Atatürk olmasaydı, Türkiyə necə bir ölkə olardı?
Atatürk müasir, aydın, Avropa keyfiyyətində Osmanlı paşasıydı. Anası nur kimi müsəlman idi. Atası nur kimi insan idi. Atatürk haqqında çirkin böhtan atanlar yalnız özlərini alçaldırlar. Bu çirkinliyə yönələnlərin də, mütləq hüquqi qarşılığını almaları lazımdır.
Mən əsərlərimdə ən az 20 ildir ki, Atatürk sevgisindən bəhs edirəm. Atatürkün səmimi dindar olduğunu bütün sənədləri ilə ortaya qoyduq. Mühafizəkar təbəqədə bəzi kütlələrə olan Atatürk əleyhdarlığının aradan qaldırılmasına mənim əsərlərim vəsilə oldu. Atatürk əleyhinə tək sözə belə, qanunla, hüquqla imkan vermərik.
Pis söz sahibinə məxsusdur. Atatürkün əleyhinə deyilən sözlərlə Atamızın dəyəri heç vaxt azalmaz. Tam əksinə, Atatürkə olan sevgimiz qat-qat artar. Atatürk əleyhdarları kiçik azlıqdır, millətimiz sizə fikir verməz, sözlərinizə əhəmiyyət verməz. Atatürk qədirbilən həqiqi dəliqanlıdır, bu vətənin övladıdır. Atatürk İmam Hatibləri qurdu. İlahiyyat fakültələri açdı. Quranı türkcəyə tərcümə etdirib Anadoluya minlərlə pulsuz Quran paylatdı. Cibində həmişə Quran daşıdı. Böyük hədis kitablarını türkcə olaraq hazırlatdı. Atatürkün İslama göstərdiyi xidmətin mində birini etməyənlər Atatürk haqqında söz söyləyirlər.
Atatürk, türk millətinə Allahın lütfüdür. Atatürk olmasaydı Türkiyədə belə ziyalı quruluş olmazdı, çoxdan dağılıb parçalanardıq, assimilyasiya olardıq. Atatürk mükəmməl gəncliyin formalaşmasına vəsilə oldu. Milli ordu yaratdı, milli məclis yaratdı. İlahiyyat fakültələri, Dəyanət İşləri Nazirliyi, imam hatiblər vəsiləsi ilə mövhumatçıların yaratdığı dağınıq İslam anlayışını nizamlı, Qurana uyğun hala gətirdi. Özü də çox yaxşı, keyfiyyətli, mükəmməl insan idi. Dağılmaq üzrə olan dövləti müasir ölkə etdi.
AKP-nin Atatürkü sevməsi və müdafiə etməsi çox təbiidir. Atatürk də, AKP də müasir Quran müsəlmanlığını müdafiə edər, ideologiyaları eynidir. Atatürk əleyhinə aparılan danışıqlara millət olaraq heç vaxt fikir vermərik.
Atatürk İmam Hatibləri açdıran, on minlərlə Quran çap etdirib Anadoluya paylatdıran, Quranı türkcəyə tərcümə etdirən, yanında həmişə Quran daşıyan, Dəyanəti qurduran, çoxsaylı məscid açdıran, İslama çox böyük xidmətləri olan nur kimi müsəlmandır.