Möminlərin cahiliyyə insanlarından çox önəmli bir fərqi var.

 

Cahiliyyə insanları başqalarının səhvlərini yalnız onlara olan qəzəblərindən dolayı dilə gətirirlər. Halbuki onların məqsədi qarşı tərəfin yaxşı olmasını istəmək deyil. 

 

Onların istəyi yalnız həmin şəxsin özlərinə narahatlıq yaradan, maraqlarına zərər verən və həyatlarını çətinləşdirən xüsusiyyətlərdən qurtulmasıdır.

 

Beləliklə, özləri də bu narahatlıqlardan uzaqlaşaraq daha rahat və xoşbəxt bir həyat yaşayacaqlarını ümid edirlər.

 

Möminlərin cahiliyyə insanlarından çox önəmli bir fərqi var.

 

Cahiliyyə insanlarının başqalarına baxış tərzi etdikləri tənqidlərdən dərhal aydın olur. Diqqətləri yalnız özlərinə yönəlir və onlar üçün əhəmiyyətli olmayan mövzular maraq doğurmur. Lakin önəm verdikləri bir məsələ olduqda, ən kiçik detal belə tənqid mövzusuna çevrilir.

 

Onların istifadə etdiyi üslub da baxış tərzlərini açıq şəkildə göstərir. Başqasının səhv bir hərəkəti onları incidirsə, dərhal qəzəblənir və bu qəzəbi düşünmədən, tərəddüd etmədən ortaya qoyurlar. Cahiliyyə cəmiyyətində insanların tənqid etməsi adətən qəzəbi göstərmək, mübahisə yaratmaq və nəfsani istəklərini yerinə yetirmək məqsədi daşıyır. Başqa motivləri yoxdur.

 

Möminlərin niyyəti isə tamamilə fərqlidir. Onlar tənqidi mübahisə yaratmaq, dava salmaq və qəzəblərini boşaltmaq üçün etmirlər. Məqsədləri yalnız Allahın razılığıdır. Allah Quranda müsəlmanlara buyurur: “Bir-birinizə xeyri əmr edin və pisliklərdən çəkindirin.”

 

Buna görə bir mömin başqasını tənqid edərkən məqsədi onun səhvini düzəltmək, fayda vermək və Allahın razı qalacağı əxlaqa yönəlməsinə yardım etməkdir. Mömin qarşısındakı insanın cənnətə layiq olmasına və cəhənnəmə aparacaq səhvlərindən çəkinməsinə vəsilə olmaq üçün gördüyü əksik tərəfləri dilə gətirir.

 

Allahın müsəlmanlara verdiyi bu məsuliyyət həm də möminlər arasındakı dostluğu möhkəmləndirir, aralarındakı yaxınlıq, isti münasibət və etibarı artırır. Hər bir möminin bu yanaşmanı mənimsəməsi böyük önəm daşıyır.

 

Əgər bir mömin ağıllı, dürüst və səmimi bir insan kimi başqasına tövsiyə verirsə, qarşı tərəf şübhə etməməlidir. Bilməlidir ki, onun sözlərinin arxasında heç bir pis niyyət yoxdur. Möminin məqsədi heç vaxt mübahisə yaratmaq, incitmək, alçaltmaq, ələ salmaq, böyüklük göstərmək, narahatlıq yaratmaq, qəzəbini boşaltmaq və ya intiqam almaq deyil.

 

Mömin belə düşünməlidir:

“Bu mənim müsəlman qardaşımdır. Əgər o mənə tövsiyə verirsə, mütləq səmimi olaraq mənim əksik olduğumu düşündüyü üçün edir. Bütün sözləri mənim daha yaxşı olmağımı və Quran əxlaqını tam yaşamağımı istədiyi üçün deyir. Bu şəxs Allahdan qorxan, axirətə və hesab gününə inanan biridir. Pis niyyətli olması və mənə ziyan verməsi isə Allahın izni olmadan mümkün deyil. Buna görə də içim rahat olmalıdır. Tənqid edildiyim üçün narahat olmayacağam, şübhələnməyəcəyəm, qorxmayacağam. Allah mənə müsəlman qardaşlarım vasitəsilə əksikliklərimi göstərir və onları necə düzəldə biləcəyimi bildirir. Əlhəmdülillah, İnşaAllah bundan ən yaxşı şəkildə faydalanacağam.”

 

Cahiliyyə cəmiyyətində isə uşaqlıqdan insanlara belə öyrədilir: “Tənqid pisdir”, “Heç kim tənqid edilmək istəmir”, “Tənqid insana zərər verir”, “Tənqid edən həmişə əsəbi və qəzəbli olur.” Bu fikirlər Qurana görə yanlışdır. Cahiliyyə cəmiyyətində belə qanunlar işləyə bilər, amma möminlər üçün bunlar heç vaxt keçərli deyil.

 

Mömin nə qədər belə fikirlər eşitsə də, bilməlidir ki, müsəlmanlar arasında bu qaydalar heç vaxt işləməyəcək. Çünki möminlər dünyada ən gözəl əxlaqa sahib, səmimi, etibarlı, doğru danışan və qəlbi ilə dili bir olan insanlardır. Allahdan qorxanlardan gələn tənqid isə bir mömin üçün böyük bir nemətdir.