Hörmətli Adnan Oktarın yeni şərhləri (31 avqust 2013-cü il; 22:30)
Gənc qızı şort geydiyi üçün yataqxanadan atmaq çox səhv və çirkin hərəkətdir. Bu vəziyyəti dərhal təlafi etmək lazımdır. Bir insanın imanı, əxlaqı, dindarlığı, vicdanı, dərin düşünmə gücü paltarıyla qiymətləndirilə bilməz. Kimsə kimisə zorla heç nəyə məcbur edə bilməz. Gənc qızları, qadınları, cavanları təzyiq göstərməklə, bezdirməklə dəyişməyə çalışmaq çox ürküdücü və dəhşət vericidir. İnsanlar azad yaşamaq istəyər. Heç kim təzyiq göstərən zehniyyətdə olanlarla eyni düşüncədə olmaq və yaşamaq məcburiyyətində deyil.
Sevgi, ən gözəl gözlə göstərilər. Gözdən hər duyğu açıqca axar. Candan, səmimi danışıq da sevgini ifadə etmək üçün çox təsirlidir. Süni, çirkin danışıqlar deyil, təbii, səmimi sözlər sevgini müdhiş gözəl vurğulayar.
Gənc qızların üzərində inanılmaz təzyiq olar. Ailəsində təzyiq görər, evlənməyə məcbur edirlər, orada təzyiq görür. Elə çirkin sistem var ki, döyülsə belə səsini çıxarmamağını deyirlər. Qadına layiq görülən bu həyat çox qorxuncdur.
Qadına əldə etmə gözüylə baxılmaz. "Tovlamaq" çox çirkin sözdür. Onunla yoldaş olanda qadın ömür boyu güvənə biləcəyi dost qazandığına sevinəcək. Həmişə qoruyucu olacaqsan. Əvvəl onu, onun iffətini və qürurunu düşünəcəksən.
Qarşısındakı insana etibar etmədiyi üçün qısqanmaq çox çirkin davranışdır. Harada idin, telefonun kamerasını aç, olduğun yeri görüm, məntiqi çox acı hadisədir. Güvənin olmadığı yerdə sevgi olmaz. İnsan güvənmədiyini sevə bilməz. Bu cür şübhələr o adama bir növ təhqir mənasına gələr.
Millətin Tayyib hocamın yanında olduğunu göstərən böyük mitinq təşkil edək. Dövlətin müxtəlif səviyyələrinə sızmış İngilis dərin dövlətinin təsirində olan bəzi tiplərə də bu mitinq çox gözəl cavab olar. Bəzilərində haradan gəldiyi müəyyən olmayan çirkin cəsarət vardır. Bu çirkin cəsarətə millətin verəcəyi cavab çox əhəmiyyətlidir.