Peyğəmbərimizin (səv) möminlər üçün bağışlanma diləməsi və dua etməsi
Bir ayə bir açıqlama: "Hud" surəsi, 3
Allah'dan bağışlanma diləmək
Allah, münafiqlərin 70 dəfə bağışlanma diləsələr də bağışlamayacağını bildirmişdir. Çünki münafiq Allaha xain, Peyğəmbərə xain, möminlərə xain, davasına xain bir alçaqdır. Qurana görə münafiqin bağışlanılması mümkün deyil. Ən şiddətli əzabla, cəhənnəmin ən dərinində əzab görəcəkdir.
Tövbə etmək gözəl ibadətdir, fərəhlikdir. Xüsusilə dua etmədən əvvəl bağışlanma diləmək gözəllikdir.
Allahın bağışlamasını istəyirsənsə sən də bağışlayacaqsan. Qisas almayacaqsan. Dünyəvi cəzası nədirsə qanun çərçivəsində alır. Artıq o yetərlidir. Buna görə kinə, ədavətə ehtiyac yoxdur. Tövbə edər, qardaşın olar.
İnsan əgər dürüstcəsinə səhvini boynuna alıb etdiyi günahdan imtina edərsə, Allah bağışlayacağını bildirir.
Mömin olan kəs səhv etdiyi halda Allahdan bağışlanma diləyər. Allah bunu bəyənir. Bu, Allahın sevdiyi rəftardır. Allahın razılığını axtaran kəs bunu etməlidir. ''Ya Rəbbim! Məni bağışla, əfv et'' deməlidir. ''Əstəğfirullah, əstəğfirullah, əstəğfirullah'' Allah bunu bir gözəllik olaraq qəbul edir.
Möminlərin əməllərində bağışlanma diləmək bir ibadətdir.