Şirk Allahın heç bəyənmədiyi, əsla bağışlamayacağı ən böyük günahdır. İnsanların “Allah etmədi, mən etdim” və ya “Allah deyil, filankəs etdi” şəklindəki ifadələri, hadisələrə və ya şəxslərə mənlik (müstəqil varlıq) verməsi, Allahdan asılı olmayaraq sanki öz gücləri varmış kimi düşünmələri mənasını verir. Bu rəftar Allaha qarşı çox böyük bir nankorluqdur. Rəbbimiz bir ayədə belə buyurmuşdur:
Vaxtilə Rəbiniz: “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” – deyə bildirmişdi. (İbrahim surəsi, 7)
Uca Allah ayədə bütün nemətlərin və hadisələrin Özünün yaratdığını və hər şeyin nəzarətinin Öz əlində olduğunu bildirir. Allah istəmədikcə heç bir hadisə baş verməz. Buna görə də Quranda, sahib olduğunu, özünün əldə etdiyini zənn edən şəxsin cəzalandırılacağı bildirilir. Şirkin axirətdəki qarşılığı cəhənnəm olduğu halda, şirk qoşanlar dünyada da sıxıntılı həyat yaşayarlar:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki günahları, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, böyük bir günahla (Allaha) iftira atmış olar. (Nisa surəsi, 48)
Psixoloji Sıxıntının Mənbəyində Şirk Vardır
İnsanların psixoloji tarazlığının pozulmasının səbəbi şirkdir. Şirk insanı həm mənəvi, həm də fiziki olaraq çökdürür. Bir insanın (haşa) hadisələri özünün yaratdığını düşünməsi və baş verən hadisələrdən də sıxıntı duyması, şirk bataqlığına düşdüyünü göstərir. Bu bataqlıq insanı məhv edər, şizofrenik ruh formalaşar. Şübhəci, özünə qapalı, qorxu içində yaşayan, heç kəsi sevə bilməyən, incəsənətdən anlamayan bir ruha sahib olar. Bu ruh şirkin gətirdiyi bir bəladır. Bu bəla insanı cinayətə, intihara sürükləyər, zorakılıq tərəfdarı, cani ruhlu birinə çevirər. Halbuki bir saniyə belə şirkə düşməmək lazımdır. Şirkə düşməmək insana xoşbəxtlik gətirir. İnsan şirkdən xilas olduğu zaman şən, keyfiyyətli, müasir, ziyalı, həyat dolu bir müsəlman olar. Nur kimi bir müsəlman ola bilmək üçün Allaha sığınmaq lazımdır. İnsan Allaha bağlanar-bağlanmaz köksünü sıxan, əhval-ruhiyyəsini pozan sıxıntı və şirk aradan qalxar. Rəbbimiz bu həqiqəti bir ayədə belə bildirir:
Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar, kimi (haqq yoldan) azdırmaq istəyərsə, göyə çıxırmış kimi onun qəlbini daraldar. Allah iman etməyənləri bu şəkildə əzaba məruz qoyar. (Ənam surəsi, 125)
Sıxıntı və Psixoloji Tarazlığın Pozulması Allahı Unutmaqdan Qaynaqlanır
Allahın nəzarəti xaricində baş verən heç bir hadisə yoxdur və hər an taledə təqdir edilmişdir. İnsanların Allahın təcəllisi olduğunu bilən, hər hadisənin taledə yaradıldığını və dəyişməyəcəyini anlayan şəxs heç nədən narahat olmaz və ya kədərlənməz. Tam mənasıyla Allaha tabe olan və özünü Ona təslim edən şəxsin əhval-ruhiyyəsi həmişə yüksək olar. Şirkdən diqqətlə çəkinib, şirkə qarşı özünü tərbiyə edən insanın əhval-ruhiyyəsi pozulmaz.
Buna görə də bir müsəlmanın Allahdan ayrı heç bir anı olmamalıdır; diqqəti çox kəskin olmalıdır. Çünki “əhvalım pisdir” demək belə Allahın hər şeyi xeyirlə yaratdığını unutmaq və imanın zədələnməsi mənasını verir. Allah müsəlmanların belə bir qəflətə düşməməsi üçün bəndələrini bu cür xəbərdar edir:
(Döyüşdə) Onları siz öldürmədiniz, lakin Allah onları öldürdü. Atdığın zaman sən atmadın, lakin Allah atdı. Allah bunu, möminləri yaxşı bir imtahanla sınamaq üçün etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir. (Ənfal surəsi, 17)
Bir müsəlmanın diqqəti və şüuru açıqdırsa, şirk “yolu” bağlıdır və Allah ilə iman bağlantısında şirk sızmasına qətiyyən icazə verməz. Çünki Allah ilə olan bağlantısını daima canlı saxlayar və şeytanın onu şirkə yönəltməsinə icazə verməz. Gün ərzində yaşadığı hər hadisəni, qarşılaşdığı hər şəxsi və öz etdiklərini Allahın yaratdığını unutmaz və gününü cənnət kimi keçirər.
Ancaq çox az insan Allah ilə əlaqəni fasiləsiz davam etdirə bilər. Əksər insanlar başqalarının təsiri altında qalaraq şirkə yönələ bilər. Halbuki şirkə qarşı diqqətli olmaq son dərəcə asandır; sadəcə Allah ilə yaxın əlaqəni kəsməmək üçün diqqətli olmaq kifayətdir.
Nəticə: Şirk - Allaha Qarşı Hörmətsizliyə Cürət Etməkdir
Hər şeyi yaradan Allah olduğu halda, heç bir gücü olmayan varlıqlara güvənmək çox böyük ağılsızlıqdır. İnsanlar şirkə çox meyllidirlər. Ancaq Allah şirkin əvəzini dərhal verər və insanı büt etdiyi şeylə sınayar, o büt insana bəla olaraq qayıdar. Eyni şəkildə, gələcəklə bağlı narahat olmaq da Qurana uyğun deyildir. Çünki gələcəyindən narahat olan şəxs hər hadisənin Allahın nəzarətində olduğunu unudub başqa bir gücün varlığına inanar, bu da şirk olar və böyük bir günahdır.
Şirkin yaranmasının ən mühüm səbəbi, bəzi insanların Allah sevgisinin zəif olmasıdır. Allahın yaratdığı möhtəşəm bitkiləri, meyvələri, heyvanları və uşaqları təsadüfən yarandığını düşünmək, yaxud bu gözəlliklərin Allahın təcəlliləri olduğunu unutmaq və onlara Allahdan ayrı bir sevgi bəsləmək böyük günahdır. Bütün gözəlliklərin və sevginin tək mənbəyi Allahdır.
İnsan, övladını, həyat yoldaşını, pişiyini və ya quşunu sevərkən, əslində Allahı sevdiyini anlamırsa, bu, böyük bir itaətsizlik və nankorluq olar. Bu səbəbdən Allah sevgisi dünyada ən əsas məsələdir. Əgər insanlar Allahı çox sevsəydilər, dünya onlar üçün cənnət kimi rahat bir yerə çevrilərdi.
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər. (Bəqərə surəsi, 165)