Tövbə surəsi, 69 (Münafiqlər)
"Mehdi gəlmədi, Mehdi gəlməyəcək" deyənlər Mehdinin çıxış əlamətlərindən heç vaxt bəhs etmirlər. Mehdi gəlməyəcək deyə səhər axşam çaxnaşma salanlar, "Peyğəmbərimiz (s.ə.v) bu əlamətləri saydı və bunlar hələ olmadı" desinlər. Deyə bilməzlər, çünki Peyğəmbərimiz (s.ə.v), 600-dən çox əlamət saymış və bu əlamətlərin hamısı tək-tək bu dövrdə meydana gəldi.
Mehdi sözü möminlərin qəlbində fərahlıq yaradar. Küfr və münafiqlər isə Mehdi sözünün duyulmasından da, Mehdiyyətin izah edilməsindən də xoşlanmazlar.
Allah qiyaməti Mehdi vəsiləsiylə təxirə salır. Amma 313 insandan başqa geniş kütlə Mehdiyyətə var gücü ilə qarşı çıxır. Hədislərdə, "Mehdi dünyadan bir an çəkilsə o an qiyamət qopar" deyə bildirilir.
Mehdi dövründə ətraf mühit çox yaşıl və gözəl olacaq. Hər yerdə ağaclıq, bağlıq, bağçalıq olacaq, xüsusilə gənclər çox xoşbəxt yaşayacaqlar.
Mehdi və tələbələrinə 30-dan çox dəccal müsəllət olacaq. Mehdi tələbələri həm küfr əhli, həm də münafiqlərlə fikri mübarizə aparacaq. Peyğəmbərimiz (s.ə.v) insanların Mehdi tələbələrindən uzaq dayanacaqlarını, onlarla iş görmək istəməyəcəklərini, evlənmək istəməyəcəklərini söyləyir. İnsanlar son dövrə qədər Mehdi tələbələrindən həmişə uzaq dayanacaq. Bu da onların imtahanının dəyəridir.
Mehdi və İsa Məsih tanınıb məlum olacaq, lakin Mehdi tələbələrinin sayı çox dəqiq olmayacaq.