Darvinistlər, təsadüfləri möcüzələr reallaşdıran saxta ilah kimi göstərməyə çalışarlar (Allahı tənzih edərik)
Xristianların hz. İsanın (ə.s) (haşa) Allahın oğlu olduğuna dair inancları böyük yanılmadır -1
Kitab əhlinə təbliğ necə olmalıdır?
İNCİLDƏ TÖVHİD İNANCI İLƏ ƏLAQƏDAR HİSSƏLƏRDƏN NÜMUNƏLƏR
Bəqərə surəsi, 65-66 (özlərini meymun qəbul etdikləri üçün, Allah bəzi insanların xarakterlərini, şəxsiyyətlərini korlayıb, onları meymunlaşdırmışdır)
Bir ayə bir açıqlama: “Rum” surəsi, 30
Sərhədimizdə terrorist heç bir quruluş istəmirik. Allah ordumuzu müzəffər etsin. Allah əsgərimizi namərd güllələrdən qorusun.
İnsan ağlı maqnit kimi hər şeyi çəkər. Allah ilə əlaqə güclü olanda gərəksiz heç bir şeyə narahat olmazlar. Qorumanın Allahdan olduğunu biləndə, həmin narahat edici mövzular ona heç vaxt zərər verməz. Fikir etməmək üçün mövzulara çox yuxarıdan baxmaq və böyük ağılla olmaq lazımdır. "Müsəlmanlar əzilir, şəhid edilirkən mənim balaca işlərim əhəmiyyətlidir yoxsa o insanların qurtuluşu daha əhəmiyyətlidir" deyə düşünüb əhəmiyyətsiz mövzulardan xilas olmaq mümkündür.
Allah monotonluğu istəməz. Fərqli mədəniyyətlər, fərqli dillər, fərqli insanlar bir gözəllikdir və nemətdir. Allah istəsəydi bütün insanları eyni yaradardı, amma özümüzü inkişaf etdirməmiz və zövq almağımız üçün fərqli-fərqli yaradır.
Ediləcək ən təcili xidmət insanların sevgi və mərhəmət dolu olmasını təmin etməkdir. Bunun üçün də darvinist-materialist təhsilin bitirilməsidir, çünki darvinizm insanların bir növ heyvan olduğunu və eqoistcə, mərhəmətsizcə mübarizə etmələrini söyləyir. Bu dəccali fəlsəfəni elmlə irfanla bir an əvvəl təmizləyək. Yoxsa Allah qorusun dəccaliyyət uşaqları da, heyvanları da, gəncləri də məhv etməyə davam edəcək.
Allah İslam ümmətinə birlik olmağı fərz etmişdir. Bölünmə haramdır. Müsəlmanlar arasında anlaşılmazlıq varsa barışdırmaq fərzdir. Allah bir çox ayədə İttihadı İslamın fərz olduğunu bildirmişdir.
Münafiqdə şeytani zəka vardır. Bu zəkanı yalnız fəsad çıxarmaq, pislik etmək və bəla üçün istifadə edər. Allah münafiqin bəsirətini tamamilə bağlamışdır. Münafiqin imani heç bir qabiliyyəti yoxdur. Münafiq yalnız küfrə qabiliyyətlidir. İmani heç bir iş edə bilməz. Allah sevgisini izah edə bilməz. Peyğəmbər sevgisini izah edə bilməz. İslamı izah edən, doğru yola vəsilə olan, imani tək bir cümlə belə qura bilməz. Münafiq kanalıyla bir insan heç bir şəkildə hidayət tapa bilməz. Müsəlmanları aldatmaq üçün belə olsa münafiq imana vəsilə olan fəaliyyət edə bilməz.
Noyabr 06 2012, 13:49