Allah malın yığılıb saxlanılmasını sevmir
Nisa surəsi; 68, 72-75, 78 (Məzlum müsəlmanlar üçün mübarizə aparmaq fərzdir, yaxşılıq da pislik də Allahın nəzarəti altındadır.)
Əraf surəsi; 196, 203-205 (Quran oxunduğu zaman dərhal susub dinləmək fərzdir, Allahı necə zikr etməliyik, tədbir təqdiri pozmaz)
Muminun surəsi; 1-17 (Müsəlmanların namusunu qorumaq fərzdir, bu da İslam Birliyi ilə olar. Əmanəti diqqətlə qorumaq fərzdir)
Nur surəsi, 46-57 (Allaha və elçisinə iman edən bir insan Qurana görə hərəkət etməlidir, xurafata görə deyil)
Bir ayə bir açıqlama: "Ənkəbut" surəsi, 45
İslam aləminin birləşməsi fərzdir. İslam Birliyi Allahın əmridir. Namaz kimi, oruc kimi fərzdir. Biz də İslam Birliyi üçün səy göstərməklə məsuluq.
Peyğəmbərimiz (s.ə.v) dövründə məzhəblər yox idi. İndi 4 məzhəbin fərzləri, halalları və haramları ayrıdır, 4 ayrı din yaratmış vəziyyətdədirlər.
Allah dünya sistemini güclü olanın zəif olana, zəngin olanın kasıb olana kömək etməsi üçün yaratmışdır. Hamilik sistemi əsas olmalıdır. Hamilik sistemi ilə insanların bir-birinə sahib çıxması Qurana görə fərzdir. Bu fərz tətbiq edildikdə kasıblıq və yoxsulluq qalmaz.
İslamı təbliğ etmək fərzdir. Müsəlman var gücü ilə elmi yolla mübarizə aparmaqla məsuldur. Müsəlmanları passivləşdirməyə çalışanlara heç kim etibar etməsin.
PKK ilə mübarizə aparılması fərz-i ayndır. Küfr əhlinin yer üzündən tamamilə silinməsi möminlər üçün fərzdir. Dəccalla mübarizə aparılması fərz-i ayndır. Heç kəs: "Mənə dəxli yoxdur" deyə bilməz. Bu ayrı-ayrılıqda hamı üçün fərzdir. Əlbəttə ki, bizim yolumuz, elm və irfan yoludur.
Diqqətsizlik qəribə şəkildə geniş yayılmış bir bəladır. Buna görə də, Allah diqqətli olmağı fərz buyurmuşdur. Allah: “Diqqətli olun” deyir, diqqətli olmağı əmr edir.