İnsan qarşı tərəfdən gözlədiyi gözəl əxlaqa əvvəlcə özü sahib olmalıdır
Hər peşə sahibi öz imkanları çərçivəsində İslama xidmət edə bilər
Peyğəmbərlərin sahib olduğu yüksək imanda qorxaqlıq, təlaşa qapılmaq, kədərlənmək, küsmək, hirslənmək kimi hallar yoxdur
Oktyabr 26 2017, 22:01
Sevgini yaşamaq üçün mərhəmət duyğusu əsas şərtdir. Mərhəmət olanda sevdiyini qoruyarsan. Onun şərəfini, qürurunu, dinini, imanını hər şeyini qoruyarsan, özün kimi sahib çıxarsan.
Bədiüzzamanın böyük təfəkkür gücü vardır. Gənclərə Bədiüzzamanı çox yaxşı tanıtmaq lazımdır. 2-3 səhifə belə oxusalar oradakı ruhu və dərin düşünmə gücünü dərhal anlayarlar və özləri də təfəkkür etmə imkanına sahib olarlar.
Özünü bilən, təməlini bilən, bütün kainatın beyninin içində ona göstərildiyini bilən Allahı bilər. Bunu bilməyənin şüuru yoxdur. Şüur sahibi olmayanın da sevgini və mərhəməti bilməsi mümkün deyil. O yalnız həvəsi bilər.
Əhəmiyyətli olan insanın çox məlumat sahibi olması deyil, sevgini bilən olmasıdır. Sevgini bilən cahil olmaz. Mütləq Allah onu öyrədər.
Əsrlər əvvəlin ənənəçi modelinə gedilir təəssüratı vermək yerinə müasir, aydın, sevinc dolu anlayışı önə çıxarmaq daha yaxşı olar. Keçmişin dəyərlərini qorumaq, ənənələrə sahib çıxmaq gözəldir. Ancaq keçmişə sahib çıxmaqla birlikdə həmişə daha müasir, daha Avropalı, daha aydın, sənəti keyfiyyəti əhəmiyyətli görən, qadınlara azadlıq tanıyan, gənclərin istədikləri kimi yaşadıqları, sevinc və həyat dolu Türkiyə olması çox əhəmiyyətlidir.
Mehdiyyət təvazökarlıqdır. Allah Mehdiyyəti təvazökar sahibi olduğu üçün müvəffəqiyyətli edir.