Azadlıq, bərabərlik və qardaşlıq
Fransa prezidenti Makron və bənzərləri öz ağıllarını özlərinə saxlasınlar. Türkiyə haqlı olaraq terrorla mübarizə aparır və özünü müdafiə edir. Türk ordusu mülki vətəndaşlara zərər verməmək üçün mümkün qədər ən həssas diqqəti göstərən ordudur. Afrində addım-addım, diqqətlə, çox diqqətlə irəliləyirlər.
Hazırda dünyadakı şeytani hadisələr həmişə İngiltərə-Fransa bölgəsindən başlayır. İngiltərə, Fransadan dinsizlik, imansızlıq məsələsində çox istifadə edər. Bütün dinsiz lojalar həmişə Fransadadır. Yəni Fransız mason lojalarının böyük hissəsi dinsizdir.
Fransanın təkcə Əlcəzairdə qətlə yetirdiyi müsəlmanların sayı 1,5 milyondur. Bu soyqırım deyildir? Avtomat silahlarla silahsız insanların hamısını vurdular, pulemyotla dayanmadan atəş açdılar. Bu soyqırımdır? Bəli, soyqırımdır. Amma qəbul etmirlər.
Çəkilən o karikatura Peyğəmbərimiz (s.ə.v)-ə aid deyil. Karikaturist qarşısına güzgü qoymuş, diqqətlə özünə baxıb çəkir. Məsələ budur. Özünü çox əhatəli olaraq, incəliklərinə qədər çəkmişdir. Peyğəmbərimiz (s.ə.v)-lə əlaqəsi yoxdur. Peyğəmbərimiz (s.ə.v) çox yaraşıqlıdır.
Fransa dinə qayıdacaq, İslama qayıdacaqdır. Başqa cür fəlakətlərin ardı-arxası kəsilməz. Bunlar nümunə və sınaq hadisələrdir. Fransada qan tökməyə hazır olan minlərlə insan vardır, hal-hazırda mövcuddur. Heç gözləmədikləri insanlar bu hadisənin içindədirlər. Ancaq sevgiylə, mərhəmətlə, elmlə, mədəniyyətlə olar. Başqa cür olmaz.