Hörmətli Adnan Oktarın yeni şərhləri (27 Avqust 2016; 22:00)
Dünyəviliyin ən doğru, ən gözəl, ən ağıllı halını Qurandan öyrənirik. İslam dünyəviliyi müdafiə edər.
Gözəl olan hər şeyi əsas götürən, nəzakətli və keyfiyyətli olanı tələb edən, demokrat, harama və halala diqqət yetirən, dünyəvi, ziyalı, müasir bir cəmiyyətik.
"Dində məcburiyyət yoxdur". Bu, Allahın hökmüdür. Bu ayə eyni zamanda dünyəviliyin ən gözəl xülasəsidir.
Dində məcburiyyət yoxdur. Bu İslamın açıq hökmüdür. Məcburiyyətlə, təzyiqlə, zorakılıqla din olmaz. Təzyiq göstərən bir İslam anlayışını müdafiə edənləri tamamilə rədd edirik. Qurana əsaslanan demokrat, azad və dünyəvi bir sistemi müdafiə edirik.
Dünyəvi təhsilin olması üçün həm darvinizm, həm də onun əsassızlığını izah edən yaradılış həqiqəti eyni anda təhsilə daxil edilməlidir.
İslamın sevgisi, mərhəməti aparıcı olacaq, müasirlik, keyfiyyət, incəsənət, demokratiya, dünyəvilik, gözəllik, Allah qorxusu, Allah sevgisi, bütün dinlərə hörmət hər yerə hakim olacaq, Türkiyə də aparıcı olacaq.