Heç kimə və heç nəyə faydası olmayan, boş və mənasız bir hiss: Kədərlənmək
Çətinlik anlarında ağıl və iradə ən mükəmməl xəttə gəlir. Çətinliklər olmasa həyat çox boş olar. Bu dünyada qazandığımız gözəlliklərlə sonsuza qədər yaşayacağıq inşaAllah.
Tayyib hocamın tək olduğunu düşünürlər. İngilis dərin dövlətinin yaltaqları boş yerə həvəslənməsinlər. Tayyib hocamı heç vaxt tək buraxmayacağıq. Vəfasızlara inad bazara qədər deyil məzara qədər yanındayıq. Bəzilərinin çatışmayan yönləri yalnız özləri görürmüş kimi müəyyənləşdirib ağıl vermələrinə ehtiyac yoxdur. Tayyib hocamın həmişə ağıl verənlərə deyil, yanında olub sədaqətlə xidmət edəcək insanlara ehtiyacı vardır.
Türkiyənin Rusiya ilə dostluğu və əməkdaşlığı çox əhəmiyyətlidir. Türkiyə və İran, Rusiyaya tam mənasıyla sahib çıxarsa İngilis dərin dövlətinin bütün oyunları boşa çıxarılmış olar.
Münafiq it kimi qorxaqdır. Özünü cəsur kimi göstərməyə çalışar, həmişə bunun təbliğatını aparar. Müsəlman isə həqiqətən igiddir, cəsarətinin tələb etdiyini yerinə yetirər. Münafiq boş danışıqlarla sadəcə özünü reklam edər.
Münafiq sırf öz murdar nəfsinin rahatlığı üçün ayələri şərh edər. "Gəzib dolaşmırsınız?" ayəsini götürər, mən bu ayəni yaşayıram deyə dünyanı gəzməyə çıxar. Boş-boş gəzişər. Suriyada, İraqda çoxlu qan tökülərkən, müsəlmanlar on-on dənizdə boğularkən, İslamı təbliğ etmək, kitab çap etdirib paylamaq, məqalə hazırlamaq imkanı olduğu halda, bunları qoyub dünyanı gəzməyə gedirəm demək, həm qeyri-səmimilik, həm də vicdansızlıqdır.
Münafiqlər; "biz dünya həyatında nə xidmət etdik, müsəlmanlar nə xidmət etdilər" deyə baxdıqları zaman, dərhal anlayarlar aradakı fərqi. Küçədə boş-boş gəzməkdən başqa, ağılsız fikirlər verməkdən başqa nə etdiklərinə baxmaları lazımdır, özlərini müsəlmanlarla müqayisə etmələri lazımdır. Müsəlmanlar elmlə bütün dünyanı yerindən tərpədirlər. Burada çox konkret dəlil var.