Ənam surəsi, 111-112, 114-118-ci ayələrinin təfsiri
Tərif, sevgini ciddi şəkildə artıran mühüm ibadətdir. Hər gözəlliyi yaradan Allahdır. Gözəl çiçəyi, pişiyi, qadını, mənzərəni tərifləmək nemətdir. Tərif, Allahın nemətini təqdir etməkdir.
Bəzi insanlar çoxbilmiş olanı gözlərində böyüdürlər. Səfehlik edənə qayğı göstərirlər. Sevgidən bəhs edənlərə isə dəyər vermirlər. Sevgisizliyi əxlaq pozuqluğu olaraq görmək və sevgidən bəhs etməyənlə ünsiyyət qurmamaq lazımdır. Nifrətin qapısının tamamilə bağlanması lazımdır. Orta şərqdə nifrət ciddi problemdir, nifrəti qızışdıran hər şeydən qaçmaq əhəmiyyətlidir.
Türkiyəyə hal-hazırda ciddi hücum var, dövlətimiz də özünü qoruyur. Demokratiyanı da diqqətlə tətbiq etməyə səy göstərir.
Gənclərin imani təhsilində ən böyük ehtiyac Quran möcüzələri və iman həqiqətlərindən çox başa düşülən şəkildə bəhs edilməsidir. Mühüm əhəmiyyətə malik bu məsələlərdən bəhs etməyib, sadəcə dini eposlardan bəhs edilməsi gənclərin imanında ciddi zəifləməyə səbəb olar.
Təkamül nəzəriyyəsi, təsadüf kimi kor düşüncənin möhtəşəm həndəsə, müntəzəm qızıl nisbət, fizika və kimya qanunları yaradacağına, görən, eşidən, toxunan, iyləyən, dadan şüur meydana gətirəcəyinə inanmaqdır. Belə primitiv fəlsəfəyə inanmaq ciddi ağıl zəifliyi ortaya qoyar. Təsadüf ilahı bütpərəst dövrlərdən gələn xurafatdır.
Qəzəb idarəni itirməkdir. Öz ağlına nəzarət edə bilməmək ciddi zəiflikdir. Müsəlman mütləq ağıllı hərəkət edər.