Mömin dəccal təzyiqi ilə davamlı mübarizə halındadır, münafiq isə hiyləgər bir sakitlik içindədir
Ağaclar çox yaxşı qorunmalıdır. Ağaclara lövhə vurmağın, ağacın dibinə yuyucu vasitəli su tökməyin qanunlarla qadağan edilməsi lazımdır.
Tək bir alma ağacındakı ağıl insanlarda yoxdur. Hər bir almanın içindəki vitamin, mineral, zülal tam tarazlıdır, qoxusu, dadı, qatılığı tam nizamlıdır. Tək bir alma çəyirdəyinin içində ağacın bütün məlumatları və gələcək nəsillərdəki bütün alma ağaclarının məlumatı kodlanmışdır. İçi sanki dünyalarla doludur.
Tək alma ağacındakı ağıl milyonlarla insanda yoxdur. Ağac hər cür mineralı, vitamini tanıyır, yetərli nisbətdə alır və lazımı qədər istifadə edir. Meyvənin içinə torpaqdakı zərərli olan heç nə keçmir, ağac mükəmməl təmizləmə sistemindən istifadə edir.
Ağac torpaqdan suyu çəkir, ən yuxarıdakı budağa qədər aparır, rəngləri əmələ gətirəcək mineralları seçir, rəsm əsəri kimi rəngləndirir. Bitkinin hüceyrəsi meyvəyə lazım olan nisbətdə mineralı, vitamini, yağı torpaqdan alıb seçəcək ağıla sahibdir.
Ağaclar baharda gəlin kimi bəzənir. Hamısının səyi çox gözəldir. Çiçəklər ayrı gözəldir, vitamini, ləzzəti ilə meyvələri ayrı nemət. Hər meyvə də içində hədiyyəsi ilə birlikdə çəyirdəyi ilə gəlir. Çəyirdək içində xüsusi pərdə və qablaşdırma ilə ağaca dair hər məlumat olur.
Ağac əhəmiyyətli bir gözəllikdir. Ağacların hər biri sakit, gözəl, səssizdirlər.
Oktyabr 07 2016, 13:11