Şimali Afrikadan gələn miqrantlarla deyil, miqrant olmağı məcbur edən şərtlərlə mübarizə aparılmalıdır
ucgen
Şimali Afrikadan gələn miqrantlarla deyil, miqrant olmağı məcbur edən şərtlərlə mübarizə aparılmalıdır
1328

Bir neçə il öncə Suriyanın Hələb şəhərindən qaçıb Liviyaya gəlmişdi. Ancaq burada da münaqişələr başladıqda Suriyada yaşadıqları yadına düşdü. Küçədən gələn silah səsləri evinin içindən eşidiləcək səviyyəyə çatıb evi talan edildikdə özü və ailəsinin güvəndə olmadığına əmin oldu.

Dostunun tanış etdiyi bir nəfər müəyyən haqq müqabilində özünü və ailəsini Avropaya aparmağa söz verdi. Əlindəki pul kifayət etmirdi. Evindəki əşyaları satıb bir az da borc alaraq lazım olan pulu yığa bildi.

Böyük bir anbarda yüzlərlə insanla birlikdə gözlədildikdən sonra bir gecə insanların qucaq-qucağa oturdulduğu sınıq-salxaq bir gəmi ilə yola düşdülər. Həyat yoldaşı və kiçik qızı gəmidə ayrı yerdə oturdulmuşdu. Özü gəminin içində bir neçə kvadrat metrlik bir yerdə onlarla insanla birlikdə idi. İçəri çox isti idi. Nəfəs almaq belə çətin idi. Sahildən xeyli uzaqlaşmışdılar ki, yüksək səslə qışqırıqlar eşidildi. İnsanların üzərindən keçərək göyərtəyə çatdı. Gəmiyə su dolduğunu gördüyü zaman yoldaşı və qızının üzmək bilmədiyi yadına düşdü. İlk ağlına gələn yanlarına gedib onları xilas etmək oldu. Ancaq o qədər adam var idi ki, yanlarına getmək mümkün olmadı, gəmi sürətlə batdı. Qaranlığın içində dənizdə bir yandan taxta parçasından tutmağa çalışır, digər tərəfdən var gücü ilə yoldaşının və qızının adını qışqırırdı, lakin səsi yardım istəyənlərin qışqırtıları arasında itib getdi. Gün çıxarkən İtaliya gəmisinə mindirildi. Gəmi ilə birlikdə təhlükəsiz yaşayacağı həyata dair bütün xəyalları da yox oldu.  Üstəlik həyat yoldaşı və uşağı da artıq yox idi…

Son iki ildə bu və bu kimi oxşar hekayələr Afrika sahillərində tez-tez baş verir. Əfqanıstandan, Suriyadan, Eritrədən və Səhra altı ölkələrdən bir çox insan qurtuluşu Avropaya getməkdə görür. Palermo prokuroru Maurisio Skaliyaya görə hazırda ən az 1 milyona yaxın miqrant Liviyadan İtaliyaya gəlmək üçün gözləyir. (1)

Avropaya köçmək istəyənlərin bir hissəsi daha yaxşı həyat, daha çox gəlir qazanmaq ümidi ilə yola çıxır. Bir çox Avropa ölkəsində də miqrantlara öz zənginliklərindən istifadə etmək istəyən yad insanlar olaraq baxılır.

Avropa İttifaqı daxili və xarici işlər nazirlərinin miqrant probleminə qarşı alınacaq tədbirlərlə bağlı hazırladıqları plan Avropanın miqrantları insanlıq problemi olaraq deyil, özlərinin təhlükəsizlik problemi olaraq gördüyünü ortaya qoyur. Əslində oxşar plan 2013-cü ildə bir komissiya tərəfindən hazırlanmış və üzv ölkələrin təsdiqi üçün təqdim edilmişdi. «Amerikanın səsi» internet saytında köhnə plan yenisi ilə qarşılaşdırılaraq belə bir qiymətləndirmə aparılır:

“2013-cü ildə üzv ölkələrin təsdiqinə təqdim edildi, ancaq 28 üzv ölkədən 24-ünün qarşı çıxması ilə nəticələnən təkliflərdən alıntılar olan planın ən diqqət çəkici tərəfi insanlıq tərəfinin daha aşağı olmasıdır.“ (2)

Euronews internet saytı isə Avropanın miqrantlara münasibətini“ Avropa İttifaqı miqrantlara yardımda sinifdə qaldı” deyərək daha açıq şəkildə ortaya qoyur. (3)

Avropa ölkələrində miqrantlara yardım və qorumağa dair siyasətlərə qarşı ciddi müxalifətin olmasının əsas səbəbi İttifaqa hakim olan mənfəətçilik ideologiyasıdır.

Bu ideologiyanın yansıması, miqrantların müəyyən edilən kvotaya görə Avropa İttifaqı ölkələrinə paylaşdırılması təklifinə qarşı verilən sərt reaksiyada özünü göstərdi. Avropa İttifaqı Komissiyası sədrinin müavini Frans Timmermans bu vəziyyəti «miqrantlar dənizdə boğulmasın, amma onları bizə də gətirməyin» deməsi də qəti şəkildə qəbul edilə bilməz» deyərək tənqid edir. (4)

Hər üzv ölkənin siyasi və ictimai proseslər qarşısında ilk öncə öz mənfəətini güdməsi İttifaqı dərindən sarsıdır. İspaniyada Kataloniya, İtaliyada Padaniya, İngiltərədə Şotlandiya daha çox gəlir əldə edəcək düşüncəsi ilə ayrılmaq üçün imkan axtarır.  Bu şəkildə olduğu zaman öz ölkəsindəki yoxsul insanlara belə dözə bilməyən insanların xaricdən gələn yardıma möhtac insanlara yardım əlini uzatmasını gözləmək mənasız hala gəlir.

Buna qarşılıq olaraq Avropa İttifaqında problemə daha humanist yanaşanlar da var. İtaliya Baş naziri Mateo Renzi kimi. Renzi miqrantları Avropadan uzaq tutmaq məqsədilə alınan təhlükəsizlik tədbirlərini dəstəkləmir. İtaliya Baş naziri ölkəsinə gələn 100 miqrant gəmisindən 91-nin Liviyadan gəldiyini qeyd edərək, "Liviyaya hərbi müdaxilə gündəmdə olan bir mövzu deyil. Çünki hərbi müdaxilə ilə sülh və dinclik gətirmək üçün lazımi şərtlər yoxdur. Belə bir müdaxilə Əfqanıstanda olduğu kimi, sülh müqavilələrinə hörmət çərçivəsində ola bilər" deyə bildirdi. (5)

Avropa İttifaqının məruz qaldığı miqrant axınının qəti həll yolu miqrasiyaya yol açan səbəbləri aradan qaldırmaqdan ibarətdir. BMT Qaçqınlar üzrə Ali Komissarlığının statistikalarına görə, miqrasiyanın əsas səbəbi insanların həyatlarının təhlükədə olmasına dair narahatlıqlarıdır.

BMT Qaçqınlar üzrə Ali Komissarlığının (UNCHR) hesabatına görə, 2014-cü ilin birinci yarısında məcburi köçkünlərin sayı daha da artıb. Hesabata görə, 2014-cü ilin birinci yarısında 5,5 milyon insan məcburi köç etmişdir. Bunların 1,4 milyonu beynəlxalq sərhədlərdən keçərək ölkələrindən qaçmaq məcburiyyətində qalmışdır.  Yerdə qalan 4,1 milyon insan isə ölkə daxilində köç etmək məcburiyyətində qalmışdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterres hesabatla bağlı qiymətləndirməsində “Beynəlxalq cəmiyyət mövcud münaqişələrə siyasi həll yolları tapmaq və yenilərinin başlamasına mane olma məsələsində uğurlu olmadıqları müddətcə, biz faciəvi nəticələrə cavab verməyə davam etməli olacağıq” deyərək məcburi köçkün problemini dünyadakı münaqişələrin bir nəticəsi olduğunu bu şəkildə bildirir. (6)

Avropa ölkələri Yaxın Şərq və Afrika ölkələrində həm Avropaya, həm də yerli xalqlara bir təhlükə yarandıqda o bölgəni dərhal bombalamaq və ya işğal etmək əvəzinə terrorizmlə mübarizədə daha ağıllı, maarifləndirməyə əsaslanan üsullara əl atmalıdır. Həmin insanları haqsız yerə öldürməyin, yurdlarından çıxarmağın, əmlaklarını talan etməyin və işgəncənin böyük zülm olduğu bütün dinlərin mənsublarına uşaq yaşdan etibarən öyrədilə bilər. Əgər Avropaya miqrant axını durdurulmaq istənilirsə, Şimali Afrikada miqrantlarla deyil, miqrant olmağı məcbur edən şərtlərlə mübarizə aparılmalıdır.

İstinadlar:

(1)  http://www.hurriyet.com.tr/dunya/28793454.asp
(2)  http://www.amerikaninsesi.com/content/avrupa-birliginden-10-maddelik-plan/2728316.html
(3)  http://tr.euronews.com/2015/04/20/ab-gocmenlere-yardimda-sinifta-kaldi/
(4)  http://tr.euronews.com/2015/05/20/ab-de-kota-tartismasi-buyuyor/
(5)  http://www.trthaber.com/haber/dunya/20-yil-once-srebrenitsada-gozlerimizi-kapattik-180028.html
(6)  http://www.unhcr.org.tr/home.php?content=611 

 

Adnan Oktarın «Morocco World News»də nəşr olunan məqaləsi:

http://www.moroccoworldnews.com/2015/05/159614/asylum-seekers-a-problem-of-humanity-or-security/