Cahil Cəmiyyət
Peyğəmbəri mistik varlıq kimi görmək istəyənlər cahil əxlaqdan əl çəkməyənlərdir. Münafiqlər də bu ağlı zəif insanlardan istifadə edərlər. Peyğəmbəri mistik varlıq kimi görən və ağlı zəif olana, münafiqlərin Peyğəmbər haqqındakı böhtanları çox tez təsir edər. Məsələn; "Məhəmməd də bizim kimi insandır, niyə ona tabe oluruq?" deyirlər. Bu cahil olanlara dərhal təsir edir; "həqiqətən bunu heç düşünməmişdik, o da bizim kimi insandır, niyə ona itaət edək" deyirlər, dərhal Quranın məntiqindən uzaqlaşırlar. Belə zəif olan insanları Quranla tərbiyə etmək əhəmiyyətlidir.
Münafiq cahil üslubu ilə danışar, bu cahil üslubunu görən bəzi cahillərə bu çox təsir edər. Münafiq Peyğəmbəri müqəddəs görməməyi cahil olanlara aşılayar. Münafiqin cahilanə, axmaqca və hörmətsiz danışıqları cahil və şəxsiyyətsiz insanlara çirkin cəsarət verər. Bunlar əsasən Peyğəmbəri zehnində bütləşdirərək ucaltmış olduğundan, ağılı güclü olmadığından dərhal Peyğəmbərlə əlaqəsi qopar və münafiqlərin tərəfinə keçərlər.
Münafiqlər müsəlmanların dəyərini artıran məxluqdurlar. Münafiqlərin olmamasını istəmək imtahanın olmamasını istəməkdir. Mömin Cənnət dərəcəsini münafiqlər və küfr əhlinin hücumları ilə qazanar. Taifdə Peyğəmbərimiz (s.ə.v)-i daşlayan cahil alçaq münafiqlər Rəsulullah (s.ə.v)-in Cənnətdəki məqamını ucaltmışdır. Peyğəmbərimiz (s.ə.v) çox soyuqqanlı və təvəkküllüdür maşaAllah, 2,5 km əndişələnmədən yerimişdir.
Ağlı zəiflər münafiqlərin əxlaqsızlığını diaqnoz edə bilmədikləri üçün cahil şərhlər verirlər. Mömin Qurana görə şərh edər.
İngiltərə dərin dövlətinin ən hiyləgər siyasətlərindən biri cahil, ədəbi az olan təbəqələri asanlıqla hiddətləndirib təhrik etməkdir. Cahil insanların hərəkətləri əksəriyyətlə özlərinə zərər verən hala dönər. İngiltərə dərin dövləti bu təbəqələrin duyğularını təhrik etməyi çox yaxşı bilir. Bu kəslərin həssas olduğu mövzuları gündəmə gətirib küçəyə tökür, zorakılıq hadisələri yaradır, sonra da əzirlər. Yaxın Şərq xalqının çoxunun ağıllı davranmayacağını bilib romantikliyindən istifadə edir, necə təhrik edib yönləndirəcəklərini yaxşı hesablayırlar.
İnsanı görünüşünə görə mühakimə etmək çox alçaldıcı və əxlaqsız hərəkətdir. Bunu edənlər təkcə xalqın nifrətini qazanırlar.
İyun 21 2018, 14:59
May 30 2018, 17:22
Mart 05 2018, 12:40
Oktyabr 26 2017, 20:01