Hörmətli Adnan Oktarın yeni izahları (11 İyun 2013; 24:00)
Sevginin, məhəbbətin ən gözəl yaşandığı yer İslamdır. Müsəlman müsəlmana aşiqdir, Allah eşqiylə sevdiyi üçün sərhəd qoymaz. İnsan Allaha bəslənilən eşqə təəccüblənərmi? İnsana bəslənilən eşqə də təəccüblənmək olmaz. Bu həmişə artar. Mömin, mən Allahı bu qədər sevirəm deyə bilməz, sonsuz sevər.
Sevən sevdiyi üçün hər cür fədakarlığı etməlidir. Lazım gəlsə Allah üçün canını da verər, qoruyub himayə edər. Aman heysiyyətinə zərər gəlməsin, şərəfinə, namusuna zərər gəlməsin, ağlına, bədəninə zərər gəlməsin deyə çox diqqət göstərər. Yeməsinə, içməsinə, yuxusuna, hər şeyinə diqqət göstərər. Aşiqin əlaməti budur. Sevdiyini ölümünə qoruyar.
Yaşanılan sevgi Allah sevgisinə əsaslanırsa məqbuldur. Əgər Allah sevgisinə əsaslanmırsa, deməli, o heç bir şeydir. Onun eşqlə, sevgiylə, məhəbbətlə əlaqəsi yoxdur. Söyləyən də yalan söyləyir. O Allah sevgisinə əsaslanırsa, sevgidir.