AKP-nin Atatürkü sevməsi və müdafiə etməsi çox təbiidir. Atatürk də, AKP də müasir Quran müsəlmanlığını müdafiə edər, ideologiyaları eynidir. Atatürk əleyhinə aparılan danışıqlara millət olaraq heç vaxt fikir vermərik.
Tayyib hocam əleyhinə hər yerdə fəaliyyət göstərən təkcə özlərini AKP-yə rəğbət bəsləyirmiş kimi göstərən şəxslərə qarşı diqqətli olmaq lazımdır.
Böyük Birlik Partiyasının MHP-AKP ittifaqına dəstək verməsi, uzun müddətdir xahiş etdiyimiz çox gözəl hadisədir. Türkiyənin yerli və milli ittifaqı Türkiyə əleyhinə yönəlmiş bütün planlara ən böyük cavabdır.
AKP gəncləri Tayyib hocama sahib çıxarkən təkcə mən varam, mən hər şeyə sahib çıxmalıyam məntiqində və vətənpərvərliyində olmalıdır. Millət olaraq Tayyib hocamı dəstəkləmək vətən millət məsələsidir.
Musiqi, əyləncə, dekolte, incəsənət əleyhinə olanlar xüsusən sahil bölgələrində yaşayanların AKP-dən uzaqlaşmasına səbəb olur. Tayyib hocam müasirdir, baş nazirimiz müasir və ziyalıdır. AKP insanların həyat tərzlərinə hörmət göstərir, lakin bəzi kütlələrin üslubları AKP əleyhinə olur. Bunu insanları AKP-dən uzaqlaşdırmaq üçün xüsusi olaraq edə bilərlər. Musiqi, rəqs, qadın azadlığı, fikir azadlığı, sevinc, incəsənət, elm Quran əxlaqına görə halaldır. Allah insanların azad yaşamasını istəyər.
Bəziləri cansıxıcı həyat istəyir. Gənclərin şən olmasını, həyat dolu olmasını istəmir. Sevincdən xoşlanmır. Həyatı qaraltmaq, ölü, dözülməz hala gətirmək istəyirlər. Bunlar incəsənətə, qadın azadlığına, azadlığa, mehribanlığa, dostluğa, yoldaşlığa, hər şeyə qarşıdırlar. Hər kəs özləri kimi olsun istəyirlər. Güləni acıladığı, əylənəni bədbəxt etdiyi bir həyatın tərəfdarıdırlar. Özləri bədbəxt olduqları üçün insanları da özləri kimi etmək istəyirlər. Tək kəlmə sevgidən, dostluqdan, sevincdən, incəsənətdən bəhs etmirlər. Dostluğu, yoldaşlığı bilmədikləri üçün hər kəsə qarşı olurlar. Belə insanlar AKP-ni də avtoritar, qadağanedici, azadlıq əleyhinə olan bir partiya kimi göstərmək istəyir, AKP və Tayyib hocama da tələ qururlar. Tayyib hocam azadlıq istəyən, gənclərin sevincindən yana olan, müasir dindardır. Lakin bu insanlar AKP-ni gözəlliyə, sevincə, incəsənətə, elmə qarşı kimi göstərirlər və buna görə də, sahil bölgələrində AKP-nin səs itirməsinə səbəb olurlar.