNDƏN YIĞILMIŞ BİR KİTABDIR. TİLSİMLƏR MƏCMUƏSİNDƏ USTAD "O GƏLƏCƏK ŞƏXS…" İFADƏSİYLƏ ÖZ ZAMANINDA HƏLƏ MEHDİ (Ə.S)-IN YAŞAMADIĞINI, AXIR ZAMANDA GƏLƏCƏYİNİ İFADƏ ETMİŞDİR. BUNUNLA YANAŞI AXIR ZAMANA QƏDƏR GƏLƏN HEÇ BİR MÜCƏDDİDİN TOPLU OLARAQ ETMƏDİYİ 3 VƏZİFƏNİN MEHDİ (Ə.S.) TƏRƏFİNDƏN EDİLƏCƏYİNİ DƏ İFADƏ ETMİŞDİR.
8- ci.
SƏİD NURSİ HƏZRƏTLƏRİ "SİKKƏ-İ TƏSDİQ-İ QEYBİ"Nİ 1928-Cİ İLDƏ QƏLƏMƏ ALMIŞDIR. USTAD BU ƏSƏRİNDƏ HZ. MEHDİ (Ə.S.)-DAN BƏHS EDƏRKƏN ÖZÜNDƏN "SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXSİN..." YƏNİ HZ. MEHDİ (Ə.S.)-IN USTADIN HAZIRLAMIŞ OLDUĞU VƏ ƏSL SAHİBİNİN HZ. MEHDİ (Ə.S.) OLDUĞUNU İFADƏ ETDİYİ RİSALƏİ NURLARI NƏŞR VƏ TƏTBİQ EDƏCƏYİNİ İFADƏ ETMİŞDİR.
Əvvəla: ... On ildən bəri qənaətlərini düzəltməyə çalışdığım halda, o cəsur qardaşlar qənaətlərində irəli gedirlər. Bəli, onlar, On səkkizinci məktubdakı iki əhli ürək çobanın macərası kimi, haqq bir həqiqəti görmüşlər, lakin təbirə möhtacdırlar. O həqiqət də budur:
ÜMMƏTİN GÖZLƏDİYİ, AXIR ZAMANDA GƏLƏCƏK ŞƏXSİN ÜÇ VƏZİFƏSİNDƏN ƏN MÜHÜMÜ VƏ ƏN BÖYÜYÜ VƏ ƏN QİYMƏTLİSİ OLAN SARSILMAZ BİR İMANI YAYMAQ VƏ ƏHLİ İMANI DƏLALƏTDƏN QURTARMAQ İSTİQAMƏTİYLƏ, O ƏN ƏHƏMİYYƏTLİ VƏZİFƏNİ EYNİLƏ RİSALƏİ NURDA GÖRMÜŞLƏR. İmam Əli və Qavsı əzəm və Osman Xalid kimi şəxslər, bu nöqtə üçündür ki, o gələcək şəxsin mövqesini Risaləi Nurun şəxsi mənəvisində kəşfən görmüşlər kimi işarə etmişlər. Bəzən də o şəxsi mənəvini bir xidmətçisinə vermişlər, o xidmətçiyə hörmətlə baxmışlar. BU HƏQİQƏTDƏN AYDIN OLUR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS, RİSALƏİ NURU BİR PROQRAM OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK.
O şəxsin ikinci vəzifəsi, şəriəti icra və tətbiq edir. Birinci vəzifə, maddi qüvvəylə deyil, bəlkə qüvvətli etiqad və ixlas və sədaqətlə olduğu halda, bu ikinci vəzifəyə çox böyük maddi bir qüvvə və hakimiyyət lazım ki, o ikinci vəzifə tətbiq edilə bilsin. O şəxsin üçüncü vəzifəsi, islam xəlifəliyi İslam birliyinə bina edərək, dindar xristianlarla ittifaq edib İslam dininə xidmət etməkdir. Bu vəzifə, çox böyük bir səltənət və qüvvə və milyonlarla fədakarlarla tətbiq edilə bilər. Birinci vəzifə, o iki vəzifədən üç-dörd dərəcə daha çox qiymətlidir. Lakin o ikinci, üçüncü vəzifələr çox parlaq və çox geniş bir dairədə və parıltılı bir tərzdə olduğundan, ümuminin və avamın nəzərində daha əhəmiyyətli görünürlər. Elə ona xas nurçular və bir qismi övliya olan o qardaşlarımızın təbirə və şərhə möhtac fikirlərini ortaya atmaq, əhli dünyanı və əhli siyasəti təlaşa verər və hücumlarına vəsilə olar. ÇÜNKİ, BİRİNCİ VƏZİFƏNİN HƏQİQƏTİNİ VƏ QİYMƏTİNİ GÖRƏ BİLMİRLƏR, O BİRİ CƏHƏTLƏRƏ HƏMLƏ EDƏRLƏR (fədakarlıq).
Qardaşlarımın ikinci iltibası (səhv):
Fani və çürüdülə bilər bir şəxsiyyəti, bəzi istiqamətləriylə birinci vəzifədə liderlik edən nur tələbələrinin şəxsi mənəvisini təmsil edən o aciz qardaşına verirlər. Halbuki, bu iki səhv də Risaləi Nurun həqiqi ixlasına və heç bir şeyə, hətta mənəvi və ührəvi mövqelərə də alət olmamasına bir cəhətdə zərər verdiyi kimi, əhli siyasəti də həyəcana salıb Risaləi Nurun nəşrinə zərər gəlir. Bu zaman, şəxsi mənəvi zamanı olduğu üçün, belə böyük və qalıcı həqiqətlər, fani, aciz və sükutu pozula bilən şəxsiyyətlərə bina edilməz.
Xülasə: O GƏLƏCƏK ŞƏXSİN ADINI VERMƏK, üç vəzifəsi birdən xatirə gəlir, səhv olar. Həm heç bir şeyə vasitə olmayan nurdakı ixlas zədələnər, möminlərin nəzərində həqiqətlərin qüvvəsi bir dərəcə nöqsanlaşar. Qəti dəlillər də, qəbula məzhər olmuş hökm və iddiaları zənni qalib halına gətirər, daha inadçı dəlalətə və haqqı qəbul etməkdə müqavimət göstərən dinsizlərə tam mənasıyla üstün gəlməsi, heyrətə düşən, əhli imanda görünməməyə başlayar. Əhli siyasət yanlış fikirə və müəllimlərin bir qismi etiraza başlayar. Onun üçün, Nurlara o adı vermək münasib hesab edilmir. Bəlkə "Mücəddiddir, onun pişdarıdır (qabaqcılıdır)" deyilə bilər. Ümumi qardaşlarımıza minlərlə salam olsun. (Sikkəi Təsdiqi Qeybi, səh. 9-11)
Ümmətin gözlədiyi, axirzamanda gələcək şəxsin üç vəzifəsindən ən mühümü, ən böyüyü və ən qiymətlisi olan imanı araşdırma, yayma və əhli imanı batilə yönəlməkdən qurtarmaq istiqamətləriylə, o ən əhəmiyyətli vəzifəni eynilə Risaləi Nurda görmüşlər. İmamı Əli və Qavsı əzəm və Osmanı Xalidi kimi şəxslər bu nöqtə üçündür ki, o gələcək şəxsin mövqesini Risaləi Nurun şəxsi mənəvisində kəşfən görmüşlər kimi işarə etmişlər. Bəzən də o şəxsi mənəvini bir xidmətçisinə vermişlər, o xidmətçiyə iltifat edərək baxmışlar. BU HƏQİQƏTDƏN AYDIN OLUR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ŞƏXS, RİSALƏİ NURU BİR PROQRAM OLARAQ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK. (Beyanat və Tenvirler, səhifə 310)
9-cu.
SƏİD NURSİ HƏZRƏTLƏRİ "BARLA LAHİKASI"NI 1926-CI İLDƏ QƏLƏMƏ ALMIŞDIR. USTAD RİSALƏLƏRİNDƏ YAŞADIĞI DÖVRÜN QIŞ
OLDUĞUNU İFADƏ EDƏN İZAHLAR EDƏRKƏN HZ. MEHDİ (Ə.S.)-DAN BƏHS ETDİYİ BU HİSSƏDƏ MEHDİ VƏ TƏLƏBƏLƏRİNƏ XİTAB OLARAQ ONLARIN BAHARDA GƏLƏCƏKLƏRİNİ İFADƏ ETMİŞ, ETDİYİ BU İŞLƏRLƏ ÖZÜNDƏN SONRA GƏLƏCƏK OLAN O MÜBARƏK İNSANLARA MÜHİT HAZIRLADIĞINI İFADƏ ETMİŞDİR.
10- cu.
SƏİD NURSİ HƏZRƏTLƏRİ “MƏKTUBATI” 1929-CU İLDƏ QƏLƏMƏ ALMIŞDIR. USTADIN DÖVRÜNDƏ AXIR ZAMANIN ƏN BÖYÜK FƏSADI OLAN DARVİNİZM, MATERİALİZM VƏ ATEİZMİN CƏMİYYƏT ÜZƏRİNDƏKİ TƏSİRİ BU GÜNKİ KİMİ ŞİDDƏTLİ DEYİLDİ. HALBUKİ HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ƏSRİ OLAN HİCRİ 1400-CÜ İL, BU DİNSİZ AXINLARIN ÇOX SÜRƏTLİ TƏKAN QAZANDIĞI, İNSANLAR VƏ CƏMİYYƏTLƏR ÜZƏRİNDƏ TƏSİRLƏRİNİ ƏN ŞİDDƏTLİ HALA GƏTİRDİKLƏRİ BİR ƏSR OLMUŞDUR. DÖVRLƏRİNDƏ ETDİKLƏRİ XİDMƏTLƏR ETİBARİLƏ, USTADIN ŞƏXSİ DƏ, ONDAN ƏVVƏL GƏLƏN MÜCTƏHİDLƏR DƏ HAMISI HZ. MEHDİ (Ə.S)-DA TOPLANACAQ OLAN ƏN BÖYÜK MÜCƏDDİD, ƏN BÖYÜK MÜRŞİD, MÜCTƏHİD, HAKİM, MEHDİ VƏ QÜTBÜ ƏZƏM SİFƏTLƏRİNƏ BİR YERDƏ SAHİB OLMAMIŞLAR.
MEHDİNIN ÜÇ VƏZİFƏSİ (Emirdağ Lahikasısı, səh. 231-233.)
11-ci.
USTAD BƏDİÜZZAMAN SƏİD NURSİ HƏZRƏTLƏRİ ƏMİRDAĞ LAHİKASINI 1949-CU İLDƏ QƏLƏMƏ ALMIŞDIR. BU ƏSƏRİNDƏ USTAD HZ. MEHDİ (Ə.S)-IN XÜSUSİLƏ DARVİNİZM, MATERİALİZM VƏ ATEİZM FƏLSƏFƏLƏRİNİ TAM SUSDURARAQ İNSANLARIN İMANINI QURTARMAĞA VƏSİLƏ OLACAQ ŞƏKİLDƏ ÇOX TƏSİRLİ İŞLƏR GÖRƏCƏYİNİ İFADƏ ETMİŞDİR. USTAD, ÖZÜNÜN YAŞADIĞI DÖVR DAXİL OLMAQLA HƏR DÖVRDƏ BİR MEHDİ XÜSUSİYYƏTİNƏ SAHİB İNSANLAR GƏLDİYİNİ, ANCAQ HEÇ BİRİNİN BU ÜÇ VƏZİFƏNİ BİR YERDƏ ETMƏ QÜDRƏTİNƏ SAHİB OLA BİLMƏDİKLƏRİNİ İFADƏ ETMİŞDİR.
Birincisi: ÇOX VAXT MƏKTUBLARIMDA İŞARƏ ETDİYİM KİMİ, MEHDİ RƏSULUN TƏMSİL ETDİYİ MÜQƏDDƏS CAMAATININ ŞƏXSİ MƏNƏVİSİNİN ÜÇ VƏZİFƏSİ VAR. ƏGƏR TEZ QİYAMƏT QOPMAZSA VƏ BƏŞƏR TAMAMİLƏ YOLDAN ÇIXMAZSA, O VƏZİFƏLƏRİ ONUN CƏMİYYƏTİ VƏ SEYİDLƏR CAMAATI EDƏCƏYİNİ RƏHMƏTİ İLAHİYYƏDƏN GÖZLƏYİRİK VƏ ONUN ÜÇ BÖYÜK VƏZİFƏSİ OLACAQ.
Birincisi : Fənn və fəlsəfənin təsiriylə və maddiyyun və tabiiyyun taunu bəşər içinə yayılmasıyla, hər şeydən əvvəl fəlsəfəni və materializm, darvinizm və ateizm epidemiyasını, fikirini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. İman edənləri azğınlıqdan qorumaq və bu vəzifə həm dünya, həm hər şeyi buraxmaqla çox zaman tədqiqlərlə məşğul olmağı tələb etdiyindən, Həzrəti Mehdinin, o vəzifəsini şəxsən özü görməyə vaxtı və halı yol verə bilməz. Çünki Xilafəti-Məhəmmədiyə (s.ə.v) istiqamətindəki səltənəti, onun ilə məşğul olmağa vaxt buraxmır. HƏR HALDA O, VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAİFƏ BİR CƏHƏTDƏ GÖRƏCƏK. O ŞƏXS, O TAİFƏNİN UZUN TƏDQİQLƏRİ İLƏ YAZDIQLARI ƏSƏRİ ÖZÜNƏ HAZIR BİR PROQRAM EDƏCƏK, ONUN İLƏ O BİRİNCİ VƏZİFƏNİ TAM ETMİŞ OLACAQ. BU VƏZİFƏNİN DÖZDÜYÜ QÜVVƏT VƏ MƏNƏVİ ORDUSU, TƏK İXLAS VƏ SƏDAQƏT VƏ TƏSANÜD (HƏMRƏY) SİFƏTLƏRİNƏ TAM SAHİB OLAN BİR QİSİM TƏLƏBƏLƏRİDİR. NƏ QƏDƏR DƏ AZ OLSALAR, MƏNƏN BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ DƏYƏRLİ SAYILARLAR.
İkinci vəzifəsi : XİLAFƏTİ-MƏHƏMMƏDİYƏ (S.Ə.V.) ÜNVANI İLƏ İSLAMA AİD DƏYƏRLƏRİ CANLANDIRMAQDIR. İSLAM ALƏMİNİN BİRLİYİNİ DAYAQ NÖQTƏSİ ƏLDƏ EDİB, İNSANLIĞI MADDİ VƏ MƏNƏVİ TƏHLÜKƏLƏRDƏN VƏ BƏLADAN QURTARMAQDIR. BU VƏZİFƏNİN, DAYAQ NÖQTƏSİ VƏ XİDMƏTÇİLƏRİ, MİLYONLARLA DƏSTƏKÇİSİ OLAN ORDULAR LAZIMDIR.
Üçüncü vəzifəsi : ZAMANA BAĞLI DƏYİŞMƏLƏRLƏ QURANIN BİR ÇOX HÖKMÜNÜN ZƏDƏLƏNİLMƏSİYLƏ VƏ ŞƏRİƏTİ MƏHƏMMƏDİYƏNİN (S.Ə.V.) QANUNLARI BİR DƏRƏCƏ TƏTİLƏ UĞRAMASIYLA O ŞƏXS, BÜTÜN ƏHLİ İMANIN MƏNƏVİ KÖMƏKLƏRİYLƏ VƏ İSLAM BİRLİYİNİN KÖMƏYİLƏ VƏ BÜTÜN ÜLƏMA, ÖVLİYANIN VƏ XÜSUSİLƏ ƏHLİ- BEYTİN NƏSİLİNDƏN HƏR ƏSRDƏ QÜVVƏLİ VƏ İZDİHAM OLAN MİLYONLARLA FƏDAKAR SEYİDLƏRİN İŞTİRAKLARIYLA O ÇOX BÖYÜK VƏZİFƏSİNİ ETMƏYƏ ÇALIŞAR.
İndi həqiqət halı belə olduğu halda, ən birinci vəzifəsi, ən yüksək peşəsi olan imanı qurtarmaq və imanın doğruluğunu isbat edərək bir surətdə ümumiyə dərs vermək, hətta avamın da imanını təhqiq etmək vəzifəsi isə, mənən və həqiqətən hidayət edici, doğru yolu nümayişçi mənasının tam açıqlığını ifadə etdiyi üçün nur şagirdləri bu vəzifəni bütünlüklə Risaləi Nurda gördüklərindən, ikinci və üçüncü vəzifələr buna nisbətən ikinci və üçüncü dərəcədədir deyə Risaləi Nurun şəxsi mənəvisini haqlı olaraq bir cür Mehdi qəbul edirlər. O şəxsi mənəvinin də bir nümunəsi, nur şagirdləri təsanüdündən (qarşılıqlı yardımlaşma) gələn bir şəxsi mənəvisi və o şəxsi mənəvidə bir cür müməssili (təmsil edən) olan yazıq tərcüməçisini zənn etdiklərindən, bəzən o adı ona da verirlər. Hərçənd bu, bir qarışdırma və bir səhvdir, lakin onlar onda məsul deyildirlər. ...
Birincisi: AXIRDAKI İKİ VƏZİFƏ, HƏRÇƏND HƏQİQƏT NÖQTƏSİNDƏ BİRİNCİ VƏZİFƏ DƏRƏCƏSİNDƏ DEYİLDİRLƏR, lakin xilafəti Məhəmmədiyə (s.ə.v) və İslam Birliyi ordularıyla yer üzündə səltənəti İslamiyəni sürmək cəhətində hər kəsdə, xüsusilə avamda, əhli siyasətdə, xüsusilə bu əsrin əfkarında o birinci vəzifədən min dərəcə geniş görünür və bu ad bir adama verildiyi vaxt, siyasət mənasını hiss etdirər, bəlkə bir şan, şərəf, mövqepərəstlik və şöhrətpərəstlik arzularını göstərər.Əvvəldən bəri və indi də çox safdil və mövqepərəst şəxslər "Mehdi olacağam," deyə iddia edərlər. HƏRÇƏND HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ BİR CÜR MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞ, LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏLƏRDƏN BİRİNİ BİR CƏHƏTDƏ ETMƏSİ ETİBARİLƏ, AXIRZAMANIN BÖYÜK MEHDİ ÜNVANINI GÖTÜRMƏMİŞLƏR.
Həm məhkəmədə Dənizli əhli vüqüfü (məlumat sahibi kəsləri), bəzi şagirdlərin (tələbələrin) bu etiqadlarına (inanclarına, düşüncələrinə) görə mənə qarşı demişlər ki:
"ƏGƏR MEHDİLİK İDDİA ETSƏ, BÜTÜN ŞAGİDLƏRİ (TƏLƏBƏLƏRİ) QƏBUL EDƏCƏKLƏR." MƏN DƏ ONLARA DEMİŞDİM: "MƏN, ÖZÜMÜ SEYİD BİLMİRƏM. BU ZAMANDA NƏSİLLƏR BİLİNMİR. HALBUKİ, AXIR ZAMANIN O BÖYÜK ŞƏXSİ, ƏHLİ BEYTDƏN (PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN NƏSLİNDƏN) OLACAQ. Hərçənd mənəvi cəhətdən mən həzrəti Əli (r.ə)-ın mənəvi bir övladı hökmündə ondan həqiqət dərsini götürdüm və Məhəmməd Əleyhissalam bir mənada həqiqi nur tələbələrini də əhatə etdiyi üçün, mən də Peyğəmbərimiz (s.ə.v)-in nəslindən sayıla bilərəm. Lakin bu zaman şəxsi mənəvi zamanı olmasından və nurun peşəsində heç bir istiqamətdən mənlik, şəxsiyyət və şəxsi mövqeləri arzu etmək və şan şərəf qazanmaq olmaz. Səmimiyyətin sirrinə tərs düşməsindən, Cənabı Haqqa sonsuz şükür edirəm ki, məni özümə bəyəndirməməsindən, mən elə şəxsi və öz sərhədlərimdən sonsuz dərəcədə çox mövqeyə gözümü dikmərəm. Nurdakı pozmamaq üçün, ührəvi (axirət) mövqe də mənə verilsə, buraxmağa özümü məcbur bilirəm" dedim, o əhli vüqüf (məlumat sahibi kəslər) susdu. Emirdağ Lahikası-1, səh. 231-233.