Dost məclisləri
Çətinlik anlarında ağıl və iradə ən mükəmməl xəttə gəlir. Çətinliklər olmasa həyat çox boş olar. Bu dünyada qazandığımız gözəlliklərlə sonsuza qədər yaşayacağıq inşaAllah.
Münafiq it kimi qorxaqdır. Özünü cəsur kimi göstərməyə çalışar, həmişə bunun təbliğatını aparar. Müsəlman isə həqiqətən igiddir, cəsarətinin tələb etdiyini yerinə yetirər. Münafiq boş danışıqlarla sadəcə özünü reklam edər.
Münafiq sırf öz murdar nəfsinin rahatlığı üçün ayələri şərh edər. "Gəzib dolaşmırsınız?" ayəsini götürər, mən bu ayəni yaşayıram deyə dünyanı gəzməyə çıxar. Boş-boş gəzişər. Suriyada, İraqda çoxlu qan tökülərkən, müsəlmanlar on-on dənizdə boğularkən, İslamı təbliğ etmək, kitab çap etdirib paylamaq, məqalə hazırlamaq imkanı olduğu halda, bunları qoyub dünyanı gəzməyə gedirəm demək, həm qeyri-səmimilik, həm də vicdansızlıqdır.
Münafiqlər; "biz dünya həyatında nə xidmət etdik, müsəlmanlar nə xidmət etdilər" deyə baxdıqları zaman, dərhal anlayarlar aradakı fərqi. Küçədə boş-boş gəzməkdən başqa, ağılsız fikirlər verməkdən başqa nə etdiklərinə baxmaları lazımdır, özlərini müsəlmanlarla müqayisə etmələri lazımdır. Müsəlmanlar elmlə bütün dünyanı yerindən tərpədirlər. Burada çox konkret dəlil var.
Münafiq heç bir məqsədi olmadan heyvan kimi yaşamağı bir şey zənn edər. Axmaq olduğu üçün; "səhər namaza qalxmağımız lazım deyil, İslamı yaymaq üçün kitab paylamağımız lazım deyil, səhərdən-axşama qədər boş-boş gəzirik" deyir. Bunu da azadlıq zənn edir. Bu azadlıq deyil, heyvan kimi sürünməkdir. Münafiqlər bunun azadlıq olmadığını cəhənnəm yataqlarında çox yaxşı başa düşəcəklər.
Münafiqin kini təkcə özünü əldən salar. Münafiq donuz kimi özünü yerdən-yerə atar, o hər çırpındığı zaman müsəlmanların sahib olduğu nemətlər daha da artar. Münafiqin dili ilan dili kimidir, boş-boş danışar, axmaqca danışar, donuzun tövlədə təpinməsi kimi təpinər, lakin müsəlmanlara heç bir zərər verə bilməz.