İman gətirənlərə nəsib olan elm
Sözünə etimad göstərilməyəcək insanlar...
İman edənlərin həyatlarında bir dəfə də olsa oxumalı olduqları dualar
Hörmətli Adnan Oktarın yeni şərhləri (1 may 2013; 17:30)
Ürəklər yalnız Allahın zikriylə hüzur tapar
İbadətdə qətiyyətli olmaq
Qurandan, dindən bəhs edilən yerdə əyləncə olmaz demək, həyatın geniş sahəsindən İslamı çıxartmaq deməkdir. Anadoluda hər yerdə Quran var, Quran olan evdə yallı olur, toy olur. Qaradəniz bölgəsində qadınlar kişilərlə birlikdə horon oynayır. Orada da Quran var. Cənub-Şərqi Anadolu bölgəsində qadınlar kişilərlə birlikdə yallı gedir. Orada da Quran var. Cem evlərində Allah zikr edilir, ayə oxunur, Peyğəmbər zikr edilir, qadınlar kişilərlə birlikdə səmah oynayırlar. O zaman bunların da hamısının qadağan edilməsinin lazım olduğunu düşünürlər? Belə şey olmayacağına görə, insanların düşüncəsini, inancını rahat yaşayacağı mühitin təmin edilməsi əhəmiyyətlidir.
Bizim proqramımız dini proqram deyil. Mən dindar insan olduğum üçün hər yerdə Allahı zikr edər, hər yerdə dindən bəhs edərəm. Mənim həyatımın hər dəqiqəsində din vardır. Həyatın hər mərhələsində Allah vardır, həyatın hər anında Allah zikr edilər, Allah sevilər.
Əhəmiyyətli olan səmimi olaraq namazı Allaha həsr etmək və səmimi sevgi ilə Allahı zikr etmək, ucaltmaqdır.
Allahı zikr etmək Allahın həmişə qəlbdə saxlanılması, həmişə yaddaşda olması, şüurda olmasıdır. İnsanın Allahı həmişə sevməsi, ağlında Allahı təfəkkür etməsi, düşünməsi, Allahın möhtəşəm sənətini, əbədiliyini qəlbində saxlamasıdır.
Mənim istirahətim möminlərin yanındadır. Allahın zikr edildiyi hər yer istirahət yeridir. Bundan başqa rahatlıq, hüzur olmaz.
Dünyanın etdiyi ən böyük günah, ən dəhşət verici səhv, ən seviləcək varlıq olan Allahdan bu qədər uzaq olmaqdır. İnsanların Allaha qarşı bu nankorluqları çox təəccüblüdür. Bəşəriyyət çox uzun illərdir ki, çox böyük səhv edib. Allahın mövcudluğuna inanırlar, lakin Allahdan uzaq olurlar. Amma inşaAllah, qarşıdakı illərdə Allaha olan sevgi inanılmaz yüksələcək. Hər yerdə Allah zikr ediləcək. Allah sevgisi çox aydınlaşacaq və kəskinləşəcək.
Fevral 09 2018, 11:13
Oktyabr 24 2013, 10:06