İnsan özünün Allahın ruhu olduğunu anladığında həyat şəkli Allahın istədiyi şəkildə olar. Mömin, Allahın ruhudur. Bütün dünya isə Allahın ruhunun əmrindədir. Buna görə möminin qəlbi həmişə nəşə və sevinc içində olar.
Səmimi olanda vücudda rahatlama olar. Sükunət halı olar. Bütün əzələlər boşalar. Allah səmimi olanların xilas olacağına buna görə xüsusi diqqət çəkmişdir. O səmimiyyət içində Allahın böyüklüyünün bilinməsi əhəmiyyətlidir. Bu səmimiyyəti qazandığında çətinlik olmaz sanırlar. Çətinlik son ana qədər olar, çətinlik imtahanın gərəyidir. Bütün peyğəmbərlər çətinlik çəkmişdir.
Cənnətə zəngin getmək istəyərik. Bu zənginlik dünyada hər an Allah rizası üçün savab qazanmaqla əldə edilər. Uzun ömür buna görə istənilər. Savabı zaman içində qazandığımız üçün, zamanın uzun olması çox savab almamıza, cənnətə çox zəngin getməyimizə vəsilə olar.
İmtahanı xeyirlə bitirmək çox böyük hadisədir. Dünyanın hər dəqiqəsi çətindir. Bu çətinliyin gözəlliyi vardır, amma hər an hər saniyə böyük diqqət tələb edir. Buna görə dünya həyatını xeyirlə bitirən insanı çoxlu təbrik etmək lazımdır, çünki böyük müvəffəqiyyət əldə etmişdir.
Bir insan bütün həyatını Allaha həsr elədisə, həyatın bütün yönlərindən özünü çəkib yalnız Allah üçün yaşayırsa, bu, o insanın təqvasının dəlilidir. Amma buna baxmayaraq müsəlmanda yenə də həmişə Allah qorxusu və cəhənnəmdən çəkinmək olar.
Quranda qadını döymə hökmü yoxdur. Allah həyat yoldaşları arasında anlaşılmazlıq olanda əvvəl danışın, sonra yataqlarınızı ayırın, sonra evləri ayırın, sonra hakim təyin edin razılığa çalışın, buna baxmayaraq olmursa boşanın deyir. Quranda keçən "darabə" feili qadının döyülməsinə deyil evdən ayrılmasını izah edər.