Adnan Oktarın Misirin "Al-Masry Al-Youm" qəzetinə müsahibəsi
Hz. Mehdinin (ə.s) hərbi gücünün silahı sevgidir, mərhəmət və söhbətdir. Dəccalının gücü isə qan və barıtdır. Hz. Mehdi (ə.s) yalnız sevgi ilə hərəkət edər. Ustad Bədiüzzamanın ifadəsiylə Hz. Mehdinin (ə.s) üç silahı sənət, bacarıq və ittifaqdır.
Hz. Mehdi (ə.s) vəfat etdiyində, “Ya rəbbim ona cənnətini nəsib et” deyəcəyik. Amma o dövrdə Hz. İsa (ə.s) vəzifədə olacaq. Hz. Mehdi (ə.s)ın cənazə namazını Hz. İsa (ə.s) qıldıracaq. Hz. İsa (ə.s) vəzifədə olduğu üçün, Hz. Mehdi (ə.s)ın vəfatı Müsəlmanları sarsıtmayacaq. Amma Hz. İsa (ə.s)ın vəfatından sonra Müsəlmanlar bir boşluğa düşəcəklər. Daim qarışıqlıq yaşanacaq.
Kim Darvinist bir dünyaya inanır, Allah da bu adama, o inanca uyğun bir cəhənnəm yaradır. Orada, təkamül necə olur, mutasiya necə olur onlara göstərir. Orada hər şey pərakəndə, nizamsız, hər şey əziyyət verici, hər şey can yandırıcıdır.